ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Utopik sosialistlər
XVIII-XIX əsrlərdə Avropada forma-
laşmışdı. Utopik sosialistlər cərəyanının nümayəndələri bun-
lardır: Anri Klod, Sen-Simon, Şarl Fürye, Tomazo Kampanello 
və başqaları. 
Utopik sosialistlər məktəbi əsasən kapitalizmi tənqid 
edərək, istehsalın, bölgü və istehlakın dəyişdirilməsi, şəxsi 
mülkiyyətin qaldırılması, ədalətli ictimai sistemin qurulması
tələbi ilə çıxış edirdilər.
Marksizm cərəyanı
XIX əsrdə formalaşmışdı. Mark-
sizm məktəbinin nümayəndələri bunlardır: 
Karl Marks
(1818-
1883), 
Fridrix Engels
(1820-1895). Mərkəzdən idarə olunan
dövlət tipli iqtisadiyyata söykənərək istehsal vasitələri üzə-
rində xüsusi mülkiyyətin olmadığı cəmiyyət qurmaq cəhdi bu 
məktəbin adı ilə bağlıdır. Marks və Engels kapitalizmin kom-
munizm ilə əvəz olunması nəzəriyyəsini əsaslandırmağa çalış-
mışdılar. 
K.Marks iqtisadi təhlilinin əsasında əməyin ikili xarakteri 
və izafi dəyər nəzəriyyəsi dururdu. K.Marksın əsas əsərləri 
aşağıdakılardır: "Fəlsəfənin yoxsulluğu" (1846), "Muzdlu əmək 
və kapital" (1849), "Siyasi iqtisadın tənqidinə dair" (1859),
"Kapital" I cild (1867); II cild (1885); III cild (1894). 
Marjinalizm cərəyanı
XIX əsrin ikinci yarısında yaran-
mışdı. Marjinal sözü ingilis sözü olub son hədd deməkdir. 
Marjinalizm cərəyanının nümayəndələri bunlardır: 
Karl 
Menger
(1840-1921), 
Fridrix Fon Vizer
(1851-1914), 
Yev-
geni Bem-Baverk
(1864-1914), 
Uilyam Stenli Cevons
(1835-
1910). Marjinalizm əsasında istehlaka üstünlük verən, iqtisadi 
hadisə və proseslərin izahında son həddə, son kəmiyyətə əsas-


20 
lanan nəzəriyyə durur. Marjinalizmin əsas prinsipi faydalılı-
ğın azalmasıdır. 
Marjinalizmin əsas kateqoriyaları: son hədd məhsul-
darlığı, son hədd faydalılığı, son hədd xərcləri və s. Marjinaliz-
min kəmiyyət təhlilində iqtisadi – riyazi metod və model-
lərindən istifadə edilir.
Müasir iqtisadi nəzəriyyənin əsas istiqamətləri aşağı-
dakılardır: Neoklassik, Monetarizm, Neioliberalizm, Keyns-
çilik, İnstitusional – sosioloji istiqamət. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin