22
Müasir iqtisadi fikirlərin istiqamətləri, cərəyanları, mək-
təbləri və başqa müxtəlif düşüncələr sosial istiqamətli bazar
iqtisadiyyatının problemlərinin nəzəri və praktiki həllinə yönəl-
mişdir.
Kembric Universitetinin professoru C.Robinsonun sözlə-
rinə görə "İqtisadi fikir tarixini öyrənməkdə məqsəd ondan
ibarət deyil ki, iqtisadi suallara hazır cavablar alasan, məqsəd
odur ki, bəzi iqtisadçıların nəzəri tələsinə düşməməyi öy-
rənəsən".
Nobel mükafatı laureatı, Fransa iqtisadçısı M.Alle deyir:
"Öz fikrinə tənqidi, başqalarının fikrinə hörmətlə yanaşmaq
elmin tərəqqisinin real çıxış nöqtəsidir".
Dostları ilə paylaş: