Microsoft Word Dissertasiya Gunay Rustamova docx


 Büdcə  sisteminin  vahidliyi



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#1171
1   ...   6   7   8   9   10   11   12   13   ...   37
1. Büdcə  sisteminin  vahidliyi  onu  ifadə  edir  ki,  bütün  büdcə  həlqələri 

Azərbaycan  Respublikasının  vahid  büdcə  sistemində  birləşdirməklə  onların 

gəlirləri və xərcləri vahid büdcə təsnifatı əsasında qurulur. Həm də gəlirlərin və 

xərclərin  büdcə  həlqələri  arasında  bölüşdürülməsi  Respublikanın  ali 

qanunvericiliyinə  əsaslanır.  Bütün  büdcələr  gəlirlər  və  xərclər  haqqında 

məlumatları, büdcələrin tərtibi və icrasını büdcə təsnifatı üzrə aparırlar. 



2. Büdcələrin  müstəqillik  prinsipi  onda  ifadə  olunur  ki,  Azərbaycan 

Respublikasının  Ali  qanunvericiliyi  (Milli  Məclis)  əsasında  hər  bir  büdcə 

həlqəsinin müstəqil gəlir mənbəyi təyin edilir və büdcə vəsaitinin xərclənməsində 

müstəqil  olmaqla  onların  hüquqları  qanunla  tənzimlənir.  Büdcələrin  müstəqil 

fəaliyyət  göstərməsi  bütün  dövlət  hakimiyyəti  və  idarə  orqanlarının  hüquq  və 

səlahiyyətlərinə müvafiq olaraq zəruri gəlir mənbələri və buna müvafiq xərclərlə 

təmin  edilirlər.  Azərbaycan  Respublikasının  Ali  qanunvericiliyi  (Milli  Məclis) 

tərəfindən  hər  maliyyə  iliüçün  Respublikanın  Dövlət  büdcəsi  müzakirə  edilib 

təsdiq  olunarkən  Respublika  dövlət  büdcəsinin  və  eləcə  də  Naxçıvan  Muxtar 

Respublikasının  büdcəsi  və  yerli  büdcələr  üçün  tənzimləyici  gəlirlər  də  təyin 

edilir. Bununla yanaşı Naxçıvan MR və yerli hakimiyyət orqanları öz büdcələrini 

tərtib və təsdiq edərkən öz gəlir mənbələrini artırmaqda və ondan istifadə etməkdə 

qanun  dairəsində  tam  müstəqiliyə  malikdirlər.  Həm  də  Respublikanın  Ali 

Qanunvericiliyi ilə yerli orqanları verilmiş səlahiyyət dairəsində onlar əlavə gəlir 

mənbələri  aşkar  edə  və  buna  müvafiq  xərcləri  maliyyələşdirə  bilərlər.  Büdcə 

haqqında  qanun  icra  edilərkən  əlavə  əldə  edilmiş  gəlirlər,  habelə  gəlirlərin 




11 

 

xərclərdən artıq olan məbləği və büdcə xərclərinə edilmiş qənaət məbləği yuxarı 



büdcələrə alına bilməz. 

3. Gəlirlərin  və  xərclərin  büdcələr  arasında  bölüşdürülməsi  prinsipi  onu 

nəzərdə  tutur  ki,  hər  bir  dövlət  hakimiyyət  və  dövlət  idarəsi  orqanları  üçün 

müəyyən  gəlir  mənbələri  təyin  edilir  və  xərcləri  maliyyələşdirmək  səlahiyyəti 

verilir. 

4. Büdcələrin  gəlirləri  və  xərclərinin,  dövlət  büdcədənkənar  fondunun  tam 

ə


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin