Zərifə Əliyevanın həyat və fəaliyyəti.
1923-1985.
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28 –də Şərur
rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb
İnstitutunun müalicə-proflaktika fakultəsinə daxil olmuş və 1947-ci ildə
həmin institutun müvəffəqiyyətlə bitirmişdir.
1950-1953 –cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil
almışdır.
qədər Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi
işçi , 1960-cı ildən 1967-ci ilə qədər böyük elmi işçi, 1967-ci ildən isə
Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz
xəstəlikləri kafedrasının dosenti ,professor, Görmə orqanının peşə
patologiyası laboratoriyasının müdiri, 1982-1985-ci illərdə
Oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır.
İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin
nəticələri Zərifə xanımın dünyada ən məhşur oftalmologiya
mərkəzlərinin birində H.Helmqolts adına Moskva Göz xəstəlikləri Elmi
Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya
müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” adlı doktorluq
dissertasiyasının əsasını təşkil etmişdir.1977-ci ildə Zərifə xanım
Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Akademikin Azərbaycanda oftalmologiya elminin inkişafında
müstəsna xidmətləri olmuşdur. O,vaxtilə Azərbaycanda geniş yayılmış
traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə
kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz
xəstəliklərinin öyrənilməsi, proflaktikası və müalicəsinə, habelə
oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı
tədqiqatların,o
cümlədən“Terapevtik
oftalmologiya
“,”İridodiaqnostikanın əsasları”kimi nadir elmi əsərlərin müəlliflərindən
biri, 12 monoqrafiya ,dərslık və dərs vəsaitinin, 150-yə yaxın elmi işin
,bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
1981-ci ildə oftalmoloğiyanın inkişafına verdiyi böyük töhfəyə -görmə
orqanının peşə patoloğiyası sahəsində apardığı elmi tədqiqatlara görə
professor Z.Ə. Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata –
SSRİ Tibb Elmləri Akademiyasının akademik M. İ.Averbax adına
mükafatına layiq görülmüşdür.Professor Z.Ə.Əliyeva həmin mükafata
layiq görülən ilk qadın idi.
Elmi tədqiqatlarının yüksək səviyyəsi, onların sosial əhəmiyyəti,
ictimayi fəallığı ,pedaqoji istedadı ,çox illik elmi-tədqiqat işlərində
böyük xidmətlərini qiymətləndirərək, 1983-cü ildə Zərifə xanım
Əliyevanın Azərbaycan SSR EA –nin akademiki seçilmişdir.
Zərifə xanım Əliyeva göstərdiyi xidmətlərə görə orden və
medallarla təltif olunmuş, Azərbaycanın Əməkdar elm xadimi kimi
yüksək ada layiq gorülmüşdür.
1985-ci il aprel ayının 15- də Moskva şəhərində vəfat edən Zərifə
xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye
qəbiristanlığından Bakıya gətirilərək ,Fəxri Xiyabanda, atasının məzarı
yanında dəfn olunmuşdur.