Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə115/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

ВПХР (QKKC) tipli qoşun 
kimyəvi kəşfiy yat cihazı 
Layih
ə


169
İndikator borucuqları
ZM-i təyin et mək üçündür. O, daxilinə doldurucu mad-
də və reaktivli ampulalar yerləşdi rilmiş, ucları lehimlənmiş şüşə borucuq lardan 
ibarətdir. Borucuqlar rəngli halqa şəklində haşiyə lərlə işarələnmişdir. Bu 
haşiyələr həmin borucuq vasitəsilə hansı zəhərləyici mad dənin təyin edildiyini 
gös tərir. 
Cihazın dəstində üç növ indikator borucuqları olur: bir qırmızı haşiyəli və 
qırmızı nöqtəli borucuqlar – zarin, zoman, V-qazları tipli ZM-i; üç yaşıl haşiyəli 
borucuqlar – fosgen, difosgen, sianid turşusu, xlorsianı; bir sarı haşiyəli boru-
cuq isə ipriti təyin etmək üçündür. Hər kağız kasetdə eyni işarəli 10 ədəd indi-
kator borucuğu yerləşir.
İndikator borucuqlarının uclarını aşağıdakı qaydada ayırmaq lazımdır:
X
sol əllə nasosu, sağ əllə indikator borucuğunu götürməli;
X
indikator borucuğunun ucunu nasosdakı bıçaq vasitəsilə çərtməli;
X
borucuğun çərtilmiş ucunu nasosun başlığındakı çökək yerə basmaqla sın-
dır malı, bu qayda üzrə borucuğun digər ucunu da açmalı və nasosu 
işlətməli.
Nasosun işlədilməsi (vurulması) sürəti 1 dəqiqədə 50–60 hərəkətə bə ra bərdir.
Radiasiyaya nəzarət cihazları
Mülki Müdafiə sistemində dozimetriyanın əsas vəzifəsi müxtəlif radiasiya 
şəraitində əhalinin, mülki müdafiə qoşunları və hərbiləşməmiş dəstələrin fəaliy-
yətini təmin etmək məqsədilə ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu 
şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.
Dozimetriya vasitəsilə aşağıdakı işlər yerinə yetirilir:
– zədələnmə ocaqlarında xilasetməni, digər təxirəsalınmaz işlərin təhlü kə-
siz liyini və əhalinin həyat fəaliyyətini təmin etmək üçün şüalanmaların aşkar lan-
ması və ölçülməsi;
– dezaktivasiya və sanitariya təmizlənməsinin həyata keçirilməsi zərurətini, 
bunların keyfiyyətini müəyyənləşdirmək, habelə zəhərlənmiş ərzaq məhsulla rın-
dan isti fadənin mümkünlüyünü, normalarını təyin etmək üçün müxtəlif obyektlə-
rin zə hərlənmə dərəcələrinin ölçülməsi;
Layih
ə


170
– radiasiya baxımından əhalinin və 
ayrı-ayrı adamların iş qabiliyyətini təyin 
etmək məqsədilə şüalanma dozalarının 
ölçülməsi;
– ərzaq məhsullarının, suyun radioak
-
tiv maddələrlə zəhərlənmə dərəcə sinin la
-
boratoriyalarda ölçülməsi. 
Dozimetrik cihazları təyinatına, verici
-
sinin tipinə, ölçülən şüalan manın nö vünə və cihazın sxeminin çevirdiyi elektrik 
siqnallarının xarakterinə görə təsnif etmək olar.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin