ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

C.Məmmədquluzadə
Azərbaycan demokratizminin ide-
ya mərkəzi olan "Molla Nəsrəddin" jurnalının əsasını qoymuş, 
bu jurnalın redaktoru olmuşdur. C.Məmmədquluzadənin rəh-
bərliyi altında jurnal sosial tərəqqi, siyasi və iqtisadi müstəqil-
lik, demokratik respublika uğrunda ardıcıl mübarizə apar-
mışdır. 
Azərbaycanın demokratik sosial-iqtisadi fikrinin digər 
görkəmli nümayəndəsi, məşhur bəstəkar 
Ü.Hacıbəyli
də impe-
rializmin müstəmləkə siyasətinin irticaçı, təcavüzkar xarakte-
rini açıb göstərirdi. Ü.Hacıbəylinin bütün ictimai fəaliyyəti 
millətinin tərəqqisinə mane olan hər nə varsa, hamısını dəf 
etmək kimi bir müqəddəs məqsəd üzərində qurulmuşdur. 
Azərbaycan xalqının iqtisadi fikir tarixində Azərbaycan 
Demokratik Respublikasının (28 may 1918-ci ildən 27 aprel 
1920-ci ilədək) iqtisadi platforması xüsusi əhəmiyyət kəsb edir. 
XX əsrin əvvəllərində Azərbaycan iqtisadi fikir tarixində
marksizm mərhələsi mühüm yer tutur.
Azərbaycanda marksiz-
min iqtisadi ideyalarının yaranmasının əsas mənbəyi 
K.Marks 
(1818-1883)
və 
F. Engels (1820-1895)
olmuşdur. 
XX əsrdə yaradılmış tədris ocaqları, tədqiqat mərkəzləri
iqtisadi təmayüllü çap orqanlarının geniş şəbəkəsi Azərbay-
canın iqtisadi fikir tarixinin inkişafını sürətləndirmiş və daha da 
zənginləşdirmişdir. Azərbaycanda iqtisadi fikrin yayılmasında 
H.Dadaşov, Q.Sultanov, Ə.Fərəcov, M.Ağayev, Ə.Qasımov, 
T.Vəliyev, A.Həsənov, M.X.Meybullayev, F.Nəsrullayev, 
Z.Səmədzadə, T.Quliyev
və başqalarının böyük rolu olmuş-
dur. Azərbaycan iqtisadçıları tərəfindən sahə və sahələrarası 
iqtisad elmlərinin yaranması, məhsuldar qüvvələrin inkişafı, 
kənd təsərrüfatı, neft iqtisadiyyatı, nəqliyyat, iqtisadi əlaqələr, 
təkrar istehsala dair tədqiqatlar aparılmış, məqalələr, kitablar 


56 
dərc olunmuşdur. Görkəmli alim 
Ə.Sumbatzadənin
"XIX 
əsrdə Azərbaycanın kənd təsərrüfatı" adlı əsərində kənd təsər-
rüfatının bütün sahələrində əmtəə istehsalı və muzdlu əməyin 
tətbiq olunması ilə kapitalizmin mövcud olması fikri çox 
əhəmiyyətlidir, həmçinin Azərbaycan xalqını köçəri adlandı-
ranlara cavab olaraq bunu Azərbaycanın təbii-coğrafi şəraiti 
əsasında izah etmişdir.
XX əsrin 50-60-cı illərində Azərbaycanın iqtisadçıları 
arasında iqtisadi qanunların tədqiqi ilə bağlı araşdırmalar 
aparılmışdır ki, bunlara da 
B.Axundovun
"Tələbatın artması 
qanunu"nu aid edə bilərik.
Müasir dövrdə (1990-2018) Azərbaycanın iqtisadi fikir-
lərindəki dəyişiklik yenidən milli müstəqilliyin qazanması ilə 
onun ictimai-siyasi həyatında baş verən yeniləşmə, keçid mər-
hələsi ilə xarakterik olmuşdur. Bu dövrdə başlıca məsələləri 
iqtisad elminin diferensiyasiyası yeni iqtisadi sistemin, bazar 
sisteminin formalaşması üçün iqtisadi islahatların həyata keçi-
rilməsi, milli və azad iqtisadiyyatın formalaşması, ölkə iqtisa-
diyyatının strukturundakı dəyişikliklər, istehsalın səmərəliliyi, 
əmək ehtiyatları, demoqrafiya, məhsuldar qüvvələrin səmərəli 
yerləşdirilməsi, makroiqtisadi sabitlik yeni idarəetmə sistemi-
nin yaradılması beynəlxalq iqtisadi siyasətin yenidən qurul-
ması, sosial proseslərin tənzimlənməsi, qeyri-istehsal sahə-
lərinin inkişafı və s. məsələlər aktual olmuşdur.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin