Lokal kompüter şəbəkələri
LKŞ-nın əsas aparat komponentləri kimi aşağıdakılardan istifadə edi-
işçi stansiyalar;
serverlər;
interfeys plataları;
kabellər.
İşçi stansiyalar (İST) - şəbəkə istifadəçisinin iş yeri kimi istifadə olunan
fərdi kompüterlərdir. İST-nin tərkibinə olan tələbat şəbəkədə həll olunan
məsələlərin xarakteristikaları, hesablama prosesinin təşkil olunma prinsipi,
istifadə olunan ƏS və bir sıra digər amillərlə təyin olunur. Məsələn, əgər şə-
bəkədə MS Windows for Workgroup ƏS-dən istifadə edilirsə, o zaman İST-
nin prosessoru kimi Pentium tipli prosessorlarından istifadə etmək lazım-
dır.Bəzi hallarda İST birbaşa şəbəkə kabelinə qoşulmuş olarsa, bu haldamaqnit
disklərində yaddaşa ehtiyac qalmır. Bu cür İST disksiz İST adlanırlar. Lakin bu
halda fayl-serverdən İST-ə ƏS yükləndikdə, şəbəkə adapterində uzaq məsafədən
yükləməyə imkan verən uyğun mikrosxem olmalıdır.Bu mikrosxem giriş-çıxış
baza sistemin (BIOS) genişlənməsi kimi istifadəolunur. Bu mikrosxemdə İST-
nin əməli yaddaşına ƏS-nin yüklənməsi proqramı yazılır. Bu cür disksiz IST -in
əsas üstün cəhəti onların ucuz olmasıvə burada istifadəçinin proqramına icazə
verilmədən daxil olmanınmümkünsüzlüyü və kompüter viruslarının daxil ola
bilməməsidlir. Mənficəhəti isə onun avtonom rejimdə işləyə bilməməsi (serverə
qoşulmamaq şərtilə), həmçinin özünün verilənlər və proqram arxivinin
olmamasıdır.LKŞ-də serverlər - şəbəkə resurslarını paylamaq funksiyasını
yerinə yetirirlər. Adətən server funksiyasını kifayət qədər güclü olan fərdi
kompüter,meynfreym və ya xüsusi kompüter həyata keçirə bilər. Hər bir server
həm ayrıca, həm də İST tərkibində ola bilər. Axırıncı halda serverin tam
deyil,yalnız resurslarının bir hissəsi ümumi istifadədə ola bilər.LKŞ-də bir neçə
server olarsa, o zaman hər bir server ona qoşulan İST-ə xidmət göstərir. Serverin
kompüterlər toplusuna və onlara qoşulmuş İST-a domen deyilir. Bəzi hallarda
bir domendə bir neçə server olur. Bu serverlərdən biri baş server, qalanları isə
ehtiyat serveri və ya əsas serverin məntiqi genişlənməsi rolunu
oynayırlar.Kompüter-server tipini seçdikdə əsas parametr kimi prosessorun
tipi,əməli yaddaşın tutumu, sərt diskin tipi va tutumu, disk kontrollerinin
tipinəzərə alınmalıdır. Bu xarakteristikaların qiymətləri həll olunacaq
məsələdən, şəbəkədə hesablamaların təşkil olunmasından, şəbəkənin
yüklənmədərəcəsindən, istifadə olunan S-dən və digər amillərdən asılıdır.
Serverdə əməli yaddaş nəinki öz proqramını yerinə yetirmək məqsədini güdür,
həmçinin disk giriş-çıxışının buferlərini yerləşdirmək məqsədi üçün də istifadə
edilir. Buferlərin optimal sayını təyin etməklə, giriş-çıxışəməllərinin yerinə
yetirilmə sürətini artırmaq olar.Əməli yaddaşı seçdikdə nəzərə almaq lazımdır
ki, orada lazımi proqram təminatı, həmçinin şərikli istifadə olunan fayllar və
verilənlər bazaları yerləşməlidir.İST və serverlər şəbəkənin yerləşdiyi yerlərdə
öz aralarında kabel şəklində olan verilənlərin ötürülmə xətti ilə birləşirlər.
Kompüterlər kabelə interfeys platası- şəbəkə adapteri vasitəsilə birləşdirilir. Son
zamanlar verilənlərin ötürülmə mühiti kimi istifadə olunan xətsiz şəbəkələr –
radiokanallar meydana gəlmişdir. Belə hallarda komputerlər bir neçə qonşu
otaqlarda yerləşdirilir.İstifadə olunan şəbəkə adapterləri 3 əsas xarakteristikaya
malikdirlər:Kompüterin qoşulduğu şinin tipi (ISA, EISA, Micro Channel və s.),
mərtəbələr şəbəkəsinin sayı (32,64) və yaradılan şəbəkənin topologiyası
(Ethernet,Arcnet, Token-Ring). Məs, Ethernet topologiyalı və Novell NetWare
və yaMS Windows for Workgroups ƏS-ə malik şəbəkələr üçün Novell
firmasınınNE3200 (32 bitli) şəbəkə adapterindən istifadə etmək daha
məqsədəuyğun sayılır.Şəbəkə kabelinin seçilməsi onun spesifikasiyası ilə
əlaqədar olub, şəbəkə adapterinin sənədlərində göstərilir.LKŞ-ın əlavə
avadanlıqlarına fasiləsiz qida mənbələri, modemlər, transiverlər, repiterlər və
müxtəlif kontaktlar sistemi kimi istifadə olunan konnektorlar və terminatorlar
daxildirlər.Fasiləsiz qida mənbəyi (UPS-Unit Power System) – elektrik
şəbəkəsinin dayanıqlı işləməsini artırır və elektrik şəbəkəsi açıl-dıqda serverdə
olan verilənlərin itməməsini təmin edir. Dövrədə kompüteri qidalandıran
gərginlik açılarsa, o zaman kompüter öz işinə UPS sayəsində davam edəcək,
kompüterin əməli yaddaşına yüklənmiş proqram və verilənlər itməyəcək. UPS-i
seçdikdə fikir vermək lazımdır ki, onun gücü serverlərin gücündən az
olmasın.Transiver – İST-ni yoğun koaksil kabelinə qoşan qurğudur.Repiter – isə
şəbəkə seqmentlərini birləşdirən qurğudur.Konnektorlar (birləşdiricilər)
kompüterlərin şəbəkə adapterlərini nazikkabellə birləşdirmək üçündür.Açıq
kabellərə şəbəkənin qoşulması üçün, həmçinin torpaqlama məqsədilə də istifadə
oluna bilər.TerminatorlarModem – telefon xətti vasitəsilə LKŞ və ya ayrıca
kompüteri qlobal şəbəkəyə qoşan qurğudur.
Dostları ilə paylaş: |