3.2.Qloballaşma şəraitində büdcə-vergi siyasətinin
təkmilləşdirilməsi istiqamətləri
Azərbaycan cəmiyyətinin mütərəqqi inkişafı iqtisadi artımın, əhalinin rifah
halının və məşğulluğunun, ölkənin iqtisadi təhlükəsizliyinin, həyat fəaliyyətinin
bütün sahələrində müəyyənliyin və sabitliyin təmin olunmasına yönəldilmiş sosial-
iqtisadi siyasətin həyata keçirilməsində dövlətin rolundan əhəmiyyətli dərəcədə
asılıdır.
Azərbaycan hökuməti hazırki iqtisadi artım şəraitində makroiqtisadi sabitliyin
təmin olunması və əhalinin sosial vəziyyətinin davamlı şəkildə yaxşılaşdırılması
məqsədilə həyata keçirdiyi fiskal siaysəti əsasən aşağıdakı kimi istiqamətləndirmiş-
dir:
- neft gəlirlərinin səmərəli istifadə olunması;
- valyuta vəsaitlərinin daxili bazarda istifadəsinin makroiqtisadi fəsadlarının
minimallaşdırılması;
- yoxsulluğun azaldılması;
-iqtisadi inkişaf üzrə dövlət proqramının məqsədlərinə nail olunması;
Ölkədə gözlənilən yüksək iqtisadi artım hesabına vergi bazasının
genişlənəcəyinə baxmayaraq vergi sisteminin təkmilləşdirilməsini nəzərdə tutan
islahatların aparılmasının əhəmiyyəti nəzərdən qaçırılmamalıdır.
Ş
übhəsiz ki, qeyri-neft sektorunun sürətli inkişafının ilkin şərtini vergi
rejiminin sadələşdirilməsi və bu rejimin investorlar üçün cəlbediciliyinin
yüksəldilməsi təşkil edir. Bu mənada istənilən vergi stimullarının ana xəttini vergi
dərəcələrinin azaldılması siyasəti təşkil edir. Hazırda biznes fəaliyyətinə mövcud
vergi sisteminin göstərdiyi məhdudlaşdırıcı təsirin aradan qaldırılması üçün
aşağıdakı tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır:
•
vergi dərəcələrinin azaldılması prosesinin davam etdirilməsi;
•
vergiqoyma sisteminin sadələşdirilməsi, vergi yığımı işinin təkmilləş-
dirilməsi;
72
•
prioritet sahələrdə fəaliyyət göstərən müəssisələrin dövlət büdcəsinə olan
vergi borclarının silinməsi praktikasının daha da genişləndirilməsi;
•
yeni yaradılmış sahibkarlıq müəssisələri üçün vergi tətilləri və vergi
kreditləri sxemlərinin tətbiqi, vergi avansı praktikasına son qoyulması;
•
yeni açılmış kiçik və orta müəssisələrin müvəqqəti olaraq mənfəət
vergisindən azad edilməsi;
•
kiçik və orta biznes üçün iri müəssisələrə nisbətən daha aşağı dərəcə ilə
mənfəət vergisinin tətbiq olunması;
•
dövlət büdcəsi ilə sahibkarlar arasında vergi hesablaşmalarının dəqiq
mexanizmlərinin müəyyən edilməsi;
•
kənd təsürrüfatı müəssisələrinin istehsal məqsədləri üçün aldıqları
malların üzərindəki ƏDV məbləğinin kompensasiyası;
Qeyri-neft sektorunun inkişafını sürətləndirmək məqsədilə bu sektor üçün neft
sektorundan fərqli olaraq daha aşağı vergi dərəcəsinin müəyyənləşdirilməsi vacibdir.
Eyni zamanda banklar tərəfindən investisiya yönümlü kreditlərin verilməsini
stimullaşdırmaq məqsədilə banklar tərəfindən investisiya yönümlü kreditlər hesabına
ə
ldə olunmuş gəlirlərin daha aşağı dərəcələrlə vergilərə cəlb olunması imkanları
araşdırıla bilər.
Vergi güzəştlərinin sistemləşdirilməsi də vergi siyasətinin prinsipial
məqamlarındandır. Prioritet sahələrdə işgüzar fəallığı stimullaşdırmaq üçün vahid
güzəşt sisteminin tətbiq edilməsi daha məqsədəuyğun olardı.
Fiskal siyasətin bu hədəfləri kəskin ekspansionist xərclənməyə yol verməmək
şə
rtilə, dövlət büdcəsinin sosial xərclərini davamlı şəkildə artırmaq, eyni zamanda
yeni iş yerlərinin açılmasına imkan verən investisiya siyasəti aparmaqla məşğulluq
səviyyəsini yüksəlmək məqsədlərindən ibarətdir.
Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi
dövründə Azərbaycanın makroiqtisadi mənzərəsi iki səbəbdən dönüş dövrü kimi
qiymətləndirilə bilər. Birincisi, hətta Şah-Dəniz layihəsi üçün xarici birbaşa
investisiyaların (XB ) böyük məbləğ təşkil etməsinə baxmayaraq, əsasən Bakı-
73
Tbilisi-Ceyhan boru kəmərinin tikintisini dəstəkləyən böyük həcmli XB -lər BTC
kəmərinin tikintisinin tamamlanması ilə əlaqədar 2010-cu ildən azalmağa
başlamışdır. kincisi, ən mühüm amil qiymət effekti və 2012-ci ilə BTC vasitəsilə
ilkin neftin Ceyhan limanına çatması il bağlı olaraq neft gəlirlərinin artmasıdır.
Nöbəti 20 ildə Azərbaycanın 170 mlrd. USD gəlir əldə etməsi və ya hər il
adambaşına 1000 USD əldə edəcəyi gözlənilir. Həmin pul axınlarını idarə edə biləcək
və regionlarının sosial-iqtisadi inkişafına yönəldə biləcək Azərbaycanın tələb
menecmenti arsenalı gözlənilən neft bumu üzrə mühüm məsələyə çevrilmişdir. Bu
arsenal neft gəlirlərinin gələcək nəsillərə saxlanmasını təmin edən və sterilizasiya
məqsədlərini güdən Neft Fondunun fəaliyyətini, əhatəli icmal dövlət büdcəsini (o
cümlədən Neft Fondunun xərclərini), Neft Gəlirlərinin Uzunmüddətli darəolunması
Strategiyası və qiymətlərin sabitliyinə məsul olan Milli Bankın müstəqilliyini əhatə
edir. Bu fiskal və monetar orqanlar 2012-ci ildən etibarən böyük məbləğdə XB
şə
raitində qeyri-neft sektorunun artımının və qiymət sabitliyinin saxlanmasında
uğurlu imkanlara malik olmuşlar. Bu dövrlərdə makroiqtisadi göstəricilərin
dinamikası aşağıdakı kimi olmuşdur:
•
ÜDM qeyri neft iqtisadiyyatının 8,3% artmasına baxmayaraq neft
sektorunun 65% genişlənməsindən irəli gələrək artmaqda davam etmişdir;
•
Yüksək artım sürəti illər üzrə təkrar olunmuş və bu, əsasən neft və
qeyri-neft iqtisadiyyatının sürətlə böyüməsindən irəli gəlmişdir;
•
Neftin ixracı da nəzərə alınmaqla cari əməliyyatlar balansında müsbət
saldoya malik olmuşdur və neft hasilatının artması və neftin qiymətlərinin yüksəlməsi
ilə əlaqədar olaraq cari balansda müsbət saldo 2010-cu ildə əhəmiyyətli şəkildə
genişlənmişdir;
•
Dinamik olaraq hər il dövlət xərclərinin artması səbəbindən tələb
yüksəlmişdir. Bu dövrdə dövlət büdcəsindən investisiyalarının Qeyri-neft ÜDMə
nisbəti 5,7%-ə çatmışdır, halbuki, bu göstərici 2010-cu ilin birinci yarısında 1,8%-ə
qədər təşkil edirdi. Dövlət büdcəsi xərclərində kəskin artım əsasən ABŞ dollarında
ə
ldə edilmiş neft gəlirləri hesabına maliyyələşdirilr;
74
•
Xarici valyutanın manatla konvertasiyası pul aqreqatlarının kəskin
artmasına gətirib çıxarmışdır. Lakin monetar artım rəsmi inflyasiyanın yüksəlməsinə
hələ ki, gətirib çıxarmamasına baxmayaraq, kəskin artan qeyri-neft defisitinin neft
gəlirləri hesabına maliyyələşdirilməsi bu ildə inflyasiya təzyiqlərinin artmasını
göstərir.
Bu dövrdə inflyasiya təzyiqlərinin azaldılması istiqamətində aşağıdakı əsas
tədbirlər həyata keçirlmişdir. Əvvəla, ən mühüm tədbir nominal valyuta
məzənnəsinin (ABŞ dollarına qarşı) minimum möhkəmlənməsidir. Milli Bank və
Xəzinə tərəfindən özlərinin az miqdarda qısa müddətli qiymətli kağızlarının satışı
artırılmışdır. Lakin bu mərkəzi bankda beynəlxalq ehtiyatların akkumulyasiyası ilə
müqayisədə xeyli kiçik olaraq qalır. Nəhayət, yenidən maliyyələşdirmə dərəcəsi
yüksəldilərək 13,5%-ə çatdırılmışdır.
Regionların sosial-iqtisadi inkişafının həyata keçirilməsi üçün fiskal sahədə
institutsional çərçivə formalaşdırmışdır. BVF və Dünya bankı ilə əməkdaşlıq
çərçivəsində inkişaf etdirilən makroiqtisadi çərçivə ümumi fiskal kəsirin davamlı
səviyyədən də aşağı olmasını və dövlət xərclərinin ümumi səviyyəsinin iqtisadiyyatın
real imkanlarına uyğunlaşdırlmasını təmin etməyə yönəldilmişdir. Dünyada neftin
qiymətinin yüksəlməsi və neft gəlirlərinin artması kontekstində ölkənin yığılıb qalmış
geniş miqyaslı infrastruktur və sosial problemlərin həllinə ünvanlanmışdı.
«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı»na və ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafını təmin edən digər
dövlət tədbirlərinə uyğun olaraq büdcə-vergi siyasəti müəyyənləşdirilməklə, bu
siyasət ölkədə sahibkarlığın inkişafı, infrastruktur sahələrin müasir tələblər
baxımından yenidən qurulması, yoxsulluğun azaldılması və regionların inkişafı üçün
iqtisadi imkanların yaradılması ilə yanaşı, mülkiyyət formasından asılı olmayaraq
bütün hüquqi şəxslərdə, o cümlədən büdcə təşkilatlarında maliyyə intizamının
gücləndirilməsini və şəffaflığın təmin edilməsini özündə əks etdirir. Həyata
keçiriləcək kompleks tədbirlər növbəti illərdə istehsalın, xüsusilə qeyri-neft
sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına, regionların sosial-iqtisadi inkişafı
75
üçün dayanıqlı maliyyə təminatının yaradılmasına, ixrac yönümlü məhsul istehsalının
stimullaşdırılmasına yönəldilməsi nəzərdə tutulmuşdur. Respublikamızda sosial-
iqtisadi inkişaf sahəsində bu kimi zəruri tədbirlərin həyata keçirilməsi idarəetmənin
səmərəliliyinin yüksəldilməsi ilə müşayiət olunacaqdır. qtisadiyyatımızda mövcud
olan ödəməmələr probleminin mərhələlərlə aradan qaldırılması, enerji daşıyıcılarının
ölkədaxili qiymətlərinin tədricən dünya qiymətlərinə uyğunlaşdırılması, enerji
sektoruna dövlət büdcəsi hesabına subsidiyaların verilməsi kimi məsələlər buna əyani
sübutdur.
Məlum olduğu kimi, iqtisadi sabitlik xərclər və vergiqoyma sahəsində dövlət
siyasətinin yeganə məqsədi deyil. Eyni zamanda, hökumət əhalinin ictimai mallarla
və xidmətlərdə təmin etməsi, gəlirin yenidən bölüşdürülməsi məsələləri ilə
məşğuldur. Bəzən də bir sıra strateji məqsədlər üçün (məsələn, müharibədə qələbə
ə
ldə etmək) iqtisadi sabitliyi yeniləşdirmək tələb olunur.
Bir sıra hallarda, büdcə kəsiri çox cəlbedici formada təqdim olunur, lakin,
büdcə artımı isə əksinə, olduqca çətinliklə qəbul edilir. Bu, o deməkdir ki,
cəmiyyətdə hansısa bir məqamda kəsirə siyasi meyl yaranır, yəni fiskal tədbiri
stimullaşdırma məqsədləri üçün tətbiq olunur.
Real iqtisadiyyatda büdcə-vergi siyasətinin effektivliyini azaldan bəzi
məqamlarda, onun tətbiq edilməsi bu və ya digər formada iqtisadi tsikllərin
dəyişməsinə şərait yaradır. Fiskal siyasətin tətbiqində müsbət effektə nail olmaq üçün
bu siyasət yüksək səviyyəli mütəxəssislər tərəfindən həyata keçirilməlidir.
Vergi yığımının
artımı adətən ÜDM-in artımı ilə müqayisə olunur, yəni əgər
ÜDM artırsa, analoji templə vergi yığımı da artmalıdır. Düzdür, mal mübadiləsi
həcminin artırılması aparılan iqtisadi siyasətin əsasıdır və ölkənin iqtisadi inkişafını
təmin etmək üçün mal dövriyyəsi artırılmalıdır. Lakin ÜDM-in artımı bir qayda
olaraq vergi yığımını da artırmalıdır hökmü, heç də həmişə real şəraitdə öz təsdiqini
tapmır. Belə ki, vergi təkcə satış həcminin artması ilə formalaşmır. O, hər şeydən
ə
vvəl müəssisələrin əldə etdikləri mənfəətin həcmindən və fiziki şəxslərin
gəlirlərindən asılıdır. Bazar iqtisadiyyatının formalaşma səviyyəsi onun hərəkətverici
76
qüvvəsi olan rəqabətin və bazarın bölüşdürülməsi səviyyəsi ilə ölçülür. Bəzən bu və
ya digər firma bazara sahib olmaq üçün malları çox aşağı qiymətə sataraq müəyyən
qədər ziyana da düşür. Bu addım ÜDM-in həcmini artırsa da, vergi daxilolmalarını
artırmır.
Qeyd etmək lazımdır ki, texnologiya inkişaf etdikcə rəqabət güclənir, biznesin
gəlirliliyi aşağı düşür. Ona görə də, ÜDM-nun artımı hökmən vergi daxilolmalarını
artırmalıdır, qənaətinə gəlmək düz deyil və büdcə sistemini daha etibarlı və müasir
qiymətləndirmə ilə təmin etmək lazımdır. lk növbədə, vergi daxilolmalarının
potensial mənbələri araşdırılmalıdır və bu mənbələrin hər biri qiymətləndirilməlidir.
Bu isə birinci növbədə, gəlirlərin proqnozlaşdırılması prosesinin elmi cəhətdən
ə
saslandırılmasını tələb edir. Nəzərə almaq lazımdır ki, əvvəlcədən artıq təsdiqlənmiş
gəlir proqnozları sonradan büdcənin idarə edilməsində çətinlik yaratmaqla bərabər
ümumən büdcə-vergi səmərəliliyini aşağı salır.
Mövcud proqnozlaşdırma prosesində dövlət orqanlarının səmərəli iştirakını
qeyd etmək lazımdır. Büdcə tapşırıqlarının formalaşdırılması zamanı yarana bilən
çatışmazlıq büdcə-vergi siyasətini iqtisadi inkişafın tələblərinə uyğun aparmağa
imkan vermir. Ən başlıca çatışmamazlıq müvafiq dövlət orqanları arasında
koordinasiyanın və proqnozların hazırlanmasının vahid metodologiyasının olmaması
ilə əlaqələndirilə bilər. Beynəlxalq təcrübə göstərir ki, müvafiq orqanların
koordinasiyasının rolunun daha böyük olduğunu və hətta bu orqanlar arasında xüsusi
razılaşmanın olduğunu göstərir. Həmin razılaşmada müvafiq orqanların iştirakı
reqlamentləşdirilir və yekun variantın qəbul olunma mexanizmi öz əksini tapır.
Göründüyü kimi bu cür çatışmazlıq, hər şeydən əvvəl təşkilati xarakterə malikdir və
büdcə paketinin hazırlanması prosesində konsensus nəticəsində aradan
qaldırılmalıdır.
Qeyd etmək lazımdır ki, büdcə daxilolmalarının proqnozlaşdırılması və vergi
daxilolmalarının düzgün qiymətləndirilməsi çox çətindir. Əgər nəzərə alsaq ki, keçid
iqtisadiyyatını yaşayan ölkələrdə sürətli struktur dəyişiklikləri baş verir, onda belə
qiymətləndirmə daha çətin olur. Qeyd olunan çətinlik həm də onunla bağlıdır ki,
77
qərar qəbulu prosesi üçün zəruri olan adekvat informasiyanın toplanması da çox uzun
zaman mərhələsi tələb edir, çox vaxt da etibarlı və keyfiyytli olmur, həm də yalnız
keçmiş dövrü əks etdirən statistikadan başqa bir şey deyil. Lakin məlumdur ki,
proqnozlaşdırma metodikasının seçilməsi, əgər bir tərəfdən, hansı suallara cavab
axtarılmasından asılıdırsa, o biri tərəfdən, mövcud olan informasiyanın təbiətindən,
etibarlılığından və keyfiyyətindən asılıdır. Belə ki, əgər sistemdə ciddi struktur
dəyişiklikləri baş vermirsə və gəlirlərin paylanması nisbətən dayanıqlı xarakter
daşıyırsa, onda, aqreqasiya olunmuş dinamik sıralardan, əks halda isə aqreqasiya
olunmuş distributiv üsullardan istifadə edilir. Mövcud tədqiqatlarda vergi
daxilolmalarını qiymətləndirmək üçün əsasən üç tip model tətbiq olunur.
Daxilolmaların qiymətləndirilməsi modellərində, adətən, mövcud qanunverici-
lik və normativlər daxilində gələcək vergi daxilolmalarının qiymətləndirilməsi
məqsədilə tətbiq edilir. Proqnozlaşdırma dövrü kimi ay, rüb və ya il qəbul edilir. Belə
proqnoz baza proqnozu adlanır və nəticədə alınmış qiymətlər vergi siyasətinin təhlili
modelləri ilə hesablanmış qiymətlər vasitəsilə dəqiqləşdirilir.
Vergi siyasətinin təhlili modelləri isə vergi qanunvericiliyinin dəyişməsinin
büdcə gəlirlərinə və onların paylanmasına təsirini qiymətləndirmək üçün istifadə
olunur. lkin məlumat kimi vergi bəyannamələri götürülür. Mahiyyətcə bu modellər,
imitasiya mikromodellərindən ibarətdir. Belə modellərin işlənib hazırlanması üçün
vergi bazası haqqında məlumat və adekvat vergi modeli lazımdır ki, vergilərin real
qiymətlərini və bəyannamə göstəricilərini imitasiya etmək mümkün olsun.
Daxilolmaların monitorinqi modelləri daxilolmaların vaxtını və həcmini
müşayiət etməyə imkan verir ki, o da ÜDM-in artıb-azalmasının səbəblərini
aydınlaşdırmağa, proqnoz tapşırıqlardan kənarlaşmaları izah etməyə imkan verir ki,
bu da vaxtında və məqsədyönlü qərarlar qəbul etməyə şərait yaradır.
Beləliklə, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və orta müddətli
maliyyə proqramına uyğun olaraq iqtisadiyyatın inkişaf etdirilməsini və nəzərdə
tutulan büdcə-vergi siyasətinin effektiv həyata keçirilməsini təmin etmək üçün
aşağıdakı istiqamətlərin nəzərə alınması məqsədəmüvafiqdir:
78
- ümumi daxili məhsulun strukturuna və sahə quruluşuna uyğun büdcə
gəlirlərinin artımını təmin etmək;
- vergi daxilolmalarının proqnozlaşdırılması modelini hazırlamaq və bu
prosesi keyfiyyətli həyata keçirmək üçün real informativ-məlumat sistemini təsis
etmək;
- potensial gəlirlərin büdcəyə daxilolma əmsalının əhəmiyyətli dərəcədə
yüksəldilməsinə nail olmaq;
- dövlət xəzinədarlığı vasitəsilə büdcə təşkilatları xərclərinin idarə edilməsi
potensialını artırmaq, büdcə vəsaitlərinin təyinatı üzrə düzgün xərclənməsi üzərində
dövlət maliyyə nəzarətini daha da gücləndirmək;
- qeyri-neft sektorunda büdcə gəlirlərinin yığım əmsalının üstün artımına nail
olmaq;
- dövlət büdcəsi xərclərinin investisiya yönümlüyünə üstünlük vermək;
- investisiya qoyuluşunun strukturunu və kreditlərin verilməsi mexanizmini
daim təkmilləşdirmək;
- sahibkarlığı regionlar üzrə inkişaf etdirmək;
- dövlət vəsaitindən səmərəli istifadəni, büdcə xərclərinin strukturunun
təkmilləşdirilməsini və xərclərin şəffaflığının artırılmasını təmin edən qanunvericilik
bazasının formalaşdırılmasını davam etdirmək;
- dövlətin qısamüddətli istiqraz vərəqələri bazarını daha da inkişaf etdirmək,
dövlətin qiymətli kağızlar bazarında investorların iştirakını genişləndirmək və
qiymətli kağızlara olan tələbatı artırmaqla normal rəqabət prinsipləri əsasında faiz
dərəcələrinin aşağı düşməsinə şərait yaratmaq;
- kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün hazırlanmış proqamların
maliyyələşdirilməsində büdcənin rolunu və bu istiqamətə vəsait qoyuluşunu artırmaq;
- büdcə vəsaitlərinin məqsədyönlü və təyinatı üzrə istifadə olunmasını təmin
etmək məqsədilə xəzinə nəzarətini daha da gücləndirmək, büdcə təşkilatlarında
borclanma prosesini çevik idarə etmək;
- büdcə-vergi siyasəti alətlərindən səmərəli istifadə etmək;
79
- dövlət büdcəsi kəsirinin tədricən azaldılması siyasətini davam etdirmək və bu
kəsiri iqtisadiyyatın stimullaşdırılması həddində saxlamaq;
- büdcə kəsirini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirmək;
Bu məqsədlə, artıq növbəti, 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi
inkişafı dövlət proqramı hazırlanmışdır. Regionlarının sosial-iqtisadi inkişafı üzrə
dövlət proqramının birinci mərhələsini uğurla başa vuran hökumət növbəti mərhələdə
büdcə-vergi siyasətin sahəsində islahatları davam etdirilməlidir. Dövlət proqramının
ikinci mərhələsində aşağıdakı istiqamətlər müəyyən edilmişdir:
• ilkin mərhələdə dövlət büdcəsinin, daha sonra isə digər fiskal fondların
ortamüddətli xərc strategiyasının müəyyən hədəf tələbləri əsasında işlənilməsi və
həyata keçirilməsi;
• regional səviyyədə vergi mexanizminin iqtisadi artımın tələblərinə uyğun
rasional idarə olunması;
• regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına daxil ediləcək
regional investisiya layihələrinin xarici investisiya müsabiqələrinə təqdim olunması;
• xüsusi
ə
həmiyyət kəsb edən, lakin xarici mənbəələr hesabına
maliyyələşməyən investisiya layihələrinin dövlətin investisiya proqramına daxil
edilməsi və idarə olunması;
• fiskal xərclərin, xüsusilə ARDNŞ tərəfindən həyata keçirilən sosial
xərclənmələrin davamlı şəkildə minimuma endirilməsi, bu layıhələrin isə hissə-hissə
dövlət büdcəsinə keçirilməsi;
• sosial müdafiə sisteminin maliyyə təminatının ilkin mərhələdə dövlət
büdcəsi, sonralar isə daxili imkanlar və investisiya modeli hesabına gücləndirilməsi;
• regional səviyyədə bank xidmətlərinin davamlı şəkildə yaxşılaşdırılması,
xüsusilə sosial təbəqənin ehtiyaclarına yönlən mikrokredit mexanizminin
təkmilləşdirilməsi;
• sosial xidmətlərin regional səviyyəsinin qaldırılması məqsədilə sığorta
mexanizminin gücləndirilməsi, maliyyə imkanları zəif olan regional müəssisələrə
ilkin güzəştlərin verilməsi.
