DAŞ YUXULAR 104
dinlәmәyәn, Әdif bәyin qara atından, qәssab
Mәmmәdağanın xançalından xәbәrsiz, kilsәnin günbәzindә
sirli bir parıltıyla әks olunub hansısa bir әylisli oğlan
uşağının qәlbinә axan o sarımtıl-narıncı işığı ömründә
bircә yol görmәyәn bir adama Әylis ermәnilәri barәdә
nәsә demәyin heç bir mәnası yoxdur.
- Yox, Mapossan Mirәlәmova ümumiyyәtlә Әylis
barәdә bircә kәlmә dә demәdi, bunun әvәzinә konyakı
tәriflәdi. Mopoşa xoş sözlәr söylәdi vә ürәyindә
insanlardan aralı qaçdığına görә özünü qınadı. Tәklik, indi
belә düşünürdü, ölümün özüdür, bәlkә ölümdәn
dәbetәrdir. Yaxşı ki, hәrdәnbir içmәk var, yoxsa adam
gәbәrәr, üstünә tökülәn dәrdin әlindәn yaxa qurtara
bilmәz.
Elә birinci qәdәhdәn sonra Mopassan Mirәlәmovun
keyfi duruldu, üzü tәravәtlәndi, gözlәrinә işıq gәldi. Yeni
pyesdәn danışmaqdan üçün hövsәlәsi daralıb bir tikә olsa
da "Mopoş dayı" әsas mәtlәbә keçmәyә tәlәsmirdi.
Görünür işin әvvәlindә o ( razılaşdırılmış plan üzrә) artistin
әhvalını yüksәltmәk istәyirdi ki, sonra onun başını
bişirmәk asan olsun. Ola bilәr, xasiyyәtinә yaxşı bәlәd
olduğu Saday Sadıqlının rәdd cavabı verә bilәcәyindәn
ehtiyatlandığı üçün vaxtı uzadırdı. Yaxud da direktor
teatra Mәrkәzi Komitәdәn göndәrilәn әsәrin bәdii
cәhәtdәn heç bir dәyәrә malik olmadığını anlayır, amma
dәfәlәrlә telefonda tәriflәmәyinin әksinә olaraq indi,
dostyana şәraitdә pyesin yaxşılığına danışmağı özünә
sığışdıra bilmirdi. Mopassan Mirәlәmov yenә qәdәhlәrә
konyak süzdü. Bir-iki qurtum içib xoşbәxtcәsinә
gülümsündü.