Kara—qara Bu söz BKc 12, IB 4, 32, 74 Y11, 26-da “tünd, qara” O 9, MÇ 12, 24 “qara camaat” mənala-
rında yer alıb.
Kara sözünü V.V.Radlov dialekt söz kimi qeyd edib. Onun osmanlı dilində “qara”,
“qaranlıq”, “qara əşya”, qırğız, krım, tarançin, teleut ləhcələrində “qəddar”, teleut, sagay ləhcələrin-
də “səliqəsiz” mənalarında izahını verib. Feil kimi isə lüğətdə bu söz teleut, qırğız, kazan, koman,
qırğız, cığatay ləhcələrində iki-“baxmaq”, “nəzər salmaq və gözləmək” anlamlarında qeyd olunub
(9, T2,I səh.132).
Qara sözü hal-hazırda İsmayıllı şivəsində “mürəkkəb”, Bakı və Şamaxıda “plovla
yeyilən və müxtəlif şeylərdən hazırlanan xuruş”, Qazax və Tovuz bölgələrində “yazı”, Balakən şi-
vəsində “adə”- müraciət sözü mənasında işlənir (3, səh.112). Müasir ədəbi dildə bu söz “bütün
rənglərin ən tündü, ən tutqunu” mənasını verir. Bundan əlavə sözün
“yazı, xətt, hərf”, “layihə”, “yas, matəm”, məcazi mənada “cinayətkar, fitnəkar”, “dəyərsizlik” mənaları da dilimizdə işləkdir
(4, səh.45).
Kat—qat T35, MÇ7 abidələrində “qatmaq, əlavə etmək” mənalarında işlənən bu sözə DTS-da eyni an-
lamda rast gəlirik (12, səh.432). Lüğətdə bu sözün krım, koman, osmanlı, Azərbaycan, teleut, cığa-
tay, tarançin, şor, barabin ləhcələrində müxtəlif mənalarda işləndiyi qeyd olunub (9, T2,I səh.275).
Belə ki, burada krım, koman, osmanlı, Azərbaycan, teleut, cığatay ləhcələrində “qat, cərgə” anla-
mını verən sözə tarançin, cığatay ləhcələrində “sahil”, qırğız, koman, teleut, şor ləhcələrində “mək-
tub”, barabin ləhcəsində “kiçik göl”, şor, sagay, teleut ləhcələrində isə qadın mənalarında da rast gə-
lirik. Sözün feil kimi osmanlı, cığatay, tarançin, qırğız, teleut ləhcələrində “möhkəm olmaq”, “əlavə
etmək”, “birləşmək” anlamları da lüğətdə qeyd olunub. Bu leksem hal-hazırda Ordubad, Salyan şi-
vələrində “tərəf”, Qax bölgəsində isə iki- “dəst” və “evin üstünə kiplik üçün qoyulan balaca taxta”
anlamında işlənir (2, səh.286). Bu söz Azərbaycan dilində əksərən “büküm”, bəzən isə “dəfə” mə-
nasında işlənməkdədir.
HUMANİTAR ELMLƏR 131
Ümumtürkdən qollar, boylar ayrılıb müstəqil qəbilələr, xalqlar, onların ləhcələri, dilləri for-
malaşdıqca samit səslər də şaxələnmiş, yeni
x, h, v, f, j fonemləri törəmişdir. Beləliklə, müasir dili-
mizdə mövcud olan 5 səsə ( x, h, v, f, j) qədim türk yazılı abidələrində rast gəlinmir. Bu səbəbdən
biz həmin səslərə deyil, onların ortaq və ya yaxın məxrəcli variasiyalarına rast gəlirik.
İXTİSARLAR DTS- Древнетюркский словарь. Ленинград, 1969.
T1,1- Lüğətin I cild I hissəsi.
KT- Kül tigin
BK-Bilgə xaqan
T- Tonyukuk
MÇ- Moyun Çor
KÇ- Küli Çor
Y- Yenisey abidəsi
Tl- Talas abidəsi