80
Bazar iqtisadiyyatının formalaşdırılması, onun dünya iqtisadiyyatına
inteqrasiyası istiqamətində aparılan məqsədyönlü iqtisadi siyasət çərçivəsində çevik
büdcə-vergi siyasəti həyata keçirilir ki, bu siyasətin də əsas istiqamətləri vergilərin
sayının azaldılması, vergi dərəcələrinin aşağı salınması və vergi güzəştlərinin
azaldılması hesabına vergitutma bazasının genişləndirilməsindən ibarətdir.
Ölkəmizdə maliyyə axınlarının hərəkəti əsasən Bakı şəhərində və qismən də böyük
şə
hərlərdə mərkəzləşmişdir. Bu tendensiya pul vəsaitlərinin paytaxtda cəmləşməsinə
səbəb olan iri vergi ödəyicilərinin korporativ maraqları və regionlarda bank
sektorunun kifayət qədər inkişaf etməməsi ilə əlaqədardır. Bu hal isə hər bir regionun
vergi bazasının hesablanmasında fərdi yanaşmanın vacibliyini şərtləndirir.
Məhz elə buna görə də, regionların vergi bazasının obyektiv
müəyyənləşdirilməsi və bunun əsasında vergi potensialının hesablanması üçün ilkin
şə
rt, yəni regionlarda makroiqtisadi vəziyyətin inkişaf tendensiyasını təyin edən,
həmçinin vergi bazasının ümumi vəziyyətinə və onun inkişaf perspektivinə təsir edən
sahəvi və regional amillərin və maliyyə axınlarının mövcud strukturunun göstəricilər
sisteminin formalaşdırılması təmin olunmalıdır. Bu zaman, vergi bazasının hesablanması
üçün lazım olan göstəricilər sisteminə, birinci növbədə onun formalaşmasına təsir
edən parametrlər daxil edilməlidir ki, bunlara aşağıdakıları aid etmək olar:
- regionun ölkənin ümumi təsərrüfat sistemində yeri və rolu;
- yerli təsərrüfatın müəyyən sahəsi üzrə ixtisaslaşdırılması, təsərrüfatın əsas
sahələrinin yerləşdirilməsinin və fəaliyyətinin xüsusiyyətləri;
- region əhalisinin sayı və şəhərdə yaşayan əhalinin xüsusi çəkisi;
- regionun ümumi məhsulunun həcmi;
- regionun aparıcı sahələrinin müəssisələrinin maliyyə-iqtisadi vəziyyəti, mən-
fəətlə və zərərlə işləyən müəssisələrin sayı;
- əmək haqqının səviyyəsi və dinamikası (əmək haqqı üzrə borc haqqında
informasiya büdcə gəlirlərində fiziki şəxslərdən gəlir vergisinin xüsusi çəkisini
müəyyənləşdirməyə imkan yaradır);
- regionun iri vergi ödəyicilərinin sayı;
81
- regionun iqtisadi sahələri daxilində ixracatının həcmi.
Bununla yanaşı, regionların vergi bazasının hesablanması zamanı regionların
ə
razisindəki xüsusi mülkiyyətin gəlirliyinin və büdcə effektivliyinin, istehsal və sosial
infrastrukturun və regionun inkişaf etmiş sahələrinin texnoloji yenilənməyə tələbatının,
regionun resurs bazasının, nəqliyyat təminatının və s.-nin keyfiyyətinin
qiymətləndirilməsi nəzərə alınmalıdır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı
çərçivəsində vergi güzəştlərinin dövlətin sosial-iqtisadi proqramlarının strateji
məqsədlərə uyğun verilməsi, bu güzəştlərin ancaq müvəqqəti və əldə edilmiş
nəticələrə əsaslanaraq tətbiq edilməsi məqsədəuyğun hesab edilir.
Vergitutma bazasına əhəmiyyətli dərəcədə təsir göstərən bir sıra amillər də
nəzərə alınmalıdır. lk növbədə, iqtisadiyyatda ödəməmələr (müəssisələr arasında külli
miqdarda borcların yaranması) problemi, tətbiq edilən hesablaşma formaları (nağd,
barter, veksel) və nisbətən iri vergi ödəyicilərinin (maliyyə-bank və maliyyə-sənaye
sahələri daxil olmaqla) regionlarda vergi bazasının dəyişməsinə təsirinin öyrənilməsi
də vacibdir. Bu zaman, onların maliyyə vəziyyəti, hesablaşma növü, hüquqi statusu
və strukturu təhlil olunmalı və qiymətləndirilməlidir. Nəticədə, əldə olunan göstəricilər
regionun ümumi gəlirinin, onun iqtisadi, maliyyə və vergi potensialının
hesablanmasının informasiya bazasını təşkil edəcəkdir. Bu informasiya bazası
regionun iqtisadi artımının və müvafiq olaraq vergi daxilolmalarının artırılmasının
mümkünlüyü haqqında məlumat verəcəkdir. Bu məlumat, büdcənin növbəti dəfə
formalaşmasında böyük rol oynamaqla yanaşı, burada regionların subsidiya,
subvensiya, dotasiya və transfert maliyyələşdirilməsi şəklində olan dövlət resurslarına
tələbatı daha aydın əks olunacaqdır. Sözügedən göstəricilər sisteminin istifadəsi
makroiqtisadi amillər və vergi bazasının ümumi vəziyyəti arasında funksional asılılığı
müəyyənləşdirməyə şərait yaradır ki, bu da öz növbəsində bizə, iqtisadiyyatın
sahələrində və ölkənin regionlarındakı vergi bazasını obyektiv qiymətləndirməyə imkan
verir. Daha az inkişaf etmiş rayonlar (dağ və dağətəyi rayonlar), intensiv əmək
resursları tələb edən istehsal və sair dövlətin dəstəyinə ehtiyacı olan insan qrupları
üzrə xüsusi subsidiyalar siyasətinin tətbiq edilməsinə ehtiyac vardır.
82
Bəzi inkişaf etmiş ölkələrdə dövlət subsidiyalarının yerinə özəl biznesin vergi
güzəştləri əsasında stimullaşdırmasına da üstünlük verilir. Ancaq vergi güzəştləri öz
növbəsində, müəssisələrə fəaliyyət nəticəsində dövlətin müəyyən hədəflərinin yerinə
yetirilməsinə görə verilə bilər. Vergi dərəcələri arasında diferensiasiyasının
mövcudluğu iqtisadi fəaliyyət növləri və regional inkişaf baxımından qeyri-
bərabərlik yaradır, bir sahə digər sahəyə, bir region digər regiona nisbətən daha
sürətlə inkişaf edir. Bu isə iqtisadi baxımından müsbət haldır. Buna görə də ümumi
olaraq vergi növləri üzrə vergi dərəcələrin vahid dərəcələr əsasında qurulmasına əsas
prioritet verilməlidir.
Beynəlxalq təcrübəyə əsasən, müxtəlif ölkələrdə sadələşdirilmiş vergi sistemi
tətbiq olunur. Ölkəmizdə kiçik biznesin inkişafı üçün sadələşdirilmiş vergi sisteminin
tətbiqi davam etdirilməlidir ki, xüsusilə regionlarda kiçik biznes obyektləri rəqabət
qabiliyyətli olsunlar və iş məşğulluğu problemi həll olunsun.
Ancaq kiçik biznes üçün nəzərdə tutulmuş sadələşdirilmiş vergi rejimindən
istifadə edərək bir sıra iqtisadi fəaliyyət növləri üzrə sadələşdirilmiş vergi ödəyiciləri
kimi qeydiyyata durmaqla, vergidən yayınma halları vergi orqanlarının xüsusi
nəzarətində olmalıdır. Bu baxımdan, sadələşdirilmiş verginin məbləği həm iqtisadi
fəaliyyət növü, həm dövriyyə, həm də işçilərin sayı və xidmət sahəsi kimi
parametrləri əsasında təyin edilməlidir. Bununla yanaşı, regionların iqtisadi inkişafı
nöqteyi-nəzərindən sadələşdirilmiş verginin məbləği ölkənin şəhər və rayonlarının
ə
razilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar
tətbiq edilməklə də hesablana bilər.
Regionun vergi potensialının formalaşmasına bir neçə iqtisadi göstərici təsir edir
ki, bunlara da vergi daxilolmaları, vergi borcları, vergi güzəştləri, gizli iqtisadiyyatın
yayındırdığı vergilər, vergi qanunvericiliyi və digər qanunvericiliklərin yaratdığı
ziddiyyətlər və boşluqlar nəticəsində yayındırılan vergi məbləği daxildir.
Büdcə-vergi siyasətinin təkmilləşdirilməsi iki əsas məsələnin həllini qarşıya
qoyur: regionun özünün vergi potensialının qiymətləndirilməsi (məcmu maliyyə
resurslarının bir hissəsi kimi baxılan potensial vergi resursları) və regionun vergi
83
yükünün yuxarı həddinin (vergiqoyma norması) qiymətləndirilməsi. Bu
qiymətləndirmə isə büdcələrarası iştirakçıların hamısının maraqlarının nəzərə
alınması ilə obyektiv şərtləndirilən, regionların və bələdiyyə qurumlarının büdcə
təminatı səviyyəsinin bərabərləşdirilməsi məqsədi ilə aparılır.
Bu istiqamətdə vacib məsələlərdən biri - ayrı-ayrı rayonların icra
strukturlarının
vergi
aktivliyinin
yüksəldilməsində
rolu,
mövcud
vergi
qanunvericiliyindən istifadə edib vergi potensialının formalaşması, təsərrüfat
fəaliyyətinin stimullaşdırılması üçün uyğun mexanizmlərin istifadə olunması,
vergitutma bazasının genişləndirilməsi və rayonların özünütəminata keçidi olmalıdır.
Vergi potensialının müəyyən edilməsi həm mütləq qiymətdə, həm də indekslər
şə
klində həyata keçirilir. Bu indekslər regionun vergi potensialının orta makroiqtisadi
göstəriciyə nisbəti kimi müəyyən edilir. ndeks göstəriciləri iqtisadiyyatın real
vəziyyətini daha obyektiv əks etdirir. Belə ki, bu, istifadə olunan hesablama
üsullarının qeyri-təkmilliyindən daha az asılı olub, inflyasiya amilinin təsirini
ə
həmiyyətli dərəcədə azaltmağa imkan verir. Vergi potensialının regionlararası
müqayisəsində, bir qayda olaraq, adambaşına düşən uyğun göstəricilərdən istifadə
olunur. Belə ki, vergi potensialının kəmiyyət qiymətləndirilməsi zamanı faktiki
yığılmış daxilolmalar göstəricisi, vergi potensialının ölçü vahidi kimi isə baza ilində
faktiki yığılmış gəlir göstəricisi istifadə oluna bilər. Bu məqsədlə, adambaşına düşən
orta gəlir göstəricisini də götürmək olar. Bu göstərici də öz növbəsində, vergi
potensialının nisbi səviyyəsinin baza göstəricisi ola bilər. Adambaşına düşən orta
gəlir göstəricisi bir çox ölkələrdə vergi potensialının nisbi ölçüsü kimi istifadə olunur.
Bu məqsədlə, başqa üsullardan da istifadə oluna bilər. Məsələn, rayonun ümumi
məhsulu və ya ölkə üzrə ÜDM göstəricisi, rayonun vergiqoyma resurslarının
məcmusunun səviyyəsi, reqressiya təhlili üsulu ilə reprezentativ vergi sistemi
üsulunun birgə istifadə edilməsi və s. üsulları göstərmək olar. Daha dəqiq desək, bu
üsulların səmərəliliyinin tədqiqi və universal üsulun müəyyən edilməsi isə müstəqil
elmi-tədqiqat işlərinin aparılmasını tələb edir.
84
Fikrimizcə, büdcə-vergi siyasətinin səmərəliliyini təmin etmək üçün aşağıdakı
kompleks tədbirlərin həyata keçirilməsi vacibdir:
• vergi yükünün azaldılması, vergi məkanının genişləndirilməsi;
• vergi ödəyicilərinin fəaliyyətinin stimullaşdırılması, potensial vergi bazasının
genişləndirilməsi;
• vergilərin
strukturunun
onların
sadələşdirilməsi
istiqamətində
təkmilləşdirilməsi;
• sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edən vergi mühitinin
yaradılması;
• dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi
üzərində nəzarəti gücləndirilməsi;
• büdcənin icrası prosesində şəffaflığın təmin olunması məqsədilə xəzinədarlıq
sisteminin təkmilləşdirilməsi işlərini sürətləndirilməsi;
• büdcə gəlir və xərclərinin ÜDM-da xüsusi çəkisinin artırılmasına nail olunması;
• xərclərin investisiya və sosialyönümlülüyünün təmin edilməsi;
• büdcə prosesində perspektiv maliyyə planının rolunun artırılması;
• dövlət bdcəsindən maliyyələşən ayrı-ayrı sahələr üzrə xərc normativlərinin
təkmilləşdirilməsi;
• büdcə kəsirinin inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirilməsi;
• dövlət vəsaitinin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti tam təmin
etmək məqsədilə idarə, müəssisə və təşkilatlarda uçot-hesabat işlərinin yenidən
qurulmasının təmin edilməsi;
• dövlət orqanlarının idarəetmə strukturunun təkmilləşdirilməsinə dair təkliflərin
hazırlanması və idarəetmə xərclərinin üzərində nəzarətin gücləndirilməsi.
Dostları ilə paylaş: |