Qeyri-cinsi çoxalma. Bu çoxalmada, adətən, bir valideyn iştirak edir və cinsiyyət
hüceyrələri – qametlər yaranmır. Valideyn forma öz əlamət və xüsusiyyətini bütün-
lüklə nəslə ötürə bildiyindən nəsildə onun tam oxşarı olan qız fərdlər meydana gəlir.
Qeyri-cinsi çoxalmanın bölünmə, vegetativ, tumurcuqlanma və sporəmələgətirmə kimi formaları var.
Bölünmə yolu ilə çoxalma. Bəzi orqanizmlər bölünmə yolu ilə çoxalırlar. Bölün-
mə hüceyrənin ikiyə və ya çoxlu hüceyrələrə bölünməsi ilə başa çatır.
Birhüceyrəli orqanizmlərin bir çoxu, məsələn, adi amöb, yaşıl evqlen hüceyrə-
lərini ikiyə bölmə yolu ilə çoxalırlar. Lakin malyariya paraziti və bəzi qamçılılarda
qeyri-cinsi çoxalma bir hüceyrənin çoxlu hüceyrəyə bölünməsi yolu ilə baş verir.