qalasını
inşa etdirdi. O, xanlıqda öz hakimiyyətini möhkəmləndirdikdən sonra
Gəncə, Naxçıvan, Ərdəbü və Qaradağ
xanlıqlanm öz təsiri altına ala bilmişdi.
Pənahəli xan 1752-ci ildə Şəki xanlığına qarşı Kartli çarı II İrakli ilə ittifaqa
girərək
Qızılqaya xəyanətində
də iştirak etmişdi.
Pənahəli xan xanlığın müdafiəsini gücləndirmək üçün dağlann içində
daha möhkəm və sarsılmaz qala tikmək qərarına gəldi. Əvvəllər şəhər olmuş və
monqollar tərəfindən dağıdılmış yaşayış məskənində 1756-1757-ci illərdə
Şuşa
şəhərinin
binası qoyuldu və qala tikildi. Dövrünün görkəmli sənətkarları hasar,
bürc və divar çəkib, şəhərdə geniş binalar tikdilər.
Keçmiş Səfəvi mülkləri uğrunda mübarizəyə girişən
Məhəmmədhəsən
xan Qacar
1757-ci ildə 30 minlik ordu ilə Qarabağa hücum etdi.
Xatmarxı
deyilən yerdə baş verən döyüşdə
Pənah xan qalib gəldi. Məhəmmədhəsən
xamn iki topu ələ keçirildi və qalaya gətirildi. 1759-cu ildə urmiyalı
Fətəli xan
Əfşarın
Şuşaya hücumu dəf edilsə də, Pənahəli xan oğlu İbrahimxəlil ağanı
girov verib, zahirən itaət göstərərək məsələni dinc yolla həll etdi. 1763-cü ildə
Pənahəli xamn urmiyalı Fətəli xanın əsas düşməni fars Kərim xan Zəndlə
birlikdə Urmiya xanlığına hücumda iştirak etməsinin əsas səbəbi də oğlunun
girovluqda qalması idi. 1763-cü ildə Kərim xan Zəndin fitnəsinə uyub “Şiraz
qonaqlığı”nda iştirak edən
Pənahəli xan
müəmmalı şəkildə Şirazda vəfat etdi.
Xanlıq taxtına çıxan
İbrahimxəlil xanın
hakimiyyəti dövründə
(1763-1806) Qarabağ xanlığı daha da gücləndi. O da atası kimi, Kartli çarlığı və
Rusiyanın himayə etdiyi xristian məliklərinin pozuculuq hərəkətlərinə son
qoydu. XVIII əsrin 80-ci illərində qubalı Fətəli xanın bütün Azərbaycanı öz
hakimiyyəti altında birləşdirmək siyasətinin tərkib hissəsi olan Qarabağ
yürüşlərinin qarşısını aldı. Bu zaman ona müttəfiqi Kartli çarı II İrakli köməklik
göstərmişdi. 1780-ci ildə müttəfiqlər Gəncə xanlığını ələ keçirdilər.
Dostları ilə paylaş: