Sorğu vəsaitinin məqsədi
AGREE sorğu vəsaiti (Appraisal of Guidelines Research and Evaluation/ Klinik
protokolların ekspertizası və qiymətləndirilməsi üzrə sorğu vəsaiti) klinik tövsiyələrin
keyfiyyətinin qiymətləndirilməsi üçün istifadə olunur.
Klinik tövsiyələr “həkim və pasiyentlərə müəyyən klinik vəziyyətlərdə düzgün tibbi
qərarların qəbul edilməsində yardım etmək məqsədilə sistematik şəkildə hazırlanan
müddəalardır”
1
. Bu tövsiyələrin məqsədi - “həkimlərin fəaliyyətinə təsir göstərmək
üçün onlara ətraflı göstərişlər verməkdir”
2
.
Biz klinik tövsiyələri o zaman keyfiyyətli hesab edirik ki, onların hazırlanmasında
sistematik səhv riskini aşağı salmaq üçün adekvat tədbirlər görülmüş olsun, onlar həm
konkret xəstə, həm də xəstələrin populyasiyası üçün effektiv olsun və praktikada
istifadə edilə bilsin.
Klinik tövsiyələri qiymətləndirərkən, təklif olunan metodların effektivliyi,
təhlükəsizliyi və dəyəri ilə bərabər, onların istifadəsinin praktik aspektlərini də nəzərə
almaq lazımdır. Beləliklə, klinik tövsiyələrin ekspertizası onların hazırlanmasında
istifadə olunan metodikaların qiymətləndirilməsini, tövsiyələrin son variantının
məzmununu və onların tətbiqi ilə bağlı faktorları özünə daxil edir.
AGREE sorğu vəsaiti təqdim olunan materialın keyfiyyəti ilə bərabər, tövsiyələrin bəzi
aspektlərinin keyfiyyətini də qiymətləndirməyə imkan verir. O, klinik tövsiyələrin
gözlənilən effektivliyini, yəni arzu olunan nəticənin əldə olunması ehtimalının
qiymətləndirilməsini təmin edir. Sorğu vasitəsi tövsiyələrin xəstəliyin klinik nəticəsinə
təsirini qiymətləndirməyə imkan vermir.
AGREE sorğu vəsaitində istifadə olunan qiymətləndirmə meyarlarının əksəriyyəti
təcrübi sübutlardan daha çox nəzəri fərziyyələr üzərində qurulmuşdur. Onlar, klinik
tövsiyələr sahəsində geniş təcrübə və biliklərə malik olan və bir neçə ölkəni təmsil
edən
mütəxəssislərin müzakirəsi nəticəsində işlənib hazırlanmışdır. Beləliklə, AGREE
sorğu vəsaitinə hazırkı məsələ üzrə bu gün mövcud olan fikirləri əks etdirən bir
sənəd kimi baxılmalıdır.
Dostları ilə paylaş: |