Elektrotexnikanın / Elektronikanın əsasları
11
Ucluğun növü
Səciyyəvi xüsusiyyəti/istifadə sahəsi
B növlü
İstənilən istiqamətdə istifadə oluna bilən və istənilən mövqedə asanlıqla tutula bilən
hərtərəfli ucluq növüdür. Kiçik səthlərdən böyüyə qədər istənilən səthi lehimləmək
mümkündür.
C/BC növü
Bu növ konusa bənzəyən və ya çəpinə kəsilmiş sütun formasına malikdir. Bu da
istifadəçilərə işin həcmindən asılı olaraq kəsiləcək səthin ölçüsünü seçməyə imkan verir.
Dartaraq lehimləmə və qurğuşun naqillərin əvvəlcədən qalaylanması üçün istifadə olunur.
CM/BCM növü
Bu növ BC növlü lehimləmə dəmirindən onunla fərqlənir ki, onun kəsiyinin səthinə oyuq
əlavə olunub və bu da lehimin möhkəmliyini artırır.
Dartaraq lehimləmə və körpüləmənin düzəldilməsi üçün istifadə olunur.
D növü
Bu növ düz uclu vintaçana bənzər görünüşə malikdir və ucluğu 2 yolla tətbiq edərək
lehimləmə qabiliyyəti var: xətti və səthi.
Eni (ucluğun ölçüsü) işin həcmindən asılı olaraq seçilə və istənilən lehimləmə işi üçün
istifadə oluna bilər.
I növü
Bu növün nazik konusşəkilli ucu var və dar aralarda və s. lehimləmə üçün daha uyğun olan
həddən artıq incə ucluğa malikdir.
0603 və s. kimi mikro komponentləri lehimləmək və mobil telefonlardakı və s. kimi
yüksək sıxlıqlı, montajlanan ÇDS-ni təmir etmək üçün daha uyğundur.
K növü
Bu
növün
bıçağa bənzər görünüşü var və ucluğu 3 yolla tətbiq etməklə lehimləmə
qabiliyyətinə malikdir: xətti, səthi və nöqtəvi.
Dar aralarda, körpüləmənin düzəldilməsi və dartaraq lehimləmə üçün istifadə olunur.
J növü
Bu növ B və I tipli lehimləmə dəmirindən onunla fərqlənir ki, onun ucluğunun sonu əyilir
və ucluğu 2 yolla tətbiq edərək lehimləmə qabiliyyətinə malikdir: səthi və nöqtəvi.
Dartaraq lehimləmə və körpüləmənin düzəldilməsi üçün istifadə olunur.
Dördbucaq növü
Bu növ çoxsaylı kontaktları və ya qurğuşun naqilləri eyni anda isitmək qabiliyyətinə
malikdir və SMC-lərin (Səthi Montaj Cihazları) təkrar işlənməsində istifadə olunur.
QFP-nin (Quad Flat Package - dörd istiqamətə çıxıntıları olan yastı korpus) ayrılması üçün
istifadə olunur.
Tunel növü
Bu növ çoxsaylı kontaktları və ya qurğuşun naqilləri eyni anda isitmək qabiliyyətinə
malikdir və SMC-lərin (Səthi Montaj Cihazları) yenidən işlənməsində istifadə olunur.
SOP-un (signal output part – siqnalın çıxış hissəsi) ayrılması üçün istifadə olunur.
Mala növü
Bu növ çoxsaylı kontaktları və ya qurğuşun naqilləri eyni anda isitmək qabiliyyətinə
malikdir və SMC-lərin (Səthi Montaj Cihazları) yenidən işlənməsində istifadə olunur.
Elastik ÇDS-lərin, müdafiə keyslərinin, konnektorun və s. hissələrin termal sıxılması üçün
lehimləmədə istifadə olunur.
Dostları ilə paylaş: