Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə219/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   215   216   217   218   219   220   221   222   ...   229
İqlimi və hidroqrafiyası. Ölkənin  əksər hissəsinin iqlimi 
subtropik kontinental, Xəzər dənizi sahilində rütubətli, İran və Oman 
körfəzlərinin sahillərində isə tropikdir. İqlimin  əsas xüsusiyyətləri 
ölkənin coğrafi mövqeyi ilə yanaşı, həm də relyefin müxtəlifliyi, 
ərazidə hakim olan atmosfer dövranı ilə müəyyən olunur. İqliminin 
xüsusiyyətlərindən biri də yalnız həddən artıq yüksək yay 
temperaturu deyil, eləcə  də çox aşağı  qış temperaturu ilə  əlaqədar 
onun kəskin kontinentallığıdır. 
İranın əksər yerlərində yay ayları çox isti və quraq, qış soyuq 
və  şaxtalı keçir. İlin isti dövründə dağlıq sahələr istisna olmaqla, 
ölkənin hər yerində hava +25-30 
°C-dək qızır, bu isə istilik sevən 
bitkilərin (pambıq, tütün, çəltik və s.) becərilməsinə imkan verir. 
Mütləq maksimum temperatur isə 50 
°C-dək yüksəlir. Qışda ölkənin 
şimalında temperatur mənfi 7-10 
°C, cənubunda isə +15-18 °C təşkil 
edir. Mərkəzi düzənliklərdə – 20
° çatan şaxtalar müşahidə edilir. 
İranın  şimal-qərbindən cənub-şərqinə doğru orta illik ya-
ğıntıların miqdarı azalır. Məsələn, Cənubi Xəzər ovalığına orta 
hesabla 2000 mm yağıntı düşdüyü halda, mərkəz və şərq bölgələrinə 
100-50 mm yağıntı düşür. 
İran yerüstü sularla zəngin deyil. Çayların əksəriyyəti ölkənin 
şimalında Elburs dağ sistemi ilə  Xəzər dənizi arasında qalan ensiz 
zolaqda, cənub-qərbdə Xuzestanda və 
qərbdə 
Cənubi 
Azərbaycandadır.  Ərazisinin digər bölgələrində daimi axara malik 
 
284
çaylar yoxdur. İranın bütün çayları 3 hövzəyə aid edilir. Axımın 18 
faizi Xəzər dənizi, 63 faizi İran körfəzi, 19 faizi axara malik olmayan 
daxili hövzənin payına düşür. Axara malik olmayan daxili hövzə ölkə 
ərazisinin 65 faizini əhatə edir. 
İranda ən böyük çay Karundur (uz. 850 km). Karun çayı İran 
əkinçiliyi tarixində mühüm rol oynamışdır. O, həm də ölkənin 
gəmiçiliyə yararlı yeganə çayıdır. İllik axımın miqdarına görə ikinci 
çay Səfidruddur. Çayın çoxsaylı qolları var, bu qollardan suvarma 
kanalları başlanğıcını götürür. İranın mərkəzi  əyalətlərinin 
suvarılmasında Zayəndərud, şimal bölgələrinin suvarılmasında Araz, 
Qorqan çaylarının  əhəmiyyəti çox böyükdür. Araz çayı  sərhədboyu 
ilə 800 km məsafədə axır. Çay üzərində sabiq sovetlər dövründə 
müştərək su qovşağı inşa edilmişdir. Araz çayı üzərində Azərbaycan 
Respublikası ilə də müştərək irriqasiya kompleksi yaradılmışdır. 
 Ölkədə yerüstü sulara aid edilən göllərin  əhəmiyyəti də 
böyükdür. Göllərin əksəriyyəti (Urmiya, Dəryaçeye-Nəmək, Nəyriz, 
Nəməkzar və s.) axarsızdır. Bəzi göllər isə yayda quruyur və 
şoranlıqlar əmələ gətirir. 
 İranda yerüstü sulardan başqa süni suvarmada və  məişətdə 
mühüm rol oynayan yeraltı suların əhəmiyyəti də böyükdür. Bu sular 
yeraltı kanallar (kəhriz və ya kanat) vasitəsilə yer səthinə  çıxarılır. 
Ölkədə mövcud olan 30 min kəhrizin
*
 20 minindən istifadə edilir. 
İran səyahətçisi  Əli  Əsgər Mohəcərin «Səhranın səması altında» 
kitabında kəhriz haqda belə deyilir: «Kəhriz  İran həyatının 
təcəssümüdür. O, tarlaların susamış qan damarlarına təzə qan vermək 
üçün tələsmədən dərinliklərdən qalxır, tədricən kənd və  şəhərlərin 
ətrafına çəkilir. Kəhriz səs-küylü və arsız dağ çaylarına bənzəmir. O 
heç vaxt öz vücudunu diqqəti cəlb etmək üçün biruzə vermir ki, onun 
xalqa xidmət yolunda necə yorulduğu və zəiflədiyi görünsün. Nəzərə 
çarpmadan özü üçün sakit axır və  həmişə  həyat və ümid mənbəyi 
olmaq səyi ilə çalışır». Bu mənalı sitat İranda kəhrizlə suvarmanın 
                                      
*
  Kəhriz – qrunt sularını yer səthinə  çıxarmaq üçün Yaxın və Orta Şərq, 
Orta Asiya, Azərbaycanda səciyyəvi sayılan quyudur. Texniki cəhətdən 
maili lağım (hünd. 1,0-1,4 m, eni 0,5-0,8 m) şəbəkəsindən ibarətdir. Daş və 
ya bişmiş kərpicdən hörülən bu lağımlar bir-birilə şaquli quyular vasitəsilə 
birləşdirilir. Kəhriz qazılması  İranda xüsusi sənət sayılır və bunun sirri 
atadan oğula ötürülərək davam etdirilir. 


 
285 
əhəmiyyətinin daha bir sübutudur. Ölkədə yeraltı sular kəhrizlərdən 
başqa quyular vasitəsilə  də  səthə  çıxarılır. Xuzestan, Fars, Esfəhan 
əyalətlərində artezian quyularından geniş istifadə edilir. 
 Torpaq və bitki örtüyü.Təbii şəraitin sərtliyi ölkənin torpaq 
örtüyündə  də özünü biruzə verir. İranda torpaqların məhsuldar qatı 
çox zəifdir,  əksər yerlərdə isə  çınqıllı  və ya duzludur. Quru səhra 
iqlimi, ana suxurların çınqıllı olması, duzluluğu və yeraltı suların şor 
olması  məhsuldar torpaq qatı yaratmır. Ölkədə müxtəlif torpaq 
növləri: dağ yamaclarında daşlı-çınqıllı, çay dərələrində  ağır gilli 
torpaqlar yayılmışdır.İqliminin quraqlığı, yağıntıların qıtlığı, bitki 
örtüyünün zəifliyi ucbatından  İran  ərazisinin geniş hissəsində 
özünəməxsus torpaq əmələgəlmə prosesi gedir. Bu cür torpaqlara 
ekstraarid torpaqlar deyilir. İqlim  şəraiti  əlverişli olan dağlıq 
ərazilərdə torpaq əmələgəlmə prosesi daha fəal gedir. Dağ 
yamaclarında şabalıdı-dağ, yüksək rütubətli yerlərdə boz-çəmən, dağ-
çəmən torpaqları yayılmışdır. 
Coğrafi mövqe, relyefin müxtəlifliyi, iqlimin və torpaq 
şəraitinin fərqli cəhətləri İranda rəngarəng floranın əmələ gəlməsinə 
səbəb olmuşdur. Ölkənin bitki örtüyünün tərkibi müxtəlif (6 min 
növdən artıq) olsa da, geniş  əraziləri  əhatə edən səhra və quru 
çöllərin kserofit bitkiləri üstünlük təşkil edir. İran ərazisinin təqribən 
bir faizində,  əsasən Xəzər sahilində, Elburs və Boqrovdağın 
yamaclarında dəniz səviyyəsindən 2500 metr yüksəklikdə  sıx enli-
yarpaq, Cənubi Azərbaycan dağlarında, Araz çayı vadisində isə 
seyrək meşələr yayılmışdır. 
İranın fauna aləmi Mərkəzi Asiya və Aralıq dənizi zoocoğrafi 
yarıməyalətinə aid edilir. Ölkə balıq ehtiyatı ilə də zəngindir. Mirvari 
ovu öz əhəmiyyətini hələ də saxlamışdır. İran körfəzi dünya mirvari 
ovunun mərkəzi sayılır. Bu körfəzdə qiymətli sədəf alınan mollyusk 
növləri də vardır. 
  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin