əlavə əməliyyatlar (təkrar presiəmə və bişirmə, yağlayıcı
maddələrlə hopdurma, termiki və ya kimyəvi-termiki
emaljäparılır.Buihaidaəyilmə baş verə bilər, bunun qarşısını
almaq üçün nazik və yastı məmulat təzyiq altında bişirilir.
Alınmış zay məhsul (möhkəmliyin aşağı olması, oksidləşmə)
təkrar bişirmə ilə düzəldilə bilər. Lazım olduqda bişirilmiş
metal-keramik məmulat kalibrləmə, kəsmə ilə emal, termiki və
kimyəvi-termiki emal və təkrar presləmə ilə emal oluna bilər.
Kalibrləmədə bişirilmiş məmulat xüsusi konstruksiyalı
polad pres-qəliblərdə müəyyən deşiklərdən keçirilir; bu zaman
onlarda ölçülər dəqiqləşir, səth cilalanır və məsaməiik xeyii
azalır.
Mürəkkəb şəkilli məmulat almaq üçün bişmiş pəstahlar
(bərk ərintilərdən içliklər və ştamp matrisaları, çəkib-uzatma
gözlükləri və s.) mexaniki emala uğradılır; xarici və daxiii yivlər
açılır, dərin və kiçik diametrli deşikiər açılır və s.
Metal-keramik
məmulatın
kimyəvi-termiki
emalı
(azotlama, xromlama, sianlama və b.) monometallar üçün
olduğu kimi aparılır; lakin belə materiallarda məsaməlik, yəni
aktiv səthin böyük olması ilə əlaqədər emal prosesiəri daha aktiv
aparılır.
Təkrar presləmə mürəkkəb şəkilli məmulatın almasında
aparılır. Bu halda birinci presləmədə təxmini şəkii və ölçülərə
malik pəstahiar alınır, verilmiş ölçü və şəkil ikinci presləmə ilə
dəqiqləşdirilir.
Dostları ilə paylaş: