DAŞ YUXULAR 67
görkәmli yazıçı Ratfi vaxtilә kәnd mәktәbindә balalara
dәrs verib..."
Cavan oğlan, Әylis İlahi yerdir! - doktor Abasәliyev
dәfәlәrlә Saday Sadıqlıya tәntәnәli şәkildә bәyan elәmişdi
- Biz onun başına açdığımız oyunlar ucbatından qiyamәt
günü Allah qarşısında cavab vermәli olacağıq.
Doktor Abasәliyevin dediyinә görә 1919 - cu ildә
qırğınından canını qurtaran bir ermәni qadın Fransada
Aqulis, yәni Әylis adlı yenigül növü görüb. Tiblisidә
yaşayan qadın rәssam Qayana Xaçaturyan ömrünün
sәrasәr 9-10 ilini yalnız Әylis kilsәlәrinin rәsmini çәkmәyә
sәrf elәyib. Bir sözlә, doktor Abasәliyevin dediyindәn belә
çıxır ki, "Әylis" Allahın min bir adından biridir. Ola bilsin,
onun Әylis sevgisindә ermәni, yaxud müsәlmanın elә bir
rolu yoxdur. Әksinә, bu inanan bir insanın böyük hәqiqәtә
özünәmәxsus vә xeyirxah yanaşmasıdır. "Bu Nubar var ha
, qız vaxtı çox ağıllı olub. Hәmin vaxtlarda İstanbul tәhsilli
Mirzә Vahabın yanına gedirmiş ki, oxuyub - yazmağı
öyrәsnin" - Doktor Abasәliyev bu sözlәri deyәndә onlar
Nubar arvadın evindәn xeyli aralanmışdılar. Deyәsәn,
Nubar arvadın hәyәtindәn çıxandan sonra hәyacanlı idi. -
Bәlkә qarının sәmimiyyәtindәn, yaxud ayrı bir sәbәbdәn
heyrәtlәnmişdi. Әgәr bir qәdәr sonra Zöhrә arvadla
görüşmәsәydilәr, yәqin ki, onlar evә elәcә fikri dağınıq,
dilxor halda qayıdacaqdılar.
Çox güman, küçәdәn ötüb keçәnlәri görmәk üçün
darvazanın bir tayını açıq qoyan Zöhrә arvad artirmaya
qalxan pillәkәnin başında oturub buğlanan çay içirdi. Әl
qapısından başlamış hәmin artırmaya qalxan pillәkәnә
qәdәr hәt tәrәf tәrtәmiz süpürülmüşdü vә hәyәtә su