Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə13/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   9   10   11   12   13   14   15   16   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

tüfəng, tüfəng-
çi, top, topçu, yağı, yaraq, ordubaşı, tuğ, baydaq, yataq
və s. 
terminlər sonrakı dövrlərdə də fars dilinə keçərək özünə işləklik 
hüququ qazana bilmişdir. 
Ə. Dəmirçizadə yazır: “Bu dövrdə alim və ya şair olmaq 
üçün ərəb, İran, Hind elmlərini, fəlsəfə məktəblərini və bu dövr-
də müsəlman ölkələrində çox işlənən ədəbi dilləri, yəni ərəb
1
Səlim Rəfiq Rəfi oğlu Azərbaycan ədəbiyyatı, Ankara, 1941, səh.10. 
2
Minayə Cavadova. Şah İsmayıl Xətainin leksikası B., “Elm”, 1977, səh.24.
3
Xudiyev N. Azərbaycan ədəbi dil tarixi. B., “Maarif”, 1995, səh.28.


52 
fars və türk dillərini mükəmməl bilmək, hər üç dildə yazmağı 
bacarmaq əsas şərtlərdən idi.
1
Füzuli həm dövrünün şairi, həm də alimi idi. Ədəbi dilimi-
zin inkişafında M.Füzulinin rolu dilçiliyimizdə kifayət dərəcədə 
işıqlandırılsa da, onun əsərlərində işlənən elmi məfhumları ifadə 
edən ifadələr – terminlər tədqiq olunmamışdır. Bunların tədqiqi 
həmin dövrdə elmlərin inkişafını və elmi dilin inkişaf dərəcəsini 
aydınlaşdırmağa imkan verir. Çünki, “Füzuli dilinin böyük, nadir 
əlamətlərindən biri onun elmiliyi, fəlsəfiliyidir. Füzuli dilinin el-
miliyi təkcə onun fəlsəfi mühakimələrində, həyat və cəmiyyət 
haqqında ümumiləşdirilmiş fikirlər söyləməsində, elmi – fəlsəfi 
lüğətdən istifadəsində deyil, həm də fikirlərin ifadə tərzindədir.”
2
Elmi terminlərin Füzuli yaradıcılığında işlənməsindən danı-
şarkən birinci növbədə müəllifin ədəbiyyatla bağlı işlətdiyi ter-
minlər diqqəti cəlb edir. Dahi şairin yaradıcılığında ədəbiyyatla 
bağlı yüzlərlə ibarə, dibacə, divan, beyt, zərbül-məsəl, qəzəl, qə-
sidə, nəzm, nazim, qafiyə, mani, nasir, sair kimi terminlər işlən-
mişdir. Məsələn qəzəl – “lirik şer” mənasında: 
 
Qəzəldir səfabəxşi-əhli-nəzər

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin