ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Makroiqtisadiyyat 
ölkənin 
iqtisadiyyatının bütövlükdə götürülməsi deməkdir. İqtisadiyya-
tın mürəkkəb, ierarxik şəkildə təşkil olunmuş sistemi kimi çıxış 
etməsidir.
Mikroiqtisadiyyat
iqtisad elminin bölməsi kimi qə-
bul edilə bilər, kiçik miqyaslı iqtisadi proseslərin, subyektlərin, 
hadisələrinin (yəni müəssisə, firma, şirkət, xidmət bölmələri, 
sahibkarlıq qurumları, fermer təsərrüfatı və s.) öyrənilməsi ilə
məşğuldur. 
Mezoiqtisadiyyat
makroiqtisadiyyatda bir-biri ilə 
üzvü surətdə bağlı olan sahələr kompleksini, birliyini bildirən 
anlayışdır. Məsələn, aqrar - sənaye kompleksi, hərbi-sənaye 
kompleksi, infrastruktur və s. 
Meqoiqtisadiyyat
isə əsası bey-
nəlxalq əmək bölgüsü olan dünya iqtisadiyyatını bildirən 
anlayışdır.
İqtisadiyyat ictimai elm qrupunun tərkib hissəsidir. İqtisadi 
biliklər sisteminin yaradılması bilavasitə siyasi iqtisadın elm 
kimi meydana gəlməsi ilə bağlıdır. İqtisadi biliklərin mənbələri 
quldarlıq cəmiyyəti dövrünə, qədim Misir papirusları üzərində 
yazılmış mətnlərə, Babilistan padşahı 
Hammurapinin
(b.e.ə. 
1792-1750-ci illər) qanunlarının daş üzərində yazıldığı dövrə, 
qədim hind vedlərinə -dini məcmuələrinə (b.e.ə. II minilliyin 
sonu - I minilliyin əvvəli) aiddir. Müasir siyasi iqtisadın nəzəri 
1
Bax: Qəzənfər Əlləzov. İqtisad elminin nəzəri-metodoloji əsaslarının tarixi 
inkişafı. Bakı-2009, səh. 11.



ilkin müddəaları, ilk növbədə Antik dövrün mütəfəkkiri 
Aristotelin (b.e.ə. 384-322) "Politika" əsəri ilə bağlıdır. O, bir 
sıra mühüm iqtisadi problemləri, o cümlədən əmtəə, pul, 
kapitalın ilkin formalarını öz zəmanəsi üçün dərindən təhlil 
edilmişdir. Aristotel "Nikomaxın etikası" adlı əsərində iki əsas 
əmtəə münasibətinin, əmək və tələbatın mövcud olmasını 
göstərərək onların təbiəti barədə diskussiyaların istiqamətlərini 
bir neçə əsr qabaqcadan müəyyən etmişdir. İlk siyasi iqtisad 
məktəbi-merkantilizm XV əsrin axırlarından XVIII əsrin orta-
larınadək ilkin kapital yığımı dövründə yaranmış və inkişaf 
etmişdir. Bu istiqamət siyasi iqtisad tarixinin başlanğıcı hesab 
edilir, çünki o, tədavül sferasındakı iqtisadi hadisələrin zahiri 
tərəflərini təsvir etməklə kifayətlənirdi. Siyasi iqtisad elminin 
adı fransız merkantilisti A.Monkretyenin (1575-1621) "Siyasi 
iqtisad traktatı" əsərindən (1615) götürülmüşdür. XVII əsrin 
ikinci yarısından XIX əsrin ortalarınadək inkişaf etmiş və ilk 
növbədə, U.Petti (1623-1687), F.Kene (1694-1774), A.Türqo 
(1727-1781), A.Smit (1723-1790), D.Rikardo (1772-1823), S. 
Sismondi (1773-1842) kimi böyük alimlərlə təmsil olunmuş 
klassik siyasi iqtisadın inkişafına mühüm töhfələr vermişdir. 
Neoklassik istiqamətin əsaslarının işlənib hazırlanmasına 
ingilis iqtisadçısı T.R.Maltus (1766-1834), eləcə də iqtisadçı-
riyaziyyatçılar riyazi tədqiqat metodlarının köməyi ilə iqtisa-
diyyatın fəaliyyətinin bazar mexanizmini və istehlakın iqtisadi 
rolunu məxsusi təhlil etməyin əsasını qoymuş alman iqtisadçısı 
G.H.Qossen (1810-1858) və sosial-iqtisadi hadisələrin təhlili-
nin riyazi metodlarını tətbiq edən, fransız alimi A.O.Kurno 
(1801-1877) da mühüm töhfələr vermişlər. Qossen son fayda-
lılıq nəzəriyyəsinin formalaşmasında ilk addımları atmış, daha 
sonra bu nəzəriyyə onun baniləri olan iqtisadçı-riyaziyyat-
çıların - ingilis U.S.Cevons (1835-1882), isveçrəli L.Valras 
(1834-1910), italiyalı V.Pareto (1848-1923), eləcə də Avstriya 
məktəbini təmsil edən nəzəriyyəçilərin-K.Menger (1840-1921), 
Y.Bem-Baverk 
(1864-1914) 
və F.Vizerin (1851-1926) 



əsərlərində inkişaf etdirilmişdir. Son hədd faydalılığı konsep-
siyasının nəzəriyyəçiləri qiymət əmələgəlməsinın "istehlakçı 
versiyası"nı yaratmışlar. 
Neoklassik iqtiqamətin inkişafı Kembric məktəbinin 
banisi, ingilis iqtisadçısı A.Marşallın (1842-1924) əsərlərində 
başa çatmışdır. O, bazar iqtisadiyyatının əsas mexanizmini - 
"iqtisadi araşdırmaların özəyi olan, onlara vəhdət və ardıcıllıq 
kəsb etdirən tələb və təklifin nisbətləri"ni əsas götürərək 
iqtisadi baxışlar sistemini işləyib hazırlamışdır. 
A.Smitdən sonra klassik istiqamət D.Rikardo və 
C.St.Milin (1806-1873), sinfi mövqedən K.Marksın (1818-
1883) və onun davamçıları R.Hilferdinq (1877-1941), 
K.Kautski (1854-1938), G.Plexanov (1856-1918), R.Lüksem-
burq (1871-1918), V.Lenin (1870-1924) və bir sıra başqa alim 
və siyasətçilərin əsərlərində inkişaf etdirilmişdir. XX əsrin 
axırlarında bu istiqamət, ilk növbədə, xüsusi marksist iqtisadi 
tədqiqatlarda, radikal siyasi iqtisad nəzəriyyəçilərinin, sosial 
institusional məktəbin və postkeysçi nümayəndələrin əsərlərin-
də öz əksini tapmışdır. 
Keynsçilik məktəbinin banisi C.M.Keynsin (1883-1946) 
nəzəriyyəsi neoklassik və klassik istiqamətlər arasında müəy-
yən mənada orta mövqe tutur. Keyns öz təhlilində psixoloji 
metoddan və neoklassik məktəbin limit təhlilindən, eləcə də 
klassik məktəbin bir sıra nümayəndələrinin fikirlərindən istifa-
də etmişdir. M.Keynsin başlıca və yeni ideyası odur ki, bazar 
iqtisadi münasibətlər sistemi özünü tənzimləyən deyil, mak-
simum məşğulluq və iqtisadi artım imkanını yalnız dövlətin 
iqtisadiyyata aktiv müdaxiləsi təmin edə bilər.
İnstitusionalistlər demək olar ki, iqtisadi nəzəriyyənin 
neoklassik istiqamətinin alternatividir. Onlar maddi amillərlə 
yanaşı, mənəvi, əxlaqi, hüquqi və digər amilləri də iqtisadiy-
yatın hərəkətverici qüvvəsi hesab edirdilər. Başqa sözlə, sosial-
iqtisadi inkişafın həm iqtisadi, həm də qeyri-iqtisadi problem-
lərini təhlilin əsas predmeti hesab edir, makroiqtisadi təhlilə



geniş yer verirdilər. Onların əsas ideyası: 1) iqtisadiyyat üzə-
rində "sosial nəzarət"; 2) "Xalq" və "tənzimlənən" - "Sənaye 
cəmiyyəti", sonra sosializmə konvergensiya vasitəsilə kapita-
lizmin transformasiyası idi. 
Мцасир елм вя техника ня гядяр инкишаф етмиш олса да, 
биз щямишя шяхсиййятлярин щяйатыны вя ясярлярини унутмама-
лыйыг вя унуда да билмярик. Онларын кяшфляри, нязяриййяляри, 
идейалары олмасайды вя щягиги елми ахтарышлара гиймят верил-
мясяйди, мцасир дцнйа да мювжуд олмазды
2


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin