39
boğazlıq, xroniki iltihabi proseslər, yolxucu xəstəliklər (vərəm və
s.) zamanı EÇS artır.
Cədvəl 5.
Müxtəlif heyvanlarda eritrositlərin çökmə sürəti (norma).
Eritrositlərin mm-lə,
çökmə sürəti
Vaxt
Atda
Qaramalda
Qoyunda Donuzda
İtdə Dovşanda
15 dəqiqə
35
0,15
0,2
1
0,2
0
30 dəqiqə
54
0,35
0,4
3
0,9
0,3
45 dəqiqə
58
0,5
0,6
5
1,7
0,9
60 dəqiqə
64
0,7
0,8
8
2,5
1,5
Eritrositlərin çökmə sürətini təyin etmək üçün, ən çox Pan-
çenkovun mikro üsulundan istifadə edilir. Pançenkov cihazı ştativ
üzərində bərkidilmiş kapillyar pipetlərdən ibarətdir (şəkil 10).
Diametrləri 1 mm olan bu kapillyarlar 0-dan 100-ə qədər
dərəcələrə bölünmüşdür. Cihazın kapillyarlarında iki işarə vardır.
«K» işarəsi 0 bölgüsünün yanında, «R» işarəsi isə 50 bölgüsünün
yanında yerləşir. Bu işarələrdən «K» rus dilində «кровь» (qan),
«R» isə «раствор» (məhlul) mənasını verir.
Şəkil 10. Еritrоsitlərin çökmə sürətini təyin еtmək üçün Pаnçеnkоv аpаrаtı.
А- Pаnçеnkоv аppаrаtı kаpilyаrlа birlikdə; B- Nеvоdоv еritrоsеdiоmеtri