60
60
Dünya neft bazarında 2005-ci ildən sonra qərarlaşan konyuktur meyllər və
dünya neft qiymətlərinin «tarixi maksimumu»nun böyük təsiri altında baş verən
2008-ci il qlobal iqtisadi böhranı bu fərqləri daha qabariq surətdə göstərdi. Dünya
neft qiymətləri ilə qlobal iqtisadi artım arasında əlaqə baxımından dunyada əsas
neft istehlakcıları və neft ixracatçılarının iqtisai vəziyyəti artan qiymətlərin mənfi
təsirlərinə məruz qalır. Belə bir təsir əlaqəsi iqtisadi diversifikasiya siyasətinin
ə
həmiyyətini dünyada və regionda bir daha göstərir.
Azərbaycanda iqtisadi siyasət ilk növbədə neft sektorundan asılılıgın
azalmasına və qeyri-neft sektorunun dinamik inkişafına yönəlmişdir [1]. Belə bir
siyasət çərçivəsində müasir kimya, neft-kimya, metallurgiya, maşıngayırma
kompleksləri, hərbi sənaye kompleksləri, tikinti sahələrinə geniş diqqət verilir.
Azərbaycanın beynəxalq ticarət mövqeyində bir sira məhsullar üzrə ixrac
imkanları yaranmaqdadır. Son illərdə bəzi Avropa ttifaqı ölkələri də daxil
olmaqla, Azərbaycanın iki tərəfli təşəbbüsləri genişlənməkdədir. Lakin hələlik neft
məhsullarının ixracınin birmənalı üstünlüyü şəraitində beynəlxalq ticarət
mövqeyinin yaxşılaşdırılması rəqabətqabilliyyətli məhsul istehsalına nail olmanı
və ixracın strukturca diversifikasiyası ilə yanaşı ixrac bazarlarının
genişləndirilmasini tələb edir.