Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə118/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   114   115   116   117   118   119   120   121   ...   229
İqlimi və hidroqrafiyası. Aralıq dənizi sahil zolağı istisna 
olmaqla ölkənin iqlimi kontinental tropikdir. Bütün ərazi üçün ha-
vanın quru və az buludlu olması səciyyəvidir. Yağıntıları çox azdır. 
Orta eni 30-40 km olan Aralıq dənizi bölgəsində isə xüsusi iqlim tipi 
formalaşıb. Bu zolaqda yaz və yay ayları quraq və isti, payız və qış 
isə mülayim və rütubətli keçir. 


 
163 
Ölkənin  şimalından cənubuna getdicə havanın temperaturu 
artır, yağıntıların miqdarı azalır. Aralıq dənizi bölgəsində orta illik 
temperatur müsbət 20 dərəcə olduğu halda, Nilin orta axarında bu 
rəqəm 22-yə, cənubunda isə 26 dərəcəyə  bərabərdir. Paytaxtda yay 
aylarında hava 30-35 dərəcə  qızdığı halda, gecələr 0 dərəcəyədək 
çatır. Ümumiyyətlə, Misirdə sutkalıq temperatur amplitudu 
yüksəkdir. Səhrada gündüz temperatur 50 dərəcəyədək yüksəlir, gecə 
isə 0 dərəcəyə enir. İnsan səhhəti üçün əlverişli olmayan belə iqlim 
şəraiti səth örtüyünün dəyişməsinə  də  təsir göstərir. Belə ki, 
temperaturun kəskin dəyişməsi ilə  səhralarda olan qayalarda çatlar 
əmələ  gəlir. Küləklərin təsiri ilə qayalardan qopan qırıntılar  ətraf 
sahələrə yayılır. Güclü küləklər səhranı yumşaq qum örtüyündən 
məhrum edir və çökəkliklərin yaranmasına səbəb olur. Misirdə ilin ən 
isti ayları avqust, sentyabrdır. Bu aylarda əraziyə, demək olar ki, 
yağış yağmır. 
Misirdə iqlimin formalaşmasında daimi əsən küləklərin də rolu 
böyükdür. Yaz aylarında burada 50 gün sərasər xəmsin küləkləri əsir. 
Bu küləklər başlamamışdan  əvvəl üzücü istilər başlayır, sonra isə 
güclü külək qum fırtınaları yaradır və toz buludu əmələ gəlir. Gündüz 
çox vaxt hava qaralır, yollarda gediş-gəliş  çətinləşir, mütləq rütubət 
aşağı düşdüyündən nəfəs almaq belə ağırlaşır. Əkin sahələri qum və 
tozla örtülür, ağacların yarpaqları büzüşür və quruyur. Bəzi bitkilər 
isə tamamilə məhv olur. 
Misirdə yağışlar əsasən dekabr və yanvar aylarında düşür. Ən 
çox yağıntı Nil deltasının qərb tərəfinə düşür. Ölkəyə orta hesabla bir 
ildə 180 mm yağıntı düşür. Məsələn, Qahirə şəhərinə il ərzində 30-35 
mm, cənubda yerləşmiş Asuan şəhərinə isə  cəmi 3-5 mm yağış düşür. 
Ölkənin daxili rayonlarında isə yağmursuz keçən illər tez-tez 
müşahidə edilir. 
Yağışlar  əsasən leysan şəklində düşdüyündən Nil deltasında 
bərk örtüyü olmayan yolların müvvəqqəti sıradan çıxmasına səbəb 
olur. Dağlıq  ərazilərdə, xüsusilə Sina yarımadasdındakı dağlara qar 
yağsa da qar örtüyü çox davamsız olur. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin