3
Ş
ərur muxtar respublikanın
böyük iqtisadi potensiala ma-
lik olan kənd təsərrüfatı rayonla-
rından biridir. Son illər bölgədə
istər əkinçilik, istərsə də heyvan-
darlıq məhsulları istehsalında yük-
sək nailiyyətlər qazanılmışdır. Ərzaq
təhlükəsizliyi ilə bağlı tədbirləri
daha da gücləndirməyi, bu sahədə
uzunmüddətli, dayanıqlı inkişafı
təmin etməyi zərurət kimi qarşıya
qoyan ölkə Prezidentinin və Ali
Məclis Sədrinin qayğı və diqqəti
əmək adamlarını daha yaxşı işlə-
məyə ruhlandırır.
Torpaq mülkiyyətçiləri muxtar
respublikada ərzaq bolluğu yaradıl-
masına hər il sanballı töhfələr verirlər.
Bu sırada 2012-ci ilin xüsusi yeri
var. Bəhs olunan dövrdə müxtəlif
kredit təşkilatları vasitəsilə kartof
əkini üçün 900 nəfərə 942 min ma-
nat, digər bitkilərin əkini üçün 1700
nəfərə 1 milyon 63 min manat, 1500
nəfərə taxıl əkini üçün 2 milyon 83
min 100 manat, 117 nəfərə mal-
qara alınması üçün 500 min 800
manat, 4 nəfərə arı ailəsi alınması
üçün 25 min manat, ümumilikdə, 4
min 222 nəfərə 4 milyon 613 min
900 manat məbləğində kredit veril-
mişdir. “Naxçıvan Aqrolizinq” ASC-
nin Şərur rayon bazası torpaq mül-
kiyyətçilərinə 37 min 315 manatlıq
xidmət göstərmiş, “Naxçıvan Aq-
rolizinq” ASC tərəfindən rayonun
fiziki və hüquqi şəxslərinə 12 ədəd
presvuran, 1 ədəd toxumsəpən, 4
ədəd kotan, 2 ədəd dırmıq, 1 ədəd
otbiçən güzəştli şərtlərlə satılmışdır.
Ötən il Şərurda 28230 ton taxıl
istehsal edilmişdir ki, bu da əvvəlki
illə müqayisədə 160 ton çoxdur. Ra-
yonda 2013-cü ilin məhsulu üçün
7425 hektar sahədə payızlıq taxıl
əkini aparılmışdır. Zəmilərə qar üs-
tündən azot gübrəsi səpilmişdir. Ha-
zırda suvarma işləri gedir. Sahələrin
indiki vəziyyəti göstərir ki, bu il
taxıl istehsalı əvvəlki illərdən çox
olacaqdır.
Kartof, meyvə, üzüm, dən qar-
ğıdalı, günəbaxan, paxlalı, tərəvəz,
bostan məhsulları, ət, süd, yun, yu-
murta istehsalında da xeyli artıma
nail olunmuşdur.
Şərurun kənd əməkçilərində əkin-
çiliklə yanaşı, heyvandarlığa da bö-
yük maraq var. Muxtar respublikada
heyvandarlıq məhsullarına olan tə-
ləbatın ödənilməsində bu bölgə xü-
susi rol oynayır. Rayonda heyvan-
darlıq indi ən gəlirli sahə hesab olu-
nur. Çəkilən zəhmətin qarşılığında
əldə edilən yüksək qazanc isə kənd -
linin yaxşı yaşamasını təmin edir.
İndi rayonun fərdi və fermer təsər-
rüfatlarında 33 min 150 baş iribuy-
nuzlu, 115 min 790 baş xırdabuy-
nuzlu heyvan var. Mal-qaranın cins
tərkibinin yaxşılaşdırılması istiqa-
mətində həyata keçirilən tədbirlər
bu sahənin dinamik və intensiv in-
kişafına əhəmiyyətli təsir göstərir.
Başqa ölkələrdən lizinq yolu ilə
alınıb gətirilən məhsuldar cinsli mal-
qaranın xüsusi çəkisi artmaqdadır.
Mal-qaranın cins tərkibinin yaxşı-
laşdırılmasında süni mayalanma işi-
nin səmərəli təşkili də böyük əhə-
miyyət kəsb edir. İndi rayonun tə-
sərrüfatlarında 3 süni mayalanma
məntəqəsi fəaliyyət göstərir. Keçən
il süni mayalanma yolu ilə 1533
baş sağlam buzov alınıb, həmçinin
2012-ci ildə xarici ölkələrdən gəti-
rilmiş 258 baş “Holşten-friz” cinsli
mal-qara lizinq yolu ilə heyvandar-
lara satılmışdır ki, onlardan da il
ərzində 173 sağlam bala alınmışdır.
Zeyvə kəndində illik istehsal gücü
750 ton quş əti və 9 milyon ədəd
yumurta olan quşçuluq təsərrüfatı
yaradılmışdır. Müəssisədə ayrıca kə-
sim sexi, ümumi tutumu 113 ton
olan 3 soyuducu anbar fəaliyyət
göstərir. Ötən il müəssisə tərəfindən
12 ton quş əti, 2 milyon 340 min
ədəd yumurta istehsal edilmişdir.
Rayonda 229 min 950 baş quş, o
cümlədən 56 dəvəquşu, 52 ədəd
dəvə və 8360 arı ailəsi mövcuddur.
Şərur rayonunun qabaqcıl fer-
merlərindən olan Xanlıqlar kənd sa-
kini İsa Salmanov deyir ki, pis işlə-
məyə haqqımız yoxdur. Dövlətimizin
hərtərəfli qayğısı ilə əhatə olunmu-
şuq. İstehsalı genişləndirmək üçün
müraciət edən fermerlərə güzəştli
şərtlərlə kreditlərin verilməsi aqrar
sahədə böyük canlanma yaratmışdır.
Martın 29-da Naxçıvan Biznes Mər-
kəzində sahibkarlarla işgüzar gö-
rüşdə muxtar respublika Ali Məclisi
Sədrinin çıxışında səslənən fikirlər,
tapşırıq və tövsiyələr işgüzar mühitdə
yeni və sağlam ab-havanın yaran-
masına bir daha təkan vermişdir.
Göstərilən dövlət qayğısı biz fer-
merləri, iş adamlarını daha yaxşı
işləməyə sövq etmişdir. Dövlət baş-
çısının və Ali Məclis Sədrinin qayğı
və diqqəti, sözün həqiqi mənasında,
bizi ruhlandırır. İndi daha həvəslə
çalışır, bol məhsul istehsalına nail
oluruq. Axı bol məhsul həm də çox
qazanc deməkdir. Bu ilin məhsulu
üçün kollektivimiz payızda 30 hektar
sahədə buğda əkini keçirmişdir. 10
hektara isə yazlıq arpa toxumu sə-
pəcəyik. Artıq əkinə başlamışıq. 5
hektar torpağa isə kartof toxumu
basdırılmasını başa çatdırmışıq.
Bəli, Şərurda xeyli vaxtdır ki,
yaz-tarla işlərinə start verilmişdir.
Qış yuxusundan oyanan ana torpaq
əmək adamlarının isti nəfəsi, həra-
rətli əlləri ilə yavaş-yavaş cana
gəlir. Traktorların gurultusu bərəkətli
çöllərin lal sükutunu pozur, yaz nə-
fəsi, bahar təravəti bolluq yaratmaq
həvəsli insanlarda xoş duyğular
oyadır.
-
Dostları ilə paylaş: