İCTİMAİ ELMLƏR
181
AMEA NAXÇIVAN BÖLMƏSİNİN ELMİ KİTABXANASINDA ELEKTRON
KİTABXANANIN YARADILMASI
N. Ş. Ağayeva
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutu, kiçik elmi işçi,dissertant
nuraagaoglu@gmail.com
Məqalədə AMEA Naxçıvan Bölməsinin elmi kitabxanasında yaradılmış elektron kitabxananın
fəaliyyətinə nəzər salınmış, kitabxanaya istər respublika istərsə də muxtar respublika rəhbərliyi tə-
rəfindən göstərilən dövlət qayğısından söz açılmışdır. 2013- cü ildə yaradılmış elektron kitabxana-
nın muxtar respublika üçün əhəmiyyəti xüsusi olaraq qeyd olunmuşdur. Kitabxananın “Elektron ki-
tablar” bölməsində hər bir elm sahəsi üzrə ədəbiyyatlarla təchiz olunmuş ayrıca keçidlər kitabların
həm əlifba, həm də müxtəlif elm sahələri üzrə axtarılmasına imkan yaradılması və bunun muxtar
respublika elm-tədqiqat qurumlarında çalışan əməkdaşlar üçün mühüm əhəmiyyətə malik olmasın-
dan bəhs olunmuşdur.
Dostları ilə paylaş: