İ N F O R M A T İ K A ____________________________________________________________ 189
simvolları) istifadə etməklə faylın adı və ya genişlənməsi işarə olunur. Bu *
(ulduz) və ? (sual işarəsi) simvollarıdır.
Faylın adında (genişlənməsində) ulduz işarəsi onu göstərir ki, bu mövqedən
başlayaraq adın (genişlənmənin) sonuna kimi ixtiyari mümkün işarə yazıla bilər.
Məsələn, *.DOC – genişlənməsi .DOC olan bütün fayllar, METOD.* - adı METOD
olan (METOD.DOC, METOD.EXE, METOD.TXT və s.) istənilən fayl, AZ*.DOC –
genişlənməsi DOC olan, adı AZ-lə başlayan fayllar, *.* - bütün fayllar.
Faylın adında (genişlənməsində) sual işarəsi onu göstərir ki, bu mövqedə
ixtiyari (yalnız bir) mümkün işarə ola bilər. Faylın adında (genişlənməsində) bir
neçə sual işarəsi yazıla bilər. Məsələn, PROG?.EXE – PROG ilə başlayan adın
beşinci mövqeyi istənilən simvol ola bilər (PROG1.EXE, PROGA.EXE, PROGD.EXE
və s.).
Qlobal simvollardan faylların axtarışında, yerdəyişməsində, köçürülməsində
və silinməsində çox geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, faylların ad və
genişlənməsində böyük və kiçik hərflər eyni qəbul olunur, yəni adna.txt və
ADNA.TXT eyni faylı təyin edir.
DOS əməliyyat sistemində DOS qurğularını işarə etmək üçün adlardan
istifadə olunur və faylları adlandırarkən bu adlardan istifadə etmək olmaz. Bu
adlardan DOS-un əmrlərində kompüter qurğularının giriş və çıxışını təşkil etmək
üçün istifadə olunur. Məsələn, PRN adı printeri göstərir, buna görə də DOS-un
əmrlərində faylın adı yerinə PRN göstərdikdə uyğun verilənlər çapa çıxır.
Bu adlara hər hansı genişlənmə əlavə etdikdə DOS bunu qurğulara müraciət
kimi başa düşür. Məsələn, CON.TXT faylına müraciət CON qurğusuna müraciətlə
eynidir. Ona görə də CON.TXT-dən disk faylının adı kimi istifadə etmək olmaz.
Amma faylların adlarının genişlənməsində .PRN, .AUX, .CON və .NUL-dan
(Məsələn, ALFA.PRN faylından) istifadə etmək olar.