Cədvəl 1
İran körfəzi hövzəsinin nəhəng və nadir neft yataqları
*
(2005-ci
il)
Yataqlar Ölkə
İlkin
ehtiyat
mlrd. ton
Yataqlar Ölkə
İlkin
ehtiyat
mlrd. ton
Havar S.Ərəbistanı 11,9
Bibi –
Hakimə
İran 1,1
Ağa–Cari İran 10,0
Zubayr
İran 1,0
Böyük
Bürhan
Küveyt 9,3 Dəmmam S.Ərəbistanı 0,8
Səfaniyə S.Ərəbistanı 3,5
Berri
S.Ərəbistanı 0,8
Kərkük
İraq 3,0 Husaniyə S.Ərəbistanı 0,8
Rumeyla
İraq 2,8 Abu –
Hədriyə
S.Ərəbistanı 0,8
Raudatayn Küveyt
2,0
Vəfra Küveyt 0,7
Abkayk S.Ərəbistanı 1,6
Murban
BƏƏ 0,6
Qoçsaran İran 1,5 Duhan
Qətər 0,6
Marun
İran 1,4 Məscide –
Soleyman İran 0,5
Fereydun– İran, 1,3 Bu
–
Həza BƏƏ 0,5
*
Neft geologiyası sahəsindəki mütəxəssislər ehtiyatı 500-1000 mln. ton
olan yataqları nəhəng, 1 mlrd. tondan artıq olanları nadir yataqlar adlandırır.
8
Mərcan S.Ərəbistanı
Əhvaz
İran 1,2
Katif S.Ərəbistanı 1,2
XX əsrin 70-ci illərinədək region dövlətlərində neft istehsalına
Qərb dövlətlərinin iri şirkətləri nəzarət edirdi. 1973-cü ildə neft
çıxaran dövlətlər OPEK
*
çərçivəsi daxilində fəaliyyət göstərərək
beynəlxalq şirkətlər mübarizədə öz maraqlarını qorumaq məqsədilə
neftin qiymətini bir neçə dəfə qaldırır.
Satılan neftə qiymət qoyulması, neft satışından gəlirin yük-
səldilməsi sahəsində neft ixrac edən ölkələrin marağının birgə mü-
dafiəsinə qulluq edən OPEK ölkələri arasında narazılıqlar da olur.
Ötən əsrin 80-ci illərində üzv dövlətlərdən İraq, Küveyt, BƏƏ
arasında baş verən narazılıq gərginləşərək 1990-cı ildə «Səhrada
fırtına» əməliyyatınadək böyüyür. İraq OPEK üzvü olan qonşu
dövlətləri neftin satışında bu təşkilat tərəfindən təyin edilmiş həddi
qaldırdıqları və nefti aşağı qiymətə satdıqları üçün təqsirləndirir.
İqtisadiyyatını «neft dolları» hesabına dirçəltmək istəyən İraq üçün
bu sərfəli deyildi. Digər tərəfdən Küveyt gizli yolla İraqın Rumeyla
yatağından neft çıxarmaqda günahlandırılır. Nəticədə 1990-cı il
avqustun 1-də İraq Küveyti işğal edir. Ölkənin 7 ay müddətində
işğalı dünya bazarında neftin qiymətinin dəyişilməsinə səbəb olur.
İraq ordusu Küveytə soxulmazdan əvvəl neftin 1 tonu 130-140 dolar,
Küveyt işğal edildikdə 220, daha sonra 250-280 dollar təşkil edirdi.
«Səhrada fırtına» əməliyyatına başlanılması ilə bu, 220 dollara,
qələbədən sonra 130-140 dollara enmişdi. Qeyd edək ki, 2007-ci ildə
neftin qiyməti çox qeyri-stabil olmuşdur.
Yaxın Şərqdə neft çıxaran xarici şirkətlər üzərində milli
nəzarətin yaradılması region xalqlarının həyatında mühüm tarixi
hadisə kimi qiymətləndirilə bilər. Nəticədə İraq hökuməti ölkədə neft
çıxarılması, emalı və ixracını tam milliləşdirdi, Səudiyyə Ərəbistanı,
Küveyt, Qətər, BƏƏ, Oman, Bəhreyn xarici neft şirkətlərinin
ölkədəki fəaliyyətini xeyli zəiflətdi. Yaxın və Orta Şərqdə təbii qaz
*
OPEK – 1960-cı ildə İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Vene-
suelanın təşəbbüsü ilə neft ixrac edən dövlətlərin maraqlarının birgə
müdafiəsi məqsədilə yaradılmışdır. Sonralar təşkilata Əlcəzair, Qabon,
İndoneziya, Liviya, Nigeriya, Ekvador, BƏƏ, Qətər daxil olmuşdur. İqa-
mətgahı Vyana (Avstriya) şəhərindədir.
9
ehtiyatı (71,7 trilyon kub m.) da çoxdur. Dünya qaz ehtiyatının
(175,8 trilyon kub m.) 40,8, istehsalının 9,8 faizi bu regionun payına
düşür.
Yaxın və Orta Şərqdə xromit, dəmir filizi, mis, qurğuşun,
manqan, sink, molibden, sürmə, boksit, təbii kükürd, kalium və xörək
duzu, tikinti materialları yataqları aşkar edilmişdir. Bu faydalı
sərvətlərin bəzilərinə görə region dövlətləri dünya bazarında mühüm
yer tutur. Məsələn, Türkiyə xromit ehtiyatlarına görə dünyada
dördüncü (Zimbabve, CAR, Filippindən sonra) yerdədir. İsrail və
Ürdün kalium duzu ehtiyatı ilə zəngindir. İraq və Suriyada zəngin
fosforit yataqları vardır.
Yaxın və Orta Şərq regionu aqroiqlim sərvətlərilə də zəngindir.
Təbiət buraya bol istilik və günəş işığı, regionun əksər dövlətləri
üçün həyati əhəmiyyətə malik olan zəngin yeraltı su sərvəti bəxş
etmişdir.
Region dövlətləri tropik və subtropik qurşaqda yerləşir.
Ərazisinin genişliyi, relyefin müxtəlifliyi, hava kütlələrinin
sirkulyasiyası regionda istilik və rütubətin kəskin fərqinə səbəb
olmuşdur. Türkiyənin Aralıq və Egey dənizləri sahillərində isti yayı,
yağmurlu qışı ilə səciyyələnən Aralıq dənizi iqlimi regionun qərbi və
cənubu istiqamətində quru tropik iqlimlə əvəz olunur. Yalnız
Ərəbistan yarımadasının ucqar cənub-qərbi musson küləklərinin
təsirinə məruz qaldığından nisbətən çox rütubət alır. Regionda və
həmçinin ayrı-ayrı ölkələrdə yağıntı və temperatur fərqi mövcuddur.
Məsələn, İranın şimalına Xəzər dənizi sahillərinə il ərzində 2000 mm
yağıntı düşdüyü halda, ölkənin səhra rayonlarına illərlə yağıntı
düşmür.
Türkiyənin mərkəzi əyalətlərində yanvarın orta temperaturu
0°C, iyulunku 23°C təşkil edir. Ərəbistan yarımadasının düzən sahil
əyalətlərində, Aralıq dənizi sahillərində mülayim qış temperaturu
hakimdir: Səudiyyə Ərəbistanının qərb hissəsində - Ciddədə yanvarın
orta temperaturu 24°C, iyulunku isə 31°C-dir. Ərəbistan yarımadası,
İran, İraq və Misirin daxili əyalətlərində yayda çox yüksək
temperatur ( 45°C-dən artıq ) mövcud olur.
İqlim şəraiti kənd təsərrüfatının yerləşdirilməsinə, əkinə yararlı
sahələrdən səmərəli istifadə olunmasına, aqrar istehsalın sahəvi
strukturuna təsir göstərir. Bu baxımdan mülayim qurşaq böl-
gələrindən fərqli olaraq Yaxın və Orta Şərq termik sərvətlərlə yaxşı
10
təmin olunduğundan eyni ərazidən il ərzində 2-3 dəfə məhsul
götürmək imkanlarına malikdir. Aqroiqlim amillərdən ərazinin
rütubətlə yaxşı təmin olunmaması mühüm xüsusiyyətlərdəndir.
Türkiyənin sahillərinə, Levant ölkələrinə yağıntı ilin əsasən qış
fəslində düşür. Lakin qışın isti keçməsi bu ərazilərdə həm taxıl, həm
də tropik bitkiləri (şəkər qamışı, xurma və b.) becərilməsinə imkan
verir.
Regionun müasir iqlim şəraiti onun ərazisinin xeyli hissəsini
əhatə edən səhra və yarımsəhralarda çay şəbəkəsinin inkişafı üçün
yararsızdır. Lakin burada uzunluğu 100 km-lə olan quru çay dərələri
– uedlər(vadi) vardır ki, bunlar güclü yağışlardan sonra belə suyunu
hövzəyə çatdıra bilməyib, səhranın qumları arasında itib-batır. Yaxın
və Orta Şərq ölkələri yerüstü axınlarla zəngin olmasalar da, Nil,
Dəclə, Fərat, Araz, Səfidrud, Harun regionun mühüm çayları hesab
edilir.
İsrailin şimalında İordan çayı ilə qidalanan Qaliley dənizi
(Tiberiad gölü) ölkədə yeganə şirin su mənbəyidir. Yerüstü axından
məhrum olan ərazilər yeraltı sularla zəngindir. Dağətəyi rayonlarda
yeraltı sular Yaxın və Orta Şərq regionunda ənənəvi sayılan
kanallarla (kəhrizlərlə) səthə çıxarılır. Yeraltı suların dərin quyular
qazaraq səthə çıxarıldığı ərazilər də çoxdur. Uedlər və yeraltı suların
səthə çıxdığı səhralarda vahələr (oazis) mövcuddur.
Su ehtiyatlarının məhdud olması, içməli su qıtlığı, suvarma və
su enerji mənbələrinin kasadlığı regionun bir sıra ölkələrində daha
kəskindir. İçməli su problemi Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanında
təmizləyici qurğular tikilməklə həll edilsə də, region dövlətlərinin
böyük əksəriyyəti bu problemin həlli yollarını hələ də axtarır.
Regiondakı siyasi münaqişələr su sərvətləri üzərində
nəzarətdən də kənarda qalmamışdır. 1967-ci ildə İsrail İordan çayının
Qərb sahilini və 1982-ci ildə Livanın cənubunu zəbt etdikdən sonra
İordan çayının yuxarı axını, Qaliley dənizi, Litani və Baniyas
çaylarına nəzarəti də ələ keçirir. Digər tərəfdən İsrail hökuməti
buraya köçmüş yahudilərə Qərb sahildə yeni su quyuları qazımağa
icazə verdiyi halda, bunu fələstinlilərə qadağa edirdi. Ərəblər və
yəhudilər arasında hər hansı bir sülh müqaviləsi su təchizatına
nəzarət problemi ilə də üzləşir.
Fərat çayından istifadə olunmasında da mübahisəli məsələlər
vardır. Türkiyə, Suriya və İraq ərazisindən axan Fərat çayından bu 3
11
ölkə irriqasiya və enerji məqsədləri üçün istifadə edir. 1984-cü ildə
su təsərrüfatının inkişafı layihəsinin həyata keçirilməsi məqsədilə
Türkiyə tərəfindən Fərat üzərində 2 bənd inşa edildi. Bu, Suriya
ərazisində axının azalmasına səbəb oldu. Suriyada bəndin tikilməsi
isə öz növbəsində İraqın su təchizatında «əngəlliklər» yaratdı, bu ilk
növbədə ölkənin kənd təsərrüfatına mənfi təsir göstərdi və 1975-ci
ildə İraq və Suriya arasında kəskin münaqişəyə səbəb oldu.
Dostları ilə paylaş: |