Fяxrяddиn mustafayev



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə58/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   207
N 349

 
 
Səfərov Kəbutər Mirzəbala Oğlu
(1911-1981) 
 
Azərbaycanda ilk dəfə olaraq kənd təsərrüfatı heyvanlarının (qaramal, 
camış, qoyun,keçi) ən təhlükəli zooantroponoz sayılan leptospiroz-infeksion 
sarılıq xəstəliyinin etioloji, epizootoloji, epidemioloji, kliniki, patoloji-anatomiki 
xüsusiyyətlərinin, patogenezi, diaqnostika və 
profilaktikasının, 
onun 
törədicisinin 
patogenlik, virulentlik xassələrinin, eləcə də 
heyvanların həmin törədiciyə həssaslığının, 
davamlılığının öyrənilməsi ilə məşğul olan 
professor, baytarlıq təbabəti elmləri doktoru 
Kəbutər Mirzəbala oğlu Səfərovun ölkəmizdə 
baytarlıq təbabəti elminin tərəqqisində, 
inkişafında və yüksək ixtisaslı heyvandarlıq 
(zootexnik, baytarlıq təbabəti həkimləri və s.) 
kadrlarının hazırlanmasında olduqca böyük 
xidmətləri olmuşdur. O, 1933-cü ildə Moskva 
Zoobaytarlıq İnstitutunun baytarlıq təbabəti 
fakültəsinə daxil olmuş, 1937-ci ildə həmin institutu bitirmiş, 1937-1938-ci 
illərdə Azərbaycan SSR Dövlət Sığorta İdarəsində baş baytar həkimi vəzifəsində
işləmişdir. Alim 1938-1940-cı illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin 
«Epizootologiya və mikrobiologiya» kafedrasında assistent, 1940-1963-cü 
illərdə kafedra müdiri, 1954-1963-cü illərdə isə «Epizootologiya və 
zoogigiyena» kafedrasının müdiri vəzifəsində işləmiş, 1945-ci ildə namizədlik, 
1953-cü ildə isə Moskvada Ümumittifaq Elmi Tədqiqat Baytarlıq İnstitutunda 


52 
doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1947-ci ildə «Epizootologiya və 
zoogigiyena» kafedrasının dosenti, 1954-cü ildən isə «Epizootologiya» kafed-
rasının professoru təsdiq edilmişdir. K.Səfərovun 50-dən artıq elmi əsəri vardır, 

cümlədən 
Azərbaycan 
dilində 
―Ümumi epizootologiya―, ―Xüsusi 
epizootologiya‖ dərsliklərinin və çoxlu sayda dərs vəsaitlərinin ilk müəlliflə-
rindəndir. Alim 1963-cü ildən 1989-cu ilə qədər respublika Kənd Təsərrüfatı 
Nazirliyində elmi işlər üzrə baş idarənin rəisi vəzifəsində işləmiş, baytarlıq 
təbabəti mikrobiologiyası və epizootologiya üzrə çoxlu sayda namizədlik və 
doktorluq dissertasiyalarına rəhbərlik etmişdir. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin