Redaktor:
t.e.d., prof. İsmayılov İ.S.
Təqdim olunmuş dərs vəsaiti ürək-damar sisteminin aktual
sahələrindən olan aortanın xəstəliklərinin problemlərinə həsr
olunmuşdur.
Vəsaitdə aortanın müxtəlif xəstəliklərinin etiopatogenezi,
təsnifatı, klinikası, müalicə üsulları haqqında ətraflı məlumat verilir.
Dərs vəsaiti kardioloqlar, terapevtlər, ailə həkimi və tibb
universitetinin tələbələri üçün nəzərdə tutulmuşdur.
3
XÜLASƏ
Aortanın kəskin və xroniki xəstəlikləri,onun travma nəticəsində
zədələnmələri,müasir diaqnostika üsullarının və müalicə metodlarının
mövcudluğu ilə əlaqədar daha çox diqqət çəkməkdədir. Aorta anevriz-
masının proqressivləşmə sürətini, həmçinin onun cırılmasını yanaşı
gedən xəstəliklər:arterial hipertoniya və birləşdirici toxumanın
xəstəlikləri sürətləndirə bilir. Anevrizmanın anatomik yerləşməsindən
asılı olmayaraq onları vaxtında müalicə etmək lazımdır. Kəskin aortal
sindrom (yeni termin olub,kəskin laylanan anevrizma, intramural
hematoma və aortanın penetrasiyaedici xorasını özündə əks etdirir)
aorta divarına mikroqansızmalarla başlaya bilər.Bu isə sonradan
aortanın genişlənməsinə, intramural qansızmalara, laylanmasına və
aortanın cırılmasına səbəb olur.Güman edilir ki, uzun müddət mövcud
olan arterial hipertoniya və birləşdirici toxuma xəstəlikləri yuxarıda
sadalanan dəyişikliklərin yaranmasına səbəb ola bilər.Eyni zamanda
həm qalxan aortanın, həm də aorta qövsünün proksimal hissəsinin
kəskin,həm də xroniki xəstəliklərinin müalicəsi zamanı hələ də ümumi
qəbul edilmiş cərrahi üsullara üstünlük verilir. Enən aortanın və qarın
aortasının xəstəliklərinin müalicəsində isə son illər yeni damar daxili
üsullar təklif edilmişdir. Bundan əlavə, aorta qövsünün xəstəliklərinin
müalicəsində nəticələrin yüksək olması məqsədi ilə kompleks yanaşma
təklif olunmuşdur,yəni-stent-qraftın implantasiyası ilə əsas damarın
cərrahi aralanması nəzərədə tutulmuşdur. Həyat üçün təhlükə yaradan
aortanın ağır zədələnmələri, xüsusilə,enən aortanın zədələnməsi damar
daxili stent-qraftın yeridilməsinə göstəriş hesab edilir.
Beləliklə,hal-hazırda aortanın kliniki patologiyasında yeni bir
sahənin: keyfiyyətli, müştərək olmaqla, diaqnostik və müalicəvi ya-
naşmaların birgə tədqiqatlarının aparılmasına ehtiyac duyulur. Bunun
üçün,xüsusi intensiv terapiyanın təşkil edilməsi məqsədəuyğun olardı
və nəticə etibarı ilə,bu da döş qəfəsindəki ağrıların differensial
diaqnostikasının dürüstləşdirilməsinə imkan vermiş olardı.
Təqdim olunan dərs vəsaiti tibb universitetində müalicə ixtisası
üzrə təhsil alan yuxarı kurs tələbələri və daxili xəstəliklər fənninin
tədrisi ilə məşğul olan müəllimlər tərəfindən istifadə oluna bilər.
Vəsaitdən təcrübi sahədə çalışan müalicə həkimləri də faydalana
bilər.
|