AZARKEŞLƏRLƏ İŞ “LENOVO AZERBAIJAN”LA “SELFÇİ” MÜSABİQƏSİ «Neftçi» PFK mövsüm ərzində azarkeşlərin stadiona cəlb olunması
üçün bir sıra layihələr həyata keçirib. Azarkeşlərin böyük həyəcanla
iştirak etdiyi və qısa zamanda kütləvi marağa səbəb olan «Selfçi»
müsabiqəsi sayəsində azarkeşlər həyəcan dolu həftə yaşayıblar.
29.11.2015-ci il tarixdə keçirilmiş «Neftçi» - «Qarabağ» matçında
başlayan «Selfçi» foto müsabiqəsi klubun rəsmi Facebook
səhifəsində davam edib. Azarkeşlər arasında səsvermə yolu ilə
müəyyənləşmiş qalibə mükafat 06.12.2015-ci il tarixdə «Bakcell
Arena»da təqdim olunub. Birinci yeri tutmuş azarkeşə “Lenovo
Brand Shop Azerbaijan”dan LENOVO K3 NOTE mobil telefonu, ikinci
yerin sahibinə isə LENOVO TAB2 A7-10 planşeti hədiyyə edilib.
34