M.Fridmen
sonradan uzun illər (1946-1979-cu
illərdə) həmin universitetdə iqtisadiyyat professoru vəzifəsində
çalışmışdır. O, "İstehlakın analizi, pul dövriyyəsinin tarixi və
monetar nəzəriyyənin işlənib hazırlanması, eləcə də siyasətin
sabitləşməsi mürəkkəbliyinin nümayiş etdirilməsi sahəsində
nailiyyətlərinə görə" iqtisadiyyat sahəsində Nobel mükafatı
laureatı adı almışdır (1976).
256
Monetar ideyalar XX əsrdə Çikaqo Universitetində
yaranmışdı. Lakin neoliberalizm hərəkatında Amerika mone-
tarizmi 50-ci illərin axırı 60-cı illərin əvvəllərində M.Fridme-
nın əsərlərinin ("Pulun miqdar nəzəriyyəsi haqqında təlim" -
1956) meydana gəlməsi ilə böyük əhəmiyyət kəsb etmişdir.
Monetarizm iqtisadi fikrin inkişafında keynsçiliyin əksi
kimi meydana çıxmış və iqtisadi nəzəriyyədə öz yeni ideyaları
ilə çıxış etmişdir. Belə ki, ötən əsrin 70–80-ci illərdə Qərb
ölkələrində istehsalda baş verən durğunluq, inflyasiya və işsiz-
lik iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi haqqında
Keyns nəzəriyyəsini zəiflətdi. İnflyasiya ilə işsizliyin eyni
vaxtda fəaliyyət göstərməsi iqtisadiyyatda pul amilinə daha çox
diqqət yetirməyi zəruri etdi. Buna görə də bu məktəbin nüma-
yəndələri pul kütləsi ilə istehsalın həcmi arasındakı əlaqəni
izah etmək üçün pul–kredit siyasətini işləyib hazırlamışlar.
Fridmen əmin idi ki, "İnflyasiya həmişə və hər yerdə monetar
fenomen sayılır". Əgər dövriyyəyə əlavə pul buraxılışının artım
tempi məhduddursa və onun səviyyəsi iqtisadiyyatda istehsalın
artım tempinə uyğundursa, onda məhsulun qiymətinin artımı
baş verəcək.
İqtisadiyyatın idarə edilməsinə monetarist yanaşma 70-ci
illərdə və 80-ci illərin əvvəllərində staqflyasiyanın aradan qal-
dırılması dövründə ABŞ-da, Böyük Britaniyada, AFR-də və
başqa ölkələrdə, eləcə də 90-cı illərin əvvəllərində Rusiyada
bazar iqtisadiyyatına keçid dövründə geniş istifadə edilmişdir.
Monetar idarəetmə - iqtisadiyyatda işgüzar dövrlərə təsir
etmək və inkişafın makroiqtisadi məqsədlərinə nail olunmasına
köməklik məqsədilə makroiqtisadi səviyyədə pul-kredit siyasə-
tinin aparılması zamanı məcmu pul kütləsinin idarə edilməsidir.
Monetar konsepsiyaya görə, müasir bazar münasibətləri
siyasi azadlığı və iqtisadi səmərəliliyi təmin edən davamlı, özü-
özünü tənzimləyən sistemdir. Bu da vacibdir ki, iqtisadiyyatın
inkişafına dövlətin müdaxilə etməsi arzuedilən və labüd mə-
sələdir, lakin bu müdaxilə bazar mexanizmlərinin keynsçi
257
metodlarla, məcmu tələbin tənzimlənməsi yolu ilə deyil, səmə-
rəli pul siyasətinin köməyi ilə bazarın rəqabət qüvvələrinin
fəallaşması üçün şərait yaradılması yolu ilə həyata keçirilməli-
dir. Fridmen və onun davamçıları bazarın pul kütləsi ilə
manipulyasiya edilməsinə reaksiyasını iki model - qısamüddətli
və uzunmüddətli model şəklində nəzərdən keçirirlər. Qısamüd-
dətli planda pul kütləsinin artması faiz dərəcələrinin azalması-
na və tələbin genişlənməsinə, işsizliyin azaldılmasına gətirib
çıxarır. İqtisadi fəallığın stimullaşdırılma tədbiri kimi monetar
orqanlar tərəfindən pulun miqdarının artırılması monetar eks-
pansiya kimi çıxış edir.
Lakin pul təklifinin artması uzun müddət ərzində dəfə-
lərlə təkrarlandıqda investisiya prosesi intensivləşir. Bu, isteh-
salın, satışın, gəlirlərin və pula tələbin həcminin artmasına sti-
mul yaradır, nəticədə faiz dərəcəsi artır. Bu siyasətin uzunmüd-
dətli effekti faiz normasının hərəkəti, pula tələbin və təklifin
dəyişməsi arasında əlaqələrin pozulmasında təzahür edir.
Monetarizmə görə, pul bazarında uzunmüddətli tarazlıq
yaranması üçün pul təklifinin uzunmüddətli artım sürəti ilə real
məhsulun uzunmüddətli artım sürəti arasında əlaqəni müəyyən
edən əsas qanuna riayət edilməlidir: m=y+i, burada m- pul
təklifinin uzunmüddətli artım sürəti; y-real məhsulun uzun-
müddətli artım sürəti; i-gözlənilən inflyasiyanın sürətidir.
Uzunmüddətli pul siyasətinin məqsədi inflyasiyanı sabitləşdir-
mək və onu tamamilə proqnozlaşdırıla bilən kəmiyyətə çevir-
məkdir. Monetarizm belə hesab edir ki, təsərrüfat konyuktu-
rasının qısamüddətli dəyişilməsinə deyil, uzunmüddətli meyil-
lərə oriyentasiya edilən bu cür iqtisadi siyasət iqtisadi artımın
optimal sürətinin saxlanılmasına ən yaxşı şərait yaradır.
Bu gün monetarizm iqtisadiyyatın inkişafının keynsçi
konsepsiyasının tam antipodu deyil. Hazırda müəyyən mənada
keynsçi-neoklassik sintez mövcuddur. Bu müstəqil nəzəri mo-
del özündə hər iki iqtisadi nəzəriyyənin elementlərini cəmləş-
dirir.
|