184
5.1.5. Ontogenezin qlobal Ģərtləri
Qeyd olunduğu kimi kənd təsərrüfatı heyvanları və quşlarının fərdi
inkişafının genotipik və fenotipik cəhətdən tənzimlənməsi və ona ciddi nəzarət
olunması heyvandarlıqda və quşçuluqda qlobal problemlərin səmərəli həll
olunması işində olduqca önəmli rol oynayır. Bunun nəticəsində isə təsərrüfat
əhəmiyyətli əlamətlərin gələcək nəsil törəmələrində formalaşmasına nail olunur.
Ontogenez zamanı orqanizmin genotipində baş verən hər hansı bir arzu olunmaz
proses və pozğunluq yüksək məhsuldar yeni nəsil törəmələrinin alınması işinə
olduqca neqativ təsir göstərir və seçmənin səmərəsiz olmasına zəmin yaradır.
Qeyd olunanları nəzərə alaraq kənd təsərrüfatı heyvanları və quşlarının fərdi
inkişafında aşağıdakı qanunauyğunluqlara ciddi riayət olunmalıdır:
1.
Genetik qanunauyğunluq
. Bu zaman aşağıdakılar əsas götürülməlidir:
– genetik cəhətdən ontogenezin məhdudlaşması və heyvan orqanizminin
spesifik xüsusiyyətlərinin nəzərə alınması;
– ontogenez zamanı heyvanlarda fenotipin formalaşmasının genotipdən asılı
olmasının nəzərə alınması;
– böyümə sürətinin və davamiyyətin irsiyyətdən asılılığına diqqət verilməsi;
– mutasiyanın (mutagen amillərin) təsirindən ontogenez prosesi zamanı
orqanizmdə irsiyyətin dəyişilməsinin nəzərə alınması.
Dostları ilə paylaş: