ı
43
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
İnsanın virus xəstəlikləri ilə yoluxma yolları. Viruslar insanda müxtəlif xəstə-
liklər əmələ gətirir. Onlar bir neçə yolla sahib orqanizmə düşə bilir. Məsələn, hepatit
A virusu keyfiyyətsiz qida vasitəsi ilə sahib orqanizmnə daxil olur. Virusların bir
qismi qanla,
steril olmayan tibbi alətlərlə, anadan plasenta vasitəsilə dölə keçir.
Hepatit B, quduzluq, immunçatışmazlığı və s.
viruslar qan vasitəsilə bir insandan digərinə keçir.
Bir çox viruslar insanın tənəffüs yollarına
nəfəs aldığı havadan, bəzən isə xəstə insanın tə-
nəffüsü zamanı hava-damcı yolu ilə keçir. Belə
viruslar uzaq məsafələrə aparılaraq epidemiyalar
yarada bildiyi üçün təhlükəli hesab olunur. Bu
yolla qrip, çiçək və s. xəstəliklər keçə bilir.
Qrip xəstəliyinin törədicisi
qrip virusudur. Bu
virus, əsasən, tənəffüs yollarını zədələyir. Xəstəlik
xəstə insanın tənəffüsü zamanı hava-damcı yolu ilə
digər insanlara kecir. İnsan hava-damcı yolu ilə
həm də
çiçək virusuna yoluxur. Çiçəklə yoluxma
zamanı əvvəl tənəffüs yolları, sonra dəri zədələnir.
Qızılca xəstəliyi damcı infeksiyasıdır. Bu xəstəliyi törədən virusla yoluxma za-
manı insanda əvvəl ağız boşluğundan bronxlara qədər bütün tənəffüs yolları, daha
sonra dəri və bağırsağın zədələnməsi müşahidə edilir.
Uşaqlarda
poliomielit (
uşaq iflici) adlanan virus xəstəliyinə daha tez-tez rast gə-
linir. Poliomielit zamanı udlaq və bağırsaq, bəzən onurğanın hərəki neyronları zə-
dələnir. Poliomielit hava-damcı yolu ilə su və ərzaq məhsullarıyla,
çirklənmiş əşya-
larla, xəstə insanın nəcisindən milçəklər vasitəsilə digər insana keçə bilir. Viruslar
insandan başqa, bakteriyalarda, göbələklərdə, bitkilərdə, heyvanlarda da xəstəlik tö-
rədirlər.
–
İnsan özünü virus xəstəliklərindən necə qoruya bilər?
Dostları ilə paylaş: