113
• IV fəsil •
Populyasiya. Növ
•
4
M
İKROTƏKAMÜL. YENİ NÖVLƏRİN ƏMƏLƏ GƏLMƏSİ
Həyat şəraitinin dəyişməsi növ populyasiyaları arasında fərqlərin meydana gəl-
məsinə səbəb olur. Bu isə son nəticədə növəmələgəlmə prosesinə şərait yaradır.
Qalapaqos birəbitdənlərinin növləri 2–3 milyon il
bundan əvvəl adalara materikdən düşmüş ümumi
əcdaddan əmələ gəlmişdir. Növlər bir-birindən
dimdiklərin ölçüsünə və formasına, lələklərinin
rənginə görə fərqlənir.
– Sizin fikrinizcə, müxtəlif növlərə aid olan birəbitdən-
lərdə yaranan bu xüsusiyyətlər nə ilə əlaqədardır?
Mikrotəkamül. Populyasiya daxilində yeni növlərin yaranması ilə nəticələnən
təkamül prosesləri gedir. Həyat şəraitinin dəyişməsi
nəticəsində bunlarda divergensiya,
yəni əlamətlərin ayrılması baş verir. Nəticədə əvvəl yaşamış ilkin növdən yeni növlərin
əmələ gəlməsi prosesinə şərait yaranır. Növ daxilində baş verən təkamül prosesləri
mikrotəkamül adlanır. Mikrotəkamül növün təkamülünün ilkin mərhələsidir. O, nisbətən
qısa tarixi dövr ərzində baş verdiyi üçün insan tərəfindən müşahidə edilə bilir. Mikro-
təkamül prosesi növün yaranması ilə başa çatır.
Növəmələgəlmə. Yeni növlərin yaranmasının iki formasını –
coğrafi və
ekoloji
növəmələgəlməni ayırırlar.
Dostları ilə paylaş: