Merkantilizm (ing. merkantilist)
- ilkin kapital yığımı
dövründə yeni yaranmaqda olan ticarət - sənaye burjuazi-
yasının iqtisadi nəzəriyyəsini və iqtisadi siyasətini özündə əks
etdirən ilk siyasi iqtisad məktəbidir.
Merkantilizm XV əsrdə yaranmış və ayrı-ayrı elementləri
XVIII əsrdə təzahür etmişdir. A.Smit özünün "Xalqların sərvə-
tinin təbiəti və səbəbləri haqqında tədqiqat" adlı əsas əsərində
69
(1776) merkantilizmi tənqid etmişdir. Merkantilizm, əsasən,
Qərbi Avropa ölkələrində - İngiltərə, Fransa, İspaniya, İtaliya
və Portuqaliyada geniş yayılmışdır. Merkantilizmin ən gör-
kəmli nümayəndələri və onların əsas əsərləri aşağıdakılardır:
İngiltərədə -
Uilyam Stafford
, "Həmvətənlərimizin bəzi şika-
yətlərinin tənqidi şərhi" (1581);
Tomas Man
, "İngiltərənin xa-
rici ticarətdə sərvəti və ya bizim xarici ticarət balansımız sər-
vətimizin tənzimləyicisidir" (1664);
Ceyms Stüart
, "Siyasi
iqtisadın əsasları barədə tədqiqat" (1767); İtaliyada
Antonio
Serra
, "Qiymətli metal mədənlərindən məhrum olan kralların
qızıl və gümüşlə təchiz edilməsi vasitələri barədə qısa traktat"
(1613);
Fransada Antuan de Monkretyen
, "Krala və
kraliçaya həsr edilmiş siyasi iqtisad traktatı" (1615), "Siyasi
iqtisad" termininə ilk dəfə bu əsərdə rast gəlmək olar);
Jan
Batist Kolber
, "Məktublar, sənədlər və xatirələr", 8 cilddə
(1861 - 1882).
Merkanlizm nəzəriyyəsinin bəzi elementlərindən I Pyo-
trun müasiri olmuş rus iqtisadçısı
İ.T.Posoşkovun
"Xəsislik
və varlılıq haqqında kitab" əsərində istifadə olunmuşdur.
Hər cür sahibkarlığın başlanğıcını, çıxış nöqtəsini pul təş-
kil edir. Bu pul da, sahibkar onun vasitəsilə fəhlə tutduqda,
emal üçün və ya yenidən satmaq üçün əmtəə satın aldıqda pul
kapitalına çevrilir. Bu fakt merkantilizmin əsasında durur. Öl-
kəyə pulun – qiymətli metalın cəlb edilməsi merkantilizmin
məğzini və məqsədini təşkil etmişdir.
9
Erkən merkantilizm dövründə bu tədbirlər primitiv idi.
Xarici ölkə tacirlərini mövcud ölkənin hüdudları daxilində on-
ların əmtəələrinin satılmasından alınan bütün qazancı yerindəcə
xərcləməyə məcbur edirdilər və hətta bunun üçün xüsusi nəza-
rətçilər, çox vaxt da "gizli nəzarətçilər” təyin edirdilər. Bir
sözlə, qızılın və gümüşün xaricə daşınması qadağan edilirdi.
Sonralar – XVII və XVIII əsrlərdə Avropa dövlətləri
daha çevik və əməli siyasətə keçdilər. Ölkə başçıları və onların
9
Bax: A.V.Anikin. Elmin gəncliyi. Bakı: Gənclik, 1987, səh. 38.
70
müşavirləri başa düşmüşdülər ki, ölkəyə pulu cəlb etməyin ən
etibarlı üsulu ixracat mallarının istehsalını inkişaf etdirmək və
ixracatın idxal üzərində üstünlük təşkil etməsinə nail olmaqdır.
Buna görə də dövlət hakimiyyəti sənaye istehsalını geniş tətbiq
etməyə, manufakturalara köməklik göstərməyə başladılar.
Merkantilizmin siyasətindəki bu iki mərhələ onun iqtisa-
di nəzəriyyəsinin də inkişafındakı iki mərhələyə uyğun gəlir.
Həmçinin monetar sistem adlanan erkən merkantilizm pulu öl-
kədə saxlamaq üçün yalnız inzibati tədbirlər işlənib hazırla-
yırdı. İnkişaf etmiş merkantilizm isə millətin varlanması
mənbələrini sərvətin primitiv qaydada toplanılmasında deyil,
xarici ticarətin inkişaf etdirilməsində və aktiv ticarət balansında
(idxal üzərində ixracatın artırılmasında) axtarırdı. İnkişaf etmiş
merkantilizmə sələflərin "ifrat inzibatçılığı" yad idi. Onlar öz
təsəvvürlərinə görə yalnız təbii hüquq prinsiplərinə uyğun olan
dövlət müdaxiləsini bəyənirdilər. Təbii hüquq fəlsəfəsi XVII –
XVIII əsrlərdə siyasi iqtisadın inkişafına çox mühüm təsir gös-
tərmişdir. Müəyyən dərəcədə bu elm özü təbii hüquq ideyaları
çərçivəsində inkişaf edirdi. Öz mənşəyini Aristoteldən və di-
gər antik mütəfəkkirlərdən götürən bu ideyalar yeni dövrdə ye-
ni məzmun alırdı. Təbii hüquq filosofları öz nəzəriyyələrini
abstrakt "insan təbiətindən" və onun "təbii" hüquqlarından
götürürdülər. Bu hüquqlar çox cəhətdən dünyəvi və kilsə istib-
dadına zidd olduğundan təbii hüquq fəlsəfəsi mühüm mütə-
rəqqi elementlərə malik idi.
Filosoflar və onların ardınca gedən merkantilizm nəzəriy-
yəçiləri dövlətə insanın təbii hüquqlarını təmin etməyə qadir
olan təşkilat kimi baxırdılar. Bu hüquqlara mülkiyyət və təh-
lükəsizlik də daxil idi.
Merkantilizm siyasətində ən mühüm aspektlər ilk növbə-
də ixrac yönümlü milli sənayenin hər vasitə ilə təqdir edilməsi,
ucuz xammal idxalı, idxal edilən sənaye məhsullarına himayəçi
tariflər tətbiq edilməsi, əməkhaqqının artımıının məhdudlaş-
dırılması, fəhlələrin əməkhaqqının qanunverici tədbirlər vasi-
71
təsi, həm də demoqrafik siyasətin köməyi ilə məhdudlaşdırmaq
idi.
İqtisadi siyasətə yanaşmada kifayət qədər fərqlərə bax-
mayaraq bütün merkantilistlər azad ticarət və iqtisadi qüvvə-
lərin köləlikdən, əsarətdən tam azad edilməsi ideyasını müdafiə
etmirdilər, proteksionizm siyasətinin tərəfdarları kimi çıxış
edirdilər.
Dostları ilə paylaş: |