AMEA Botanika Ġnstitutunun elmi əsərləri, 2015-ci il, XXXV cild
44
Gövdə müxtəlif formalı, yarpaqlar oturaq və ya qısa saplaqlı, qara vəzili və ya vəzisiz; çiçəklər
bircinsli, yarımçətir, süpürgə, qalxan çiçək qruplu; kasayarpağı 5 üzvlü, ləçəklər sarı, bəzən qırmızı
çalarlı və nektarlı, erkəkciklər çoxsaylı 3 -5 dəstəli, yumurtalıq 3-5 yuvalı, hər bir plasentada isə 2-
dən çox yumurtahüceyrə, sütuncuq 3-5, qaidə hissəsindən bitişik, ağızcıq başcıq formalı, toxum oval,
zolaqlı, silindrik, konusvari, şırımlı olur.
Azərbaycan florasında aparılan elmi-tədqiqat işlərin təftişi zamanı cins haqqında az məlumata
rast gəldik. Uzun müddətdir ki, cinsin sistematikası öyrənilməmiş, növlərin taksonomik tərkibi
araşdırılmamışdır. Dazı cinsinin tropik və subtropik ölkələrdə yayılan 200-ə qədər növü
vardır.Azərbaycanda florasında cinsə daxil olan növlərdən 9-u Naxçıvan Muxtar Respublikasının
ərazisində yayılmışdır. Naxçıvan Muxtar Respublikasında yayılan dazı cinsinin 2 növü
(H.linarioides Bosse (şəkil 2.), H.formosissimum Takht.) ekoloji və antropogen amillərin
məhdudlaşdırıcı təsiri nəticəsində növ sayı azalmış və bu səbəbdən də Qırmızı kitaba daxil edilmişdir.
ġəkil 2. H.linaroides Bosse.
1949-cu ildə С.Горшкова tərəfindən ―Флора СССР‖ əsərində [1] 51 növ, 1955-ci ildə isə
kademik R.Rzazadə tərəfindən Azərbaycan florasında [3] dazı cinsinə aid 15 növ göstərilmişdir.
Apardığımız araşdırmalar nəticəsində AMEA-nın Botanika İnstitutunun Herbari fondunda cinsin
tədqidi təftişi nəticəsində 15 növdən 12 növün herbari nüsxələrinə rast gəlinmişdir. Bu herbari
nüsxələrinin iki növü Azərbaycan H.theodorii Woronv. və H.apricum Kar. et Kir. (H.karjagini Rzazadə) və iki növü isə H.atropatanum Rzazadə, H.formosissimum Takht Qafqaz endemidir.
2012-ci ildə ―Конспект флоры Кавказа‖əsərində Qafqaz florası üçün Hypericum cinsi A.L.
Taxtacan tərəfindən işlənmişdir. Cinsin Qafqaz növləri müəllif tərəfindən 14 seksiyaya daxil
olunmuşdur ki, Azərbaycan florasında yayılan növlərə bu seksiyaların 6-da rast gəlinir. Hypericum cinsinin Azərbaycan növləri ―Конспект флоры Кавказа‖ əsərindəki [2] bölgüyə uyğun olaraq
aşağıdakı cədvəldə verilmişdir (cədvəl 1.).