Microsoft Word yeni vəSAİT. docx


Sual: Bu vəzifədən nə gözləyirsiniz?



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə52/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   48   49   50   51   52   53   54   55   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Sual: Bu vəzifədən nə gözləyirsiniz? 
 
Burada əsas məqsəd sizin səylərinizlə işin təsvirinin üst-üstə düşməsini və sizin bu 
vəzifəni nə dərəcədə dərk etdiyinizi müəyyən etməkdir. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
75 
Siz elə şeyləri seçməlisiniz ki, sizin gələcək işinizə birbaşa aid olsun. Bəzi 
müsahibə götürənlər müsahibəyə vəzifə haqqında qısa məlumatla başlarlar. Bu 
qiymətli məlumatı siz başqa cür ifadə edə bilər və ya təkrarlamaqla müvafiq 
suallara cavab verə bilərsiniz. Fərz edək ki, müsahibə götürən şöbəyə idmanla 
məşğul olan idmançıların fiziki, nəzəri, texniki idman hazırlığının artırılmasını 
təmin etməyi bacaran bir mütəxəssis lazımdır. Siz bu məlumatı belə istifadə edə 
bilərsiniz: “Mən gələcəkdə idman məşqlərinin aparılma metodlarını təkmilləşdirmə 
imkanlarını dəyərləndirirəm, həmçinin gördüyüm işlərin nəticələrini ümumiləşdirir 
və təhlil edirəm. Bu yaxınlarda mənə regionlardakı işlərin təhlili ilə əlaqədar 
təşəkkür elan edilib. Bununla belə mən çox istərdim ki, bu işimdə beynəlxalq 
fəaliyyətlərin elementləri də olsun. Hesab edirəm ki, bu vəzifə mənim indiki təhlil 
bacarıqlarımı tamamlamaqla beynəlxalq şirkətlərlə olan əlaqələrin də bu 
fəaliyyətlərimə daxil olması ilə daha da genişlənəcəkdir.” 
 
Tapşırıq.
Müəllimi seşiminə uyğun spontan nitq söyləyin. Nitq zamanı monoloji 
nitqin 
nəqletmə, təsviri, məlumatverici, daxili, inandırma və təbliği
növlərin hər 
hansı birindən istifadə edin. 
Nümunə:
Spontan və ya ekspromt nitq. 
Şifahi monoloji nitqin bir forması da 
spontan,
yəni 
xüsusi hazırlıq olmadan, bədahətən söylənilən nitqdir. Danışıqda improvizasiya 
kimi xatırlanan belə tez, sürətli, qabaqcadan düşünülməmiş nitqə 
ekspromt
da 
deyilir. Ekspromt nitq əvvəlcədən planlaşdırılmadığından çoxları üçün çətindir. 
Ani vaxt ərzində, elə danışıq məqamında öz fikrini cəmləşdirib nədən və necə 
danışacağını, öz mülahizə və fikirlərini hansı tərzdə çatdıracağını hər adam 
bacarmır. Spontan nitqdə danışanın həyat təcrübəsi, dünyagörüşü, zəngin 
müşahidələri, müəyyən hadisə və məsələlərə bələdliyi böyük rol oynayır. Belə şəxs 
istənilən şəraitdə öz fikrini toplamağı, ona münasib söz, ifadə tapmağı, nitqini 
düzgün və dəqiq cümlələrlə çatdırmağı bacarır. 
 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
76 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin