Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


partiyasının yaydığı bəyənnamədə deyilirdi: "Qarabağda törətdiyi mənfur



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə142/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   138   139   140   141   142   143   144   145   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


partiyasının yaydığı bəyənnamədə deyilirdi: "Qarabağda törətdiyi mənfur 
əməllərinə görə "Difai" tərəfindən ölüm cəzasına məhkum edilmiş general, axır 
ki, haqlı cəzasını aldı. Bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin 
müdafiəsi yolunda "Difai" nin ... ilk qisas aktıdır. İndi minlərlə dərdli ana və 
bacılarımızın göz yaşı quruyacaqdır. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir 
qəzalarının müflisləşmiş, evsiz - eşiksiz sərgərdan dolaşan minlərlə sakini az da 
olsa, rahat nəfəs alacaqdır. "Difai"nin qətliam törədənlərə qarşı amansız 
tədbirləri Rusiya hökumətini bərk sarsıtmışdı. Qafqaz canişinliyi 1908-ci il 4 
mart tarixli fərmanı ilə "Difai" partiyasının fəaliyyətini qadağan etmiş, "İrşad" 
qəzeti bağlanmış və partiyanın lideri Əhməd bəy Ağayev Osmanlı dövlətinə 
mühacirət etməyə məcbur olmuşdu. Partiyanın üzvləri repressiyalara məruz 
qalmış və kütləvi şəkildə həbsə atılmışdılar. 1908 - 1909-cu illərdə partiyanın 
"Qarabağ məclisi təşkilatı" və Gəncə şöbəsi hökumət orqanlan tərəfindən 
dağıdılmışdı. 1909-cu ildə fəaliyyətini dayandırmağa məcbur olan Difai” 
partiyasının üzvlərinin çoxu 1917-ci ildə proqramları uyğun gəldiyi üçün 
"Müsavat" partiyasına daxil olmuşdu. "Difai" partiyası xalqımızın düşmənlərinə 
amansız divan tutduğuna görə çar hakim dairələri bu partiyanı "Müsəlmanların 
döyüş partiyası" adlandırmışdı. 
1907-
ci ildə mərkəzi Gəncə şəhərində yerləşən "Müdafiə" partiyası 
yaradıldı. Bu partiyanın yaradılmasında böyük ictimai - siyasi xadim İbrahim 
Vəkilov böyük rol oynamışdı. Partiyanın fəxri sədri İsmayıl xan Ziyadxanov 
seçilmişdi. Əsas siyasi dayağını mütərəqqi fikirli mülkədarların, bəylərin və 
ziyalıların nümayəndələrinin təşkil etdiyi "Müdafiə" partiyasının fəaliyyəti 
Yelizavetpol (Gəncə) quberniyasının qərb hissəsini və Tiflis quberniyasının 
Azərbaycan türkləri yaşayan bölgələrini, xüsusilə Borçalmı əhatə edirdi. 
1909-cu ilədək fəaliyyət göstərən bu təşkilat "Difai" partiyasının yolunu davam 
etdirir, müsəlman əhalinin içərisində geniş maarifləndirmə işi apanr, 
müsəlmanların hüquq və mənafelərinin qorunması üçün gərəkli addımları atırdı. 
1907-
ci ildə Bakıda yaradılmış “İttifaq” adlı təşkilat da azərbaycanlı 
əhalini rusların ermənilərin əli ilə törətdiyi qətliamlardan qorumağa çalışırdı. 
Azərbaycanda milli - azadlıq hərəkatına rəhbərlik etmək və milli zülm 
altında əzilən xalqları ümumi düşmənə - çar hökümətinə qarşı azadlıq 
mübarizəsinə cəlb etmək üçün daha güclü və nüfuzlu bir partiyanın yaradılması 
tarixi zərurətə çevrilmişdi. 1911-ci ilin oktyabrında Məmməd Əmin 
Rəsulzadənin ideya dostları Abbasqulu Kazımzadə, Tağı Nağıyev və 
Məmmədəli Rəsulzadənin yaradıldığını elan etdikləri "Müsavat" (Bərabərlik) 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin