Hazırkı bölmənin şərtlərinə müvafiq olaraq Sığorta olunanın xarici ölkəyə səfər etdiyi, orada
olduğu və ya oradan qayıtdığı müddət ərzində istifadə edəcəyi hava nəqliyyatı vasitəsinin
Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta obyekti Sığorta olunanın xarici ölkəyə
vasitəsinin reysinin ləngiməsi ilə əlaqədar çəkdiyi xərclərinin əvəzinin ödənilməsi ilə bağlı olan,
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeləridir.
Standard Insurance Səyahət Sığortasının Qaydaları
P a g e
|
5
4.4.2 Sığorta hadisəsi
Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta hadisəsi sığorta müddəti ərzində hava
nəqliyyatı vasitəsinin reysinin aşağıda göstərilənlərin nəticəsində 3 saatdan çox olan müddətə
ləngiməsi hadisəsidir:
hava şəraitinin təsiri
nəqliyyat şirkətinin və ya hava limanının işçilərinin tətil elan etməsi
nəqliyyat şirkətinin təqsiri üzündən, o cümlədən nəqliyyat vasitəsinin texniki
nasazlığı
xarici dövlətin hökümət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, hərbi
qüvvələrinin, və yaxud siyasi təşkilatlarının siyasi və digər tədbirlərin görməsi
xarici dövlətin ərazisində baş verən ictimai ixtişaşlar.
4.4.3 Sığorta məbləği və sığorta ödənişinin həyata keçirilməsi qaydası
4.4.3.1 Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, hazırkı bölmə üzrə Sığortaçının
məsuliyyətinin maksimal limiti hər hadisə və sığorta müddəti ərzində baş verən bütün hadisələr
üzrə, Sığortalının seçdiyi sığorta təminatının valyutasından asılı olaraq, cəmi 500 ABŞ dolları və
ya 500 Avro məbləğini təşkil edir və sığorta ödənişi 3 saatdan çox olan ləngimənin hər saatına
görə 15 ABŞ dolları və ya 15 Avro məbləğinin ödənilməsi yolu ilə həyata keçirilir (birinci 3 saat
istisna olmaqla).
4.4.3.2 Bu Qaydaların hazırkı bölməsi üzrə sığorta təminatı Sığorta olunan əldə etdiyi biletin
şərtlərinin tələblərinə müvafiq olaraq reysə qeydiyyatdan keçdikdən sonra qüvvəyə minir.
4.4.3.3 Sığorta ödənişi yalnız Sığorta olunananın nəqliyyat şirkəti və ya onun nümayəndəsi
(agenti) tərəfindən verilmiş, ləngimənin müddətini və səbəblərini təsdiq edən sənədi(ləri)
Sığortaçıya təqdim etməsi şərti ilə verilir.
Dostları ilə paylaş: