“Bu semestr
22 ölkədən 664
tələbə imtahan
verir”
İldən-ilə əcnəbi tələbələrin
universitetə marağının art-
masını nəzərə alıb, Xarici
tələbələrlə iş üzrə dekan mü-
avini Niyazi Hacızadənin də
fikirlərini öyrəndik:
- Universitetimizdə bu
semestr 22 ölkədən 664
tələbə imtahan verir. Onlar
özlərini olduqca nizam-in-
tizamlı aparır, əksəriyyəti bu
vaxtadək
müvəffəqiyyətlə
imtahan veriblər. Sevindiri-
ci haldır ki, universitetimizin
beynəlxalq aləmdə nüfuzu
ildən-ilə çoxalır. Getdikcə
yeni ölkələrdən müraciətlər
edirlər. Bu tədris ilində siya-
hımıza yeni olaraq Nigeriya
və Liviya kimi ölkələrin adları
daxil olub. Xarici tələbələrlə
iş üzrə dekan, dosent İsma-
yıl Əfəndiyevin Hindistan-
da, İordaniyada, o cümlədən
bir sıra Avropa və ərəb
ölkələrində universitetimizlə
bağlı apardığı təbliğat kam-
paniyasının müsbət nəticəsi
oldu. Yəni tələbələrin sayı
ötən illərə nisbətən bu il daha
çoxdur və hesab edirik ki,
ildən-illə onların sayı daha
da artacaq.
Dekanlıq
universite-
ti bitirən əcnəbi tələbələri
də yaddan çıxarmır. Onlar-
la daim əlaqə saxlayır. Qeyd
edim ki, ötən il universite-
timizi bitirən 149 məzunun
118-i öz ölkələrində imtahan
verərək ATU-nun diplomları-
nı tanıdıblar. Bu da olduqca
sevindirici haldır və diplomla-
rımızın xaricdə tanınması sü-
but edir ki, universitetimizdə
tədrisin keyfiyyəti yüksək
səviyyədədir.
Tələbələr
prak tik və nəzəri cəhətdən
bilik-bacarıqları
yax-
şı mənimsəyirlər. Savad-
lı mütəxəssis hazırladığına
görə hər il universitetimizə
qəbul olan tələbələrin sayı
artır.
Dostları ilə paylaş: |