Müxtəlif texnoloji şəraitlərdə metalların soyuq və qızmar
halda plastiki deformasiyası, bunun fiziki mahiyyəti və bu
proseseslərin qanunauyğunluqları haqqında elm metalların
təzyiqlə emali nəzəriyyəsi
adlanır.
Metallann təzyiqlə emal nəzəriyyəsinin əsas məqsədi
təzyiqlə emalın müxtəlif proseslərində daha əlverişli emal şəraiti
və tələb olunan gücü təyin etməkdir. Birinci məsələnin həili
daha rasional təzyiqlə emal texnologiyasını təyin etmək, ikinci
məsələnin həlli isə metalın deformasiyası
üçün tələb olunan
texnoloji gücün hesablanması əsasında metaüarın təzyiqlə emalı
üçürı yeni yüngül və möhkəm konstruksiyalı təzyiqlə emal
maşınları yaratmaq; həmçinin hazırda işlədilən avadanlıqlardan
düzgün istifadə etməklə, onların maksimum yüklənməsini təmin
etməkdir.
Təzyiqlə emal - mütərəqqi, iqtisadi cəhətdən əlverişli
yüksək məhsuldarlığa maiik metalemaletmə üsuludur. Təzyiqlə
emal prosesləri pəstahların şəkil və ölçülərini iş parçalarının
şəkil və ölçülərinə maksimum yaxınlaşdırmaq
istiqamətində
inkişaf etdirilir; bu halda metaldan səmərəli istifadə olunmasına,
sonradan kəsmə ilə emala əmək sərfini ixtisar etməyə və
məhsulun maya dəyərini azaltmağa imkan yaranır.
Bütövlükdə əridilən poladın -90%-i, əlvan metal və
ərintilərin ~55%-i təzyiqlə emala uğradılır. Metalların təzyiqlə
emalı üçün əsasən yayma, çəkmə, presləmə, sərbəst döyülmə və
ştampiama üsulları istifadə edilir.
Yayma
- təzyiqlə emalın mühüm və geniş tətbiq olunan
üsullarından biridir; ümumilikdə əridilən poladın 75%-dən çox
hissəsi bu proseslə emal olunur.
Yayma prosesində yayma dəzgahının
əksinə və yaxud
eyni istiqamətlərdə fırlanan valiarı 7 ilə pəstah 2 tutulur və
onların arasında deformasiyaya uğradılma iiə
yayıq
adlandırılın
məhsul şəklində formalaşdırılır (şəkil 5.3.a).
Vallarların və pəstahın səthləri arasında yaranan sürtünmə
qüwələri metaiı valların arasındakı deformasiya zonasına çəkir
və sıxıcı qüvvələr onu deformasiyaya uğradır və şəkılləndirir; bu
halda pəstahın qalınlığı azalır, uzunluğu və eni artır.
Şək. 5.3. Metalların təzyiqlə emalının əsas üsullarının sxemləri:
a - yayma;
b
- çəkmə; c - presləmə;
ç -
sərbəst döymə;
d - həcmi ştamplama; e - təbəqə ştamplama
Çəkmə
prosesində (şəkil 5.3.b) pəstah 2 çəkmə dəzgahında
P gücü hesabına alətin
1
deşiyindən çəkib-uzatmaqla
şəkilləndirilir. Çəkmə deşiyinin çıxışında
en kəsik sahəsi
pəstahın en kəsik sahəsindən az olur; bunun sayəsində pəstahın
en kəsiyi azalır, uzunluğu isə artır.
Presləmə
(şəkil 5.3.c) xüsusi silindrkonteynerə
3
yerləşdirilmiş pəstahı
4
matrisatutucu
6
ilə saxlanılan matrisanın
deşiyindən 5 pres-şayba və puanson
1
vasitəsilə təsir göstərən
presləyici gücün P təzyiqi ılə basaraq keçirməkiə aparılan
şəkilləndirilme prosesidir; bu halda pəstahın çıxış qutaracağında
en kəsiyi matrisadakı deşiyin konturuna uyğun gəlir.
Sərbəst döymə
prosesində müxtəlif alətlərdən istifadə
etməklə
çəkicin üst və alt döyəcləri
1, 3
arasında pəstahı 2
deformasi yaya uğratmaqla şəkilləndirmə aparılır. Sərbəst
döymə ilə çəkic və preslerlə müxtəlif ölçülərdə sadə və
mürekkəb şəkilli
döyüklər
alınır.
Ştamplama
(qəlibdə döymə) hər bir gö- yük üçün xüsusi
hazırlanmış ştampda pəstahın şəkil
və ölçülərini dəyişdirmək
məqsədi ilə aparılır. Pəstah metalını deformasiya yolu ilə
şəkilləndirici alət
ştamp
adlanır; bu alətdə qüvvə təsiri ilə
pəstahın materialı onun işçi səthinə və ya konturuna uyğun şəkil
və ölçü alır. Ştamplama həcmi və təbəqə ştampiama proseslərinə
ayrılır. Həcmi ştamplamada (şəkil 5.3.d) pəstah 2 qızmar və ya
soyuq halda çəkic və ya presin qüwəsi hesabına ştampın qapalı
həcmində
1
deformasiya etdirilir.
Təbəqə ştamplama (şəkil 5.3.e) əsasən soyuq ştamplama
preslərində apanlır və pəstah puanson 1, sıxıcı 2 və matrisa
3
vasitəsilə məmula çevrilir.
Metalların təzyiqlə emalı
üçün ilkin material olaraq
korputlar və ya müxtəlif kütiə və ölçülü yarımfabrikatiardan
istifadə edilir. Metallurgiya müəsisələrində yayıq istehsaiı üçün
əsasən kütiəsi 5...8 t olan polad korputlarından istifadə edilir.
Böyük kütləii korputlar (300 t-a qədər) adətən maşınqayırma
zavodlarında in döyüklər almaq üçün işiədilir.
Eyni məqsəd üçün istifadə edilən əlvan metal və
ərintilerdən korputiarın kütləsi 50... 1000 kq həddində olur.
Metallann təzyiqlə emalında ilkin materialın şəkil və
ölçülərinin dəyişməsi ilə yanaşı, eyni zamanda oniarın struktur
və mexaniki xassələri də dəyişir. Əgər metal əvvəlcədən
deformasiyaya uğradılmışsa sonrakı
emai prosesində onun
həcmi dəyişməz qalir.
Dostları ilə paylaş: