Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə68/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   64   65   66   67   68   69   70   71   ...   140
ADIAK-YENI VƏSAİT (1)

İkincisi,
dözümsüzlük tipidir. Bu tip eqosentrik mədəniyyətlərin, özünə qapanmış 
və digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrə girmək istəməyən mədəniyyətlərin 
mövcudluğunu nəzərdə tutur.
Üçüncüsü,
mədəniyyətlərin qarşılıqlı təsirini nəzərdə tutan münasibətlər tipidir. Bu 
zaman müxtəlif mədəniyyətlər bir-biri ilə münasibətdə bərabərhüquqlu subyektlər 
kimi çıxış edirlər.
Mədəni münasibətlərin bu üçüncü tipi ən mütərəqqi xarakter daşıyır.
Ona görə ki, o aşağıdakı prinsiplərə əsaslanır: 
Ø
Hər bir mədəniyyət əvəzedilməz və təkraredilməz dəyərlər 
məcmusundan ibarətdir. Bunun sayəsində hər bir xalq dünyada 
mövcud olmaq və digər xalqlarla qarşılıqlı əlaqəyə girmək 
imkanına malikdir; 
Ø
Bütün xalqlar bəşəriyyətin ümumi mədəni varisləridir. 
Xalqların mədəni özünəməxsusluğu digər xalqların əlaqələri və 
dəyərləri ilə mədəni təmaslar nəticəsində müəyyənləşir, 
zənginləşir; 
Ø
Hər bir xalq özünəməxsusluğunu qorumaq hüququna malik olsa 
da, digər xalqlar üçün universal olmaq hüququna iddia edə 
bilməz; 
Ø
Ayrı-ayrılıqda hər bir xalqın mədəni özəllikləri ümumbəşəri 
dəyərlərin vəhdəti prinsipinə zidd deyildir. Bu dəyərlər 
bəşəriyyəti birləşdirən, onun həyat fəaliyyətini məhsuldar və 
mütərəqqi edən dəyərlərdir. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
98 
Müasir Azərbaycan mədəniyyəti mükəmməl genetipi olan mədəniyyətdir. 
Azərbaycan mədəniyyəti tipologiyası baxımından ümumtürk mədəniyyətidir. 
Müxtəlif dövrlərdə dünya mədəniyyətinin təsirinə məruz qalmış, dünya 
mədəniyyətinin tərkib hissəsinə çevrilmiş, məzmun etibarı ilə Azərbaycan, türk-
müsəlman mədəniyyəti kimi özünü təsdiq etmişdir. 
Azərbavcan xalqının mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Təbii ki 
Azərbaycan mədəniyyətinin əsasında türk mədəniyyəti durur. Azərbaycanda 
yaşayan qeyri-türk mənşəli xalqlar, etnoslar yalnız Azərbaycan dili əsasında deyil, 
eyni zamanda Azərbaycan türklərinin tarixi birləşdirici missiyası əsasında ünsiyyətə 
girib Azərbaycan xalqını, Azərbaycan cəmiyyətini təşkil edirlər. 
Millət bir, bir neçə, hətta çoxlu sayda etnik qrupların məcmuyundan da formalaşa 
bildiyindən milli mədəniyyət də həm mono, həm də polietnik əsasda yaranaraq 
inkişaf edir. Milli mədəniyyətin formalaşmasının mühüm amillərindən biri də milləti 
təşkil edən etnoslar arasında 
dil, din, əqidə, adət-ənənə birliyinin, mədəni ümumiliyin 
olmasıdır. Eyni zamanda 
müştərək tarix, ümumi tale və yaddaş
da cəmiyyət 
daxilində ünsiyyət və inteqrasiyanın sürətlənməsinə, vahid mədəni dəyərlər 
sisteminin yaranmasına şərait yaradır. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin