194
Reproduktiv sağlamlığın və sağlam həyat tərzinin əsas şərtləri. Reproduktiv
sağlamlığın və sağlam həyat tərzinin əsas şərtləri düzgün qidalanma, idman vərdiş-
ləri, əmək və istirahət rejiminin düzgün təşkil olunmasıdır. Qidalanma zamanı qida
normalarına ciddi əməl olunmalıdır. Qida normaları dedikdə insanın normal halda
qəbul etdiyi ümumi qidanın və ya onda olan komponentlərin miqdarı başa düşülür.
Bu normalar insanın yaşından, cinsindən, işin növündən asılı olaraq onun bütün
həyatı boyu dəyişir. Qida normalarına əməl olunmaması insanda müxtəlif
xəstəliklərin meydana çıxmasına şərait yaradır. Məsələn, karbohidrat və yağlardan
sui-istifadə nəticəsində insanda ateroskleroz, piylənmə, şəkərli diabet və s.
xəstəliklər yarana bilər. Bədənin sağlam olması üçün insan daim idmanla məşğul
olmalıdır. İdmanla müntəzəm məşğul olduqda ürəyin fəaliyyəti güclənir, əzələlərə
çoxlu
qan gəlir, tənəffüs prosesi yaxşılaşır.
Reproduktiv sağlamlığın qorunması üçün insan sağlam həyat tərzi keçirməli,
gələcək nəslin sağlamlığının qayğısına qalmalıdır.
1. Aşağıdakı suallardan və əlavə məlumat mənbələrindən istifadə edərək sağlam həyat
Dostları ilə paylaş: