AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
37
olduğundan qətiyyətlə söyləmək olar ki, xəzərsaili qumluqlarda rast gəlinən Argusia sibirica, Heliotropium supinum, Nonea caspica və Lycopsis orienthalis kimi növlər, dünya okeanı səviyyəsində aşagıda olan
ərazilərdə də rast gəlinirlər.
2. Dağətəyi zona - 400-800 metrə qədər olan ərazi. Bu ərazidə Göyzəbankimilərin 20
növü yayılmışdır ki, həmi
növlərdən bir neçəsi ruderal növlər hesab olunur: Symphytum caucasicum, Strophiostoma sparsiflora, Nonea lutea, Buglossoides sibthorpiana, Asperugo procumbens, Buglossoides arvensis növləri bu qəbilədən olan
növlərdir. Qalan növlər isə daşlı-qumlu yerlərdə və qayalıqlarda bitən, quraqlığa davamlı bitkilərdir. Lappula, Onosma, Cynoglossum cinslərinə aid növlər məhz bu cür ərazilərdə yayılmışlar.
3. Aşağı dağ qurşagı - 600-1000 metrə qədər olan ərazi. Bu qurşaqda Göyzəbankimilərin 19 növü -
Lithospermum officinale, Nonea rosea, Myosotis arvensis, M.caespitosa, M.lithospermifolia, M. ramosissima, M.heteropoda, Solenanthus biebersteinii və b. növləri yayılmışdır. Sonuncu növ 1998-ci ildə tərəfimizdən ilk
dəfə Zaqatala rayonunu ərazisində Yalanqozun üstün olduğu düzən meşəlyindən aşkarlanmışdır. Solenanthus, Cynoglossum, Nonea, Strophiostoma, Buglossoides və Myosotis cinslərinə aid bir sıra növlər əsasən dəniz
səviyyəsindən 600 metr hündürlüyə qədər yerləşən, Pterocarya fraxinifolia (P. pterocarpa), Quercus longifolia, Celtis caucasica, Rhus coriaria, Paliururs spinochristi kimi növlərin üstünlük təşkil etdiyi düzənlik
və aşağı dağ qurşağının nisbətən kserofit meyilli meşəlik və kolluqlarında, o cümlədən, Kür-Araz və Alazan
çayları boyunca Populus hybrida, Salix alba, Morus alba, Pistasia mutica, Eleagnus angustifolia və Tamarix növlərinin dominantlıq təşkil etdiyi fraqmetləşmiş Tuqay meşələrində daha çox rast gəlinirlər.
4. Orta dağ qurşağı - 800-1800 (2000) metrə qədər olan ərazi. Bu qurşaqda Göyzəbankimilərin 12 növü
yayılmışdır ki, bu növlərdən Myosotis lithospermifolia, Aegonychon purpureo-coeruleum və s. (ümumilikdə
~10 növ) əsasən meşəlik ərazilərdə, Echium maculatum, Cerinthe minor, Onosma microcarpa və Cynoglossum germanicum növləri isə meşəətrafı cəmənliklər və qayalıq zonalarda yayılmışlar. Nonea lutea, Echium russicum, Strophiostoma sparsiflora, Symphytum caucasicum, Nonea lutea, Lycopsis orientalis, Cynoglossum officinale, Asperugo procumbens və s. növlər, aşağı və orta dağ qurşağının meşə ətrafı çəmənliklərdə, alaq
otları kimi, həyətyanı sahələrdə, su kanalları və yolların kənarlarında da rast gəlinirlər. Cynoglossum germanicum, Solenanthus brachistemon, Symphytum peregrinum, Nonea lutea və s. növlər, Parrotia persica, Quercus castenifolia, Alnus subcordata və Zelcova carpinifolia növlərinin dominantliq etdiyi Hirkan
meşələrində, Aegonychon, Cerinthe, Myosotis və Cynoglossum cinslərinə aid bir sıra növlər isə, əsasən Ulmus foliacea, Fraxinus exelsior, Acer campestris və Carpinus caucasica-nin üstünlük təşkil etdiyi orta dağ qurşağı
meşələrində daha çox rast gəlinirlər.
5. Yüksək dağ qurşağı - 1800-2400 və daha yüksək ərazilər. Növ tərkibinə görə ən kasıb, lakin özünəməxsus
xüsusiyyətlərə malik bir ərazidir. Bu qurşaqda Göyzəbankimilərin əsasən 13 növünə rast gəlinir ki, bu
növlərdən 4-ü, (Symphytum asperum, Nonea versicolor, N. decurrens və Brunnera macrophilla növü, yüksək
dağ meşələri, meşədən sonrakı çəmənlər və subalp çəmənlərində Fagus orienthalis və Quercus macranthera növlərinin dominantlıq təşkil etdiyi yüksək dağ qurşağının meşələrində yayılan növlərdir. qalan 9növ isə
Myosotis schistosa (bu növ A.Xaxryakov [14], tərəfindən təsvir edilmiş, və son dövrlərə kimi Dağıstan endemi
hesab olunurdu. Biz bu növə aid herbari materiallarını 2007-ci ildə Tufandağ ətrafından toplamışıq.), M. alpestris, Huynhia pulchra, Cerinthe glabra, Omphalodes rupestris (Brunnera macrophilla, Cerinthe glabra və Omphalodes rupestris növlərinin respublikamızın florası üçün yeni olmaları, 1997-1999-cu illərdə, Şəki
rayonunun müxtəlif dağlıq ərazilərndən topladığımız herbari nümunələrinin tədqiqi zamanı, tərəfimizdən
müəyyənləşdirilmişdir [8], Trigonocaryum involucratum, Cynoglossum holosericeum, Nonea daghestanica və N.alpestris növləri yalnız yüksək dağ qurşağında-subalp-alp çəmənlikləri və subnival qurşaqda rast gəlinirlər.
Tədqiq olunan növlər iqlim amillərinə, rütubətə və işığa münasibətlərinə görə qruplaşdırılmış və onların bir
neçə ekoloji qrupları müəyyən olunmuşdur.