DAŞ YUXULAR 20
parçalanmış vücudu hәlә böyük qan gölmәçәsindә
üzәrkәn şәhәrә daha bir şaiyyә çıxdı ki, guya özünü
eyvandan atan ermәni qadın ölüm qabağı tövbә mәktubu
yazıb qoyub. "Mәn ermәnilәrin törәtdiklәri bütün bu
cinayyәtlәrә görә özümә nifrәt edirәm. Mәn öz xalqıma
nifrәt edirәm, ona gorә dә bundan sonra bu dunyada
yaşamaq istәmirәm. Qarabağ Azәrbaycanındır. Yaşasın
Azәrbaycan".
Nuvariş onda da, elә indi dә zәrrә qәdәr şübhә
etmirdi ki, bu intihar başqa bir kәsin yox, hәmin o şuşalı
heyvәrәnin "әl işidir". Tamamilә mümkündür ki, Şahqacar
Әrmağanov şәxsәn özü, şәxsәn öz әli ilә Qreta
Sәrkisovnanı eyvandan tullayıb aşağı. İndiki zaman belә
zamandır. İstәsәn eyvandan gündә yüz ermәni tullaya
bilәrsәn. Fәrq etmәz, lap müsәlman at, bir kimsә gözün
üstә qaşın var demәyәcәk. Arxasi-kömәyi olmayan hәr
hansı bır insanı bir göz qırpımında yer üzündәn silmәk heç
nәdi. Bәlkә bu duruma görә artist şuşalı heyvәrәdәn hәr
gün bir az da artıq qorxub üşәnmәyә başlayırdı. Nә qanun
var, nә mәhkәmә, bir günlü-günәvәrli göyçәk gündә onu,
Nuvarişi eyvandan tula kimi tullayarlar aşağı, adını da
qoyarlar intihar, özünәqәsd! Kimdi onun әmәlini
araşdıran, kim sübut edәcәk ki, Baksavetin soyuqqanlı,
allahsız, insafsız mәmuru әmәlli başlı quldurdur?..
Yaşanan gәrginlik, laqeydlik vә zalımlıqdan aldığı
zәrbәlәr hәlә ki, onun ürәyini üzüb bitirmәmişdi, amma
bununla belә artistin emosianal vә zәrif tәbiәti sarsılmış,
içi nifrәt vә ikrahla dolmuşdu. Axı gündә neçә dәfә
milisioneri, sahә müvәkkilini dәng elәmәk olar adam
balasısan, vicdanın olsun bu bardeli yığışdır, yoxsa bir