Fяxrяddиn mustafayev


Məmmədov Abbasəli Qasım oğlu



Yüklə 136,1 Kb.
Pdf görüntüsü
səhifə63/207
tarix24.12.2023
ölçüsü136,1 Kb.
#192395
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   207
N 349

Məmmədov Abbasəli Qasım oğlu
(1925-1990) 
 
Biologiya elmləri doktoru, professor Abbasəli 
Qasım oğlu Məmmədov helmintologiya elmi sahə-
sində görkəmli alim olmuşdur. O, özünün elmi və 
elmi-praktiki əhəmiyyətli əsərləri və baytarlıq 
praktikasında geniş tətbiq olunan tövsiyələri, 
tədbirləri ilə Azərbaycanda, keçmiş SSRI-də və bir 
çox xarici ölkələrdə görkəmli tədqiqatçı kimi 
tanınmışdır. 
A.Məmmədov 
1955-58-ci 
illərdə 
Azər.ETBI-nun aspirantı olmuş, "Camış və zebuların helmint faunasının 


57 
öyrənilməsinə aid" tədqiqat işləri aparmış və 1959-cu ildə Azərbaycan Dovlət 
Universitetində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 
A.Məmmədovun tədqiqatları əsasında qaramal, camış və zebularda 92 növ 
helmint aşkar edilmişdir. Qaramalda tapılan 83 növün 36-sı camışlarda, 50 
növün 28-i zebularda, 50 növün 23-ü Azərbaycanda ilk dəfə qeydə alınmışdır. 
Qaramalda tapılan 3, camışda- 24, zebuda isə 23 növ helmint keçmiş SSRI 
ərazisində ilk dəfə olaraq müəyyən edilmişdir. Qaramalda aşkar edilmiş 5 növ 
Kooperiya azərbaycanika, Nematodirus aznivi, Setariya Assaqovi, S.Qaqarini, 
Trixosefalus yerşovi, camışda isə I növ Parakoperiya retri helmintləri elmdə ilk 
dəfə qeydə alınmışdır. A.Məmmədovun tədqiqatları əsasında qaramal 12, camış 
16, zebu isə 15 növ helmint üçün yeni sahib kimi müəyyən edilmişdir. A. 
Məmmədov 1969-cu ildə "Azərbaycanda qaramalın, camışların və zebunun 
helmint faunası komplekslərinin ekoloji-coğrafi təhlili və bu heyvanların 
helmintozları ilə mübarizənin gələcək perspektivləri" mövzusunda Azərbaycan 
Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1968-ci 
ildə balıq xəstəliklərıni öyrənən şöbəyə müdir təyin edilmişdir. A.Məmmədovun 
təşəbbüsü ilə balıqların parazitar xəstəliklərinin, xüsusilə respublikanın 
balıqçılıq təsərrüfatında, zavodlarında və su hövzələrində öyrənilməsinə aid 
məqsədyönlü tədqiqatların aparılması təşkil edildi. Onun rəhbərliyi ilə 
monogenetik və dinegetik sorucu qurdların – daktilokiroz, kirodaktioloz, 
postdıplamatoz, kematozların törətdiyi – filometriozoz tikanbaşlı qurdların 
törətdiyi xəstəliklərin törədicilərınin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi, 
epizootoloji vəziyyətın araşdırılmasına həsr edilmiş eksperimental və istehsalat 
şəraitində tədqiqat və təcrübələr aparılmışdır. Göstərilən xəstəliklərə qarşı 
kimyəvi preparatların işlədilməsi qaydaları öyrənilmiş, ümumi profilaktiki 
tədbirlər hazırlanmışdır. A.Məmmədovun laboratoriya əməkdaşları ilə bırlikdə 
tərtib etdiyi "Azərbaycanın balıqçılıq su hövzələrində balıqların başlıca parazitar 
xəstəliklərinin yayılması, kartoqran və onlarla mübarizə üsulları" icmalarında 
on illik tədqiqat və təcrübələrin nəticələri verilmiş və bunlar böyük elmi və 
praktiki əhəmiyyət daşıyır. Sonralar o, laboratoriyada xəzdərili heyvanların, əsas 
qunduzların xəstəliklərinin öyrənilməsini təşkil etmişdir. A.Məmmədov 
əməkdaşları ilə birlikdə balıq və nutri xəstəliklərinın Azərbaycanda bioekoioji və 
epizootoloji xüsusiyyətləri və onlarla mübarizəyə aid çox dəyərli tövsiyələr 
hazırlamış, onlar elmi-texniki şurada təsdiq edilmiş və hazırda həmin 
xəstəliklərlə mübarizə işındə geniş istifadə olunur. O, respublikada 
helmintozlara qarşı kompleks tədbirlər planının hazırlanmasında digər alimlərlə 
birlikdə (S.M.Əsədov, H.H.Hacıyev, İ.Ə.Sadıxov) iştirak etmişdir. "Qaramalın 
fippozunun və kənd təsərrüfatı heyvanlarının paramfitomozunun ləğv edilməsinə 
aid kompleks tədbirləri" Ümumittifaq xalq təsərrüfatı sərgisində bürünc medala 
layiq görülmüşdür.
A.Məmmədov elmi-texniki şurada təsdiq edilmiş 14 işin hazırlanmasın- da 
və tətbiq edilməsində də iştirak etmişdir. Onun 181 elmi məqalə və digər əsərləri 
dərc edilmişdir. Bunlardan "Kənd təsərrüfatı heyvanların fassiolyozu və onlarla 
mübarizə" (A.C.Qayıbovla birlikdə), "Camış və zebuların helmıntozları", "Azər-


58 
baycanda kənd təsərrüfatı heyvanlarının helmint və helmintozların zonalar üzrə 
yayılması və helmintozlarla mübarizənin gücləndirilməsi üçün təkliflər‖ 
(S.M.Əsədov və b., 1975), "Zoonoz helmintozlar" (1981), "Baytarlıq 
parazitologiyası" (1986, H.H.Hacıyev və b.) kitablarıı göstərmək olar. 
A.Məmmədovun elmi kadr hazırlığında da fəaliyyəti diqqətəlayiqdir. Onun 
rəhbərliyi ilə 5 eimlər namizədi hazırlanıb. Elmi kadr hazırlığı məsələsində onu 
17 doktorluq və çoxlu namizədlik dissertasiyası işlərində rəsmi opponent kimi 
çıxış etməsi, Azərb.ETBİ-nin və Zoologiya Institutunun müdafiə üzrə 
ixtisaslaşdırılmış şuralarında fəal iştirak etməsi, 80-dən çox dissertasiya 
avtoreferatlarına rəy verməsi müsbət cəhət kimi qeyd edilməlidir. l99l-ci ildə 
A.Məmmədov "Azərbaycanda kənd təsərrüfatı heyvanları, quş və balıqların 
başlıca parazitar xəstəliklərini profilaktikasının elmi əsaslarının işlənilmə və 
tətbiqi" adlı fundamental işlər silsiləsinə görə bir qrup alimlə birlikdə 
Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. 

Yüklə 136,1 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin