50
1988-ci ilədək onun rəhbəri olmuş və həmin kafedranın nəzdində Zaqafqaziyada
yeganə olan «Təkamül təlimi» muzeyini yaratmışdır. Onun elmi yaradıcılığının
əsas incisi XI-XIX-əsrlərdə Azərbaycanda bioloji fikrin inkişafı tarixinin tədqiq
edilməsidir. Müəllif faktlara əsaslanaraq sübut etmişdir ki, N.Gəncəvi, M.Fizuli,
Ə. Xaqani, H.Zərdabi, M.F.Axundov kimi klassiklər bir sıra
tibbi və bioloji
fikirləri ilə zamanı qabaqlamışlar. Bu sahədə onun 20 məqaləsi və 2
monoqrafiyası çap edilmişdir. M.Axundov «Genetika», «Təkamül təlimi»,
«Biologiyaya giriş», «Darvinizm», «Darvin təliminin əsasları», «Yer üzərində
həyatın mənşəyi və inkişafı» kimi dərslik və dərs vəsaitlərinin, «Gənc quşçulara
məsləhət», «Okeanda bir damla», «Nəğməli və bəzəkli quşlar» kitablarının,
ümumilikdə isə 200-dən çox elmi əsər və məqalələrin müəllifidir. Alimin elmi
irsi genetik olaraq övladlarına da sirayət etmişdir. Oğlu Fuad Axundov və qızı
Ellada Axundova da professor elmi adı almış və atalarının
elmi irsini davam
etdirmişlər. M. Axundovun rəhbərliyi ilə ölkəmizdə genetika elmi sahəsində
çoxlu sayda elmlər namizədi və doktoru hazırlanmışdır.
Dostları ilə paylaş: