"Mə-
nəvi hisslər nəzəriyyəsi"
əsərini yazdıqdan sonra o, gənc
hersoqu Avropa boyunca səyahəti zamanı müşayiət etmək
məqsədilə 1763-cü ildə kafedradakı vəzifəsini buraxmışdır. O,
Fransada səyahəti zamanı dövrün bir sıra tanınmış incəsənət və
elm xadimləri Fransua Kene, Ann Robert Jak Türqo, Jan Jak
Russo ilə tanış olmuşdur. Adam Smit 1776-cı ildə Kerkoldiyə
dönərək, "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında
100
tədqiqatlar" əsərini yazmağa başlamış və bu kitab üzə çıx-
dıqdan sonra, Şotlandiyanın gömrük komissarı vəzifəsinə təyin
edilmişdir.
Bir iqtisadçı kimi A.Smit əvvəlki yüzillik ərzində
alimlərin ideyalarıını ümumiləşdirmiş, iqtisad elminin
kateqoriyalar sistemini, metodlarını, prinsiplərini işləyib
hazırlamış, İngiltərə və digər ölkələrdə, XIX əsrdə inkişafa
əhəmiyyətli təsir göstərmişdir. Smitin bəzi müddəaları öz
əhəmiyyətini hələ də saxlayır. Həm marksizm, həm də qeyri-
marksizm elmində Smit klassik siyasi iqtisadın ən görkəmli
nümayəndəsi hesab olunur. Klassiklərın arasında Smitin
rolunun şərhində başlıca fərq ondan ibarətdir ki, marksizm
Smit təlimini, ilk növbədə, K.Marksın iqtisadi sisteminə,
xüsusilə onun əmək-dəyər nəzəriyyəsinə və izafi dəyər
nəzəriyyəsinə gedən yolda elmin inkişafında mərhələ kimi
nəzərdən keçirir. Qeyri-marksizm elmi isə onu daha geniş və
daha az ideologiyalaşmış mövqelərdən izah edir.
A.Smit əmək-dəyər nəzəriyyəsinin ən sadə postulatlarını
qəbul edir və göstərir ki, o, əmtəə mübadiləsini yalnız cəmiy-
yətin primitiv halında tənzimləyir. Halbuki istehsal alətləri
fondu kimi dərk olunan kapital əmək prosesində zəif rol oyna-
yır. Kapitalizm şəraiti üçün Smit əmtəə dəyərinin formalaş-
masında, eləcə də bölüşdürülən məhsulda istehsal amillərinin
paylarının müəyyən kapitalın və əməyin birgə iştirakı ideyasına
meyil edir. Smitə görə cəmiyyət üç əsas sinifdən – kapitalist-
lərdən, muzdlu fəhlələrdən və torpaq sahiblərindən ibarətdir.
Özü də o, torpaq sahiblərinin, əməyi qeyri - məhsuldar əhali
qruplarının, ev qulluqçularının və dövlət idarəetməsinə qədər
olan ictimai qulluq sferası işçilərinin ictimai əməyinə son
dərəcə tənqidi yanaşırdı.
A.Smit iqtisadi sistemin qurulmasının əsas prinsiplərini
araşdıraraq, maddi istehsal məhsullarını millətin sərvətinin əsa-
sı olması qənaətinə gəlmişdir. Dövlətin, ölkənin iqtisadiyyatı-
101
na tamamilə qarışmaması prinsipini millətin sərvətinin şərti ki-
mi qiymətləndirmişdi.
12
A.Smit izah edirdi ki, istehsalın məqsədi istehlakçıları
təmin etməkdir. O, deyirdi ki, könüllü mübadilədə insanlar öz
xüsusi maraqlarını güdməklə istehlakçıların maraqlarına xid-
mət edirlər. Onlar istehlakçılara daha çox fayda verə biləcəkləri
işlər və biznes sahələri üzrə işləyərkən daha yaxşı necə
ixtisaslaşmağı müəyyən edirlər.
Lakin mübadilədə qazanılan uğurlar da insanları yeni
məhsullar istehsal etməyə, yeni işlər görməyə, istehsalın yeni
yollarını axtarmağa ruhlandırır. Smit deyirdi ki, biz iqtisadiy-
yatın "gözəgörünməz əli" ilə idarə olunmaqla, dövlətin maddi
sərvətini artırır və bu zaman bazardakı istehlakçılara daha yaxşı
xidmət etmək üçün öz fərdi maraqlarımızdan, istedad və qabi-
liyyətimizdən istifadə edirik. Adam Smit öz iti gözü ilə gör-
müşdü ki, könüllü mübadilə insanların fəaliyyətini necə təşkil
edə və əlaqələndirə bilər. Hətta bu gün də onun gördükləri
diqqətəlayiqdir.
A.Smit muzdlu fəhlələrə rəğbətlə yanaşaraq qeyd edirdi
ki, əgər cəmiyyətin böyük bir hissəsi kasıb və bədbəxtdirsə, o
inkişaf edib xoşbəxt ola bilməz. Ədalətsizlikdir ki, öz əməyi ilə
bütün cəmiyyəti dolandıran adamlar dilənçi həyatı keçirsinlər.
A.Smit insanı ideallaşdırmış, o insanın qüsurlarını və zəif
cəhətlərini görür və yazırdı: "İnsanların hamısında bu cəhət ey-
nidir, onlar daimi olaraq öz vəziyyətini yaxşılaşdırmağa çalışır
- elə bundan da ictimai, milli və həmçinin şəxsi sərvətlər əmələ
gəlir". O özünün əvvəlki sələflərindən fərqli olaraq başa düş-
məyə və sübut etməyə çalışırdı ki, milli sərvətlər yalnız kənd
təsərrüfatı və ticarətdə deyil, iqtisadiyyatda da mövcud olan is-
tehsal sferasının bütün növlərində yaradılır. Böyük şotland ali-
mi göstərirdi ki, əmtəə mübadiləsi yalnız o halda baş tutur ki,
bu sövdələşmə hər iki tərəf üçün fayda gətirsin.
12
Bax. Ümüdvar Əliyev. İqtisadi elminin aktual problemləri. Bakı, 2013.-
səh.6.
102
A.Smitin tədqiqat metodologiyasında iqtisadiyyatın libe-
rallaşması, onun əsaslarını bazar iqtisadi münasibətlərinin təş-
kil etməsi mühüm yer tutur. O hesab edirdi ki, tərəqqinin
başlıca hərəkətverici qüvvəsi azad rəqabət vasitəsilə istehsal
iştirakçılarının daha tez reallaşan xüsusi marağıdır. Bir qayda
olaraq, rəqabətin məhdudlaşması, habelə inhisar iqtisadi artıma
və əhalinin maddi vəziyyətinin yaxşılaşmasına mane olur. Smit
dövlətin iqtisadi rolunu inkar etmir, lakin "oyun qaydaları"
üzərində onun nəzarət funksiyalarının məhdudlaşdırılması
təklifini irəli sürürdü.
A.Smitin xidmətləri, həmçinin, vergiqoymanın, bank sis-
teminin, xarici ticarət siyasətinin və s. səmərəli prinsiplərinin
işlənib hazırlanmasında əhəmiyyətlidir.
A. Smit Edinburqda 1970-ci ilin iyul ayında, 68 yaşında
vəfat etmişdir.
Dostları ilə paylaş: |