Setanende-diləyici. Farscada:
Dəst-e bəxşənde behter əst əz dəst-e setanənde. Bəvazicinin tərcüməsində:
Bəxşəndə əl diləyi- ci əldən yegrək. Nümunələrdən göründüyü kimi, Bəvazici farsca mətndəki
bəxşənde (bağışlayan) fars sözünü tərcümədə olduğu kimi saxla-
mış,
setanənde (istəyən, diləyən) sözünü isə
diləyici kimi tərcü-
mə etmişdir. Maraqlıdır ki,
diləyici sözünə istər qədim türk
mətnlərində, istərsə də orta yüzilliklərə aid türk yazılı abidələ-
rində rast gəlmirik. Deməli, bu söz də Bəvazicinin özünün yarat-
dığı leksemlər sırasındadır və ilk dəfə onun tərəfindən yazılı
ədəbi dilə gətirilmişdir.
Bəvazici “Kəvamilüt-təbir”in farsca orijinalında işlənmiş
bir sıra sözlərin dilimizə tərcüməsi zamanı -
çı, -çi; -lı, -li, -lu, -lü; -lıq, -lik, -luq, -lük kimi sözdüzəldicisi şəkilçilərin köməyi
ilə yaranmış düzəltmə sözlərdən də istifadə etmişdir. Qeyd edək
ki, bu qəbildən olan sözlərin çoxuna eynilə qədim türk mətnlə-
rində, eləcə də orta əsrlərə aid türkdilli yazılı abidələrdə də rast
gəlirik. Onlar müasir ədəbi dilimizdə də azacıq dəyişikliklə işlə-
nir. Bu isə o deməkdir ki, Bəvazici həmin sözləri doğma ana di-
lindən – türkcədən hazır şəkildə götürmüş və orijinalda olan söz-
lərin qarşılığı kimi işlətmişdir. Bu qəbildən olan çoxsaylı sözlər
içərisində aşağıdakılar diqqəti çəkir (Həmin sözləri farsca mətn-
dəki orijinalları ilə birgə veririk):
“kolahduz" -"börkçi", "kəfş- gər" –“başmaqçı”, “ rəngrəz” - "boyaçı",