üçüncü yeri tutur. Dünyada şəkərli
diabetə düçar olmuş insanların sayı
300 milyona yaxındır. Xəstəliyin
geniş miqyasda artımı əhalinin
sağlamlığının ümumi səviyyəsini
azaldır.
Respublikamızda şəkərli dia-
betin qarşısını almaq məqsədilə
mütəmadi olaraq işlər görülür.
Belə ki, respublikada ilk dəfə ola-
raq bütün xəstələrə özünənəzarət
vasitələri – qlükometrlər və test
sistemləri pulsuz olaraq paylanı-
lıb və onların dərman təchizatı ilə
bağlı uzun illər davam edən prob-
lem aradan qaldırılıb. Həmçinin
şəkərli diabetdən ölüm göstəricisi
enib.
Fəaliyyətin
davamı
kimi,
Azərbaycan Respublikası Pre-
zidentinin 28 iyun 2011ci il ta-
rixli 1578 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “20082015ci
illərdə Azərbaycan Respubli-
kasında yoxsulluğun azaldıl-
ması və davamlı inkişaf Dövlət
Proqramı”nın həyata keçirilməsi
üzrə Tədbirlər Planına (2011
2015ci illər) əsasən Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və
İslahatlar Mərkəzi (İSİM) və Res-
publika Endokrinoloji Mərkəzinin
birgə təşkilatçılığı ilə “Qeyriin-
feksion xəstəliklərin risk faktor-
ları olan tütünçəkmə, piylənmə,
yüksək qan təzyiqi, qeyrisağlam
qidalanma tərzi, fiziki aktivliyin
olmaması ilə mübarizə və bu
sahədə maarifləndirmə işlərinin
aparılması” nəzərdə tutulur.
Bu məqsədlə təhsil ocaqların-
da və Müharibə və əmək əlilləri
üçün pansionatda maarifləndirmə
tədbirlərinin
keçirilməsi
və
skrininq müayinələrinin (BKİ
və şəkərin qanda miqdarının
ölçülməsi) aparılması nəzərdə
tutulur. Həmçinin noyabrın 13də
“Park Bulvar” ticarət və əyləncə
mərkəzində “14 noyabr – Ümum-
dünya Diabet Günü” ilə bağlı
“Gəlin, sağlam qidalanmanı im-
tiyaz kimi yox, haqq kimi qəbul
edək. Sabahı dəyişmək üçün
bu gün hərəkətə keçək!” şüarı
altında maarifləndirmə aksiyası
keçiriləcək.
Aksiyada Nazirlər Kabinetinin
26 noyabr 2010cu il tarixli 222
nömrəli Qərarı ilə təsdiq edilmiş
“20112015ci illər üçün şəkərli di-
abet üzrə Tədbirlər Proqramı”nın
4.1ci bəndinə uyğun olaraq
şəkərli diabetin profilaktikasına
dair İSİM tərəfindən tərtib və çap
edilmiş maarifləndirmə material-
ları paylanılacaq.
Ümumdünya
Səhiyyə
Təşkilatının (ÜST) 2006cı ildə
qəbul etdiyi xüsusi bəyannamədə
“ağır xroniki xəstəlik” kimi
təsdiq etdiyi şəkərli diabet digər
xəstəlikləri kəskinləşdirə, ana və
uşaq sağlamlığına mənfi təsir
göstərə bilər. Bu xəstəliyin yüksək
artımı eyni zamanda onun yarat-
dığı tibbi, sosial, iqtisadi, psixoloji
və digər problemləri də qabardır.
Qeyd edək ki, Ümumdünya Dia-
bet Gününün keçirilməsi ilə bağ-
lı təklif 1991ci ildə Beynəlxalq
Diabet Federasiyası və ÜST
tərəfindən dünyada diabet hal-
larının yüksəlməsinin qarşısını
almaq məqsədilə irəli sürülüb.
2006cı ildə BMT Baş Assamb-
leyası tərəfindən qəbul edilən
qətnaməyə əsasən, 2007ci ildən
etibarən hər il noyabrın 14ü
BMTnin Ümumdünya Diabet
Günü kimi hesab olunur. Ümum-
dünya Diabet Gününün emblemi
olan mavi dairə şəkərli diabet
ətrafında hamının birləşməsini
simvolizə edir.
Hər il müxtəlif şüar altında
keçirilən Ümumdünya Diabet
Gününün dəyişilməz amalı belə
səslənir: “Güc birlikdədir!” Bu
gündə
ictimaiyyət
xəstəliyin
səbəbləri,
simptomları,
fəsadları və müalicəsi ilə bağlı
məlumatlandırılır, xəstəliyin inki-
şafının qarşısının alınması yolları
araşdırılır.
Dostları ilə paylaş: |