Tullantısız texnologiya. Yaşayış evlərində, demək olar ki, hər gün məişət tul-
lantıları yaranır. Tullantılar yığılaraq ekoloji tarazlığın pozulmasına təsir göstərir.
Bunun qarşısını almaq məqsədilə məişət tullantılarının təkrar emal edilməsi üçün
yeni texnologiyalar – tullantısız texnologiyalar yaradılır. Tullantısız texnologiyalar
– enerji və təbii mənbələrdən daha səmərəli istifadə olunmaqla ətraf mühitin müha-
fizəsini təmin edən texnologiyalardır.
1. Şəklə əsasən suallara cavab verin: • Ətraf mühitin çirklənməsinin hansı növləri göstərilmişdir? __
• Suyu çirkləndirən mənbələri qeyd edin. __
• Torpağı çirkləndirən mənbələri qeyd edin.__
• Hansı mənbələr suyu mineral gübrələr və pestisidlərlə çirkləndirir? __
• Hansı saylı mənbələr atmosferi çirkləndirir? __
• Hansı müəssisə su hövzəsinə qaynar su axıdır? __
• Hansı mənbələr suyu məişət tullantıları ilə çirkləndirir? __
Ekoloqların məlumatına görə, orta hesabla hər adam gün ərzində 0,5 kq zi-
bil yaradır. Bu, il ərzində 182,5 kq tullantı deməkdir.
Kağızın təbii mühitdə parçalanmasına 10 il, konserv bankasının – 90 il,
polietilen torbanın – 200 il, plastmasın – 500 il, şüşənin parçalanmasına
isə 1000 il lazımdır. Adi siqaret filtrinin parçalanmasına 5 ildən 15 ilə
qədər vaxt lazımdır